QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə10/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   6   7   8   9   10   11   12   13   ...   182

 

28 


 

morfologiyası, irqi, etnik tərkibi və mühit şəraitinə adaptasiyasını 

öyrənən elm. 

ANTROPOSENOLOGİYA – insan ekologiyasının bir bölməsi 

olub insan cəmiyyətinin  ətraf mühit ilə qarşılıqlı  əlaqəsini öyrənir. 

(adətən dar regional çərçivəsində). 

ANTROPOSFER – 1) İnsan yaşayan və ya daxil olan yer sferi; 2) 

Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə  və ya 

vasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək 

hissəsi. 3) biosferin insan tərəfindən dəyişilmiş halda istifadə olunan 

hissəsi. (coğrafi landşaft qabığı). Neosfer sinonimi kimi də işlədilir. 

ANŞLAQ (təbiəti mühafizə)  – təbiətdə  hər hansı bir insan 

fəaliyyətini qadağan etmək üçün şifahi və ya yazılı elan (ov, mal-qara-

otarma, hər hansı bir yerdə gəzməyi qadağan etmə və s.). 

APOBİOSFER  (yun. apo – sız, siz şəkilçisi) – canlı orqanizmin 

qalxa bilmədiyi və biogen maddələrin çox cüzi olduğu atmosferin 

yüksək qatları (60-80 km-dən yüksəkdə yerləşən). 

APOFİTLƏR – şum yerində və ya insanın yaratdığı digər yerlərdə 

yayılan yerli bitki növləri. Bu növlər həmin yerlərin alağı hesab edilir. 



ARAN  – Azərbaycanda tarixi-coğrafi  ərazi məfhumudur; yaylanın 

və dağlıq ərazilərin əksinə olaraq, ovalıq-düzənlik sahələrə deyilir. Yayı 

isti, qışı yumşaq-mülayim iqlimə malikdir. (Azərbaycanın Kür-Araz

Samur-Dəvəçi, Gəncə-Qazax və Arazboyu düzənlikləri və s.). Mal-qara 

üçün təbii qış otlaqları və əsasən pambıq tarlaları A.-dadır. 

ARASI KƏSİLƏN (FASİLƏLİ) MÜVAZİNƏT KON-

SEPSİYASI  – Amerika bioloqları S.Qolud və N.Eldric (1977) 

tərəfindən hazırlanmışdır. Bu konsepsiya əsasən təkamül arası kəsilməz 

(fasiləsiz) deyil, sıçrayışla gedərək uzunmüddətli müvazinət dövrləri 

biri-birini əvəz edir. 



ARAT  – Səpindən qabaq su ehtiyatı yaratmaq məqsədilə torpağın 

suvarılması. A. torpağın fiziki xassəsini yaxşılaşdarır, torpaqda qışlayan 

ziyanvericiləri məhv edir, zərərli duzların yuyulmasına kömək edir, alaq 

toxumlarının səpinə qədər cücərməsinə və kultivatorla məhv edilməsinə 

şərait yaradır. 

ARBORİSİD  (lat. arbor - ağac)  – arzu olunmayan ağac və kol 

bitkilərini məhv etmək məqsədilə işlədilən kim. maddələr. 



AREAL  (yun. Area - sahə) – hər hansı bir bitki və ya heyvan 

növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı 

yer onun ilkin arealı sayılır.  İlkin areal növün təbii surətdə  və insan 

tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində 

darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları 



 

29 


 

kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast 

gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan 

növlərin qalıqları relikt areal sayılır.  Əgər növ ona müvafiq ərazilərin 

hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı 

sahələrdə yayılarsa ona kəsilən areal deyilir. A-ı öyrənmək üçün onun 

xəritəsini tərtib etmək lazımdır. A.-ın müqayisəli öyrənilməsi flora və 

faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. 

– Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı 

areal. 


– Təbii areal – insan fəaliyyətilə dəyişməyən areal. 

– Qışlama arealı – növün soyuq mövsümünü keçirdiyi region. 

–  Kosmopolit areal – qurunun və ya akvatoriyanın geniş 

ərazilərində yayılan növ və ya başqa sistematik qruplar. 

–  Relikt areal – hər hansı bir ərazinin müasir coğrafi  şəritinə yad 

olan növün arealı. Adətən kiçik ölçülü sahələrdə olur. 

– Müasir areal – digər sistematik qrupun növü və ya tipinin hazırki 

sərhədləri. 

– Qısalan areal – hər hansı bir sistematik qrupun və ya növün təbii 

və ya antropogen səbəblər nəticəsində azalması. 



Ekoloji areal – regionun harada yerləşməsindən asılı olmayaraq hər 

hansı bir növ üçün əlverişli olan şəraitdə məskunlaşması. 



AREKOLOGİYA – ekoloji tələbləri nəzərə alan arxitekturanın 

bölməsi. 



AREALŞÜNASLIQ – 1) Biocoğrafiyanın bitki və heyvanın arealını 

öyrənən bölməsi; 2) Arealın 

əmələ 

gəlməsinin ümumi 



qanunauyğunluqlarını tədqiq edən elm sahəsi. 

ARENAL  (yun. arena-qum) – vulkanın qonşuluğunda bitkidən 

məhrum olan zona. 



ARXAC – otlaq şəraitində gecələr, həmçinin hava isti olduqda 

gündüzlər qoyunların və qaramalın dincəlməsi üçün yer. Baharın 

əvvəllərində  və payızda külək tutmayan, yayda isə bir qədər hündür 

yerdə düzəldilir. A.-ın yeri arabir dəyişdirilir. 



ARXEOFİTLƏR – bəşəriyyət tarixindən  əvvəl mövcud olan 

bitkilər. 



ARXEOLOJİ ABİDƏLƏR  (yun. archaios - qədim)  – insanların 

yaratdığı  qədim maddi mədəniyyət abidələri. A.a-ə,  əsasən,  əmək 

alətləri, silahlar, məişət  şeyləri, insan məskənləri,  şəhər və qala 

xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabalar, emalatxana 

qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, 

su kəmərləri və s. daxildir. A.a. insan cəmiyyətinin tarixini öyrənir. 




 

30 


 

ARXİPELAQ – bir-birindən az aralı olub vəhdət təşkil edən adalar 

qrupu. Məs., Bakı arxipelaqı, Apşeron arxipelaqı. A. materik, mərcan və 

vulkan mənşəli olur. 

ARI SÜDÜ – inkişaf edən ana arı sürfəsini yemləmək üçün işçi 

arıların baş və döş vəzilərindən ifraz olunan südəbənzər maddə. A.s-nün 

tərkibi,  əsasən arının qidalandığı tozcuqlardan aslıdır. Tərkibində  bəzi 

aminturşular, hormon, 40-58% zülal, 5-18% piy, 26%-ədək  şəkər, bir 

sıra mineral duzlar, həmçinin vitaminlər və b. bioloji aktiv maddələr 

var. Körpə  və kiçikyaşlı  uşaqlarda bir sıra xəstəliklərin müalicəsində 

işlədilir. 

ARI ZƏHƏRİ, APİTOKSİN – arı sancan zaman neştərindən axan 

acı, zəhərli, şəffaf maddə. A.z-nin tərkibində bioloji aktiv melittin zülalı, 

sərbəst amin turşuları, müxtəlif fermentlər, histamin (1%-ə  qədər) 

nuklein, formiat, ortofosfat və xlorid turşuları, piylər, uçucu yağlar, Mg, 

Cu, Sa və s. var. A.z güclü bakterisid təsirlidir. Qədimdən xalq 

təbabətində istifadə olunur. A.z-dən alınan dərmanlar oynaq 

xəstəliklərində elektroforez yolu ilə, mezolit, radikulit, nevralgiya, övrə, 

miqren, trofik xora, endarterioz, bronxial astma, tromboflebit və s. xəs-

təliklərin müalicəsində məhlul və məlhəm şəklində işlədilir. 

Böyrək, qaraciyər, mədəaltı  vəzi, qan, diabet, ürək-damar və s. 

xəstəliklərdə istifadə etmək olmaz. 

ARIÇILIQ – bal və onun məhsullarının alınması, meyvə və texniki 

bitkilərin məhsuldarlığını artırmaq məqsədilə onları tozlandırmaq üçün 

arının artırılması. 

ARIQUŞULAR  (Paridae) – sərçəkimilər fəsiləsi; 65 növü var. 

Azərbaycanda 5 növü yaşayır: iri A., abı A., Aralıq dənizi A.-ı, qara 

pəsnək quşu. Respublikamızda oturaq həyat sürən bu quşlar zərərverici 

həşəratları yediyi üçün xeyirlidir. 



ARİD BİTKİLƏR  (lat. aridus - quru)  – vegetasiya dövrünün çox 

hissəsi rütubəti çatışmayan quraq iqlimli şəraitdə inkişaf edən bitkilər. 

A. b-rə  səhraların və kserofit seyrək meşələrin fitosenozları aiddir. 

Azərbaycanda Bozqır yaylada (saqqız, ardıc seyrəkliyi), Həkəri və Araz 

çaylarının aşağı axını yamaclarında və Naxçıvan Muxtar 

Respublikasında (arid meşələr, ardıc, dağdağan, araz palıdı, badam, 

gürcü ağcaqayını və s.) Ellər oyuğunda – eldar şamı A.b.-dir. Efemerlər 

də A.b.-rə aiddir. Arid bitki növlərində rütubətin çatışmazlığına qarşı 

müxtəlif adaptasiya üsulları yaranmışdır. Bunlara yağıntıların qısa vege-

tasiya dövrünə düşməsi, xüsusi morfoloji və anatomik uyğunlaşmaları 

(yarpaqların reduksiyası  və sallaq olması, iri toxumların inkişafı), fizi-

oloji adaptasiya (hüceyrə şirəsində osmos təzyiqinin qalxması və s.) və 

s. daxildir. 

 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə