QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə6/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   2   3   4   5   6   7   8   9   ...   182

 

16 


 

 AKVATORİYA  (yun. Agua – su) – su səthinin müəyyən bir 

sahəsi. 


AQAMİYA – cinsi prosesin yox olması. 

AQLOMERASİYA – olduqca çoxlu miqdarda insanların, 

heyvanların, yaşayış  məntəqələrinin və s.-nin toplanması, sıxlaşması. 

Adətən, A. – neqativ ekoloji əhəmiyyət daşıyır. 

AQREQASİYA (yun. aggrego – birləşdirirəm) müxtəlif və eyni 

canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar 

(həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) A-dan yem əldə etmək, 

yırtıcılardan və  əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün 

istifadə edirlər. 

AQRESSİV SU – metal, beton və s-nin dağılmasına səbəb olan 

tərkibində kimyəvi maddələr saxlayan su. Tərkibində xlorid, sulfat 

turşusu və amonyak duzları olan su xüsusilə aqressiv sayılır. 

AQRİKULTUR LANDŞAFT, K.T. LANDŞAFTI  – səpin,  əkin, 

bağ və meşə əkinlərindən ibarət landşaft. 



AQROBİOGEOSENOZLAR (AQROBİOSENOZLAR, 

AQROSENOZLAR)  – insan tərəfindən dəyişdirilən və ya yaradılan 

törəmə biogeosenozlar (tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları, 

qoruyucu meşə zolaqları, güllük və s.). A. qurunun 10

%-ə kimi olub 

qida enerjisinin 30

%-ni təşkil edir. 



AQROBİOLOGİYA – biologiya sahəsində bitkiçiliyə  və 

heyvandarlığa bilavasitə aid olan biliklər məcmusu. 



AQROFİZİKA  – AQRONOMİK FİZİKA – bitkilərin xarici 

mühit  şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat me-

todlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs 

edən elm. 



AQROFİTLƏR – kənardan gətirilərək (introduksiya olunan) aqro-

biosenoz kimi becərilən bitki növləri. 



AQROFİTOSENOZLAR – İnsan tərəfindən səpin və ya əkinlə 

süni yaradılan bitki qrupları. A.-nın tərkibinə  mədəni və alaq bitkiləri 

daxil olur. Taxıl, tərəvəz, meyvə və texniki bitkilərin səpini və əkini A.-

ra misal ola bilər. A. mədəni fitosenozun ayrıca tipi olub aqrobioseno-

zun əsasını təşkil edir. 

AQROGEOLOJİ RAYONLAŞMA – A.r. taksonomik vahidlərin 

iyerarxiya sistemi üzrə aparılır və aqroekoloji sinif, aqroekoloji vilayət, 

aqroekoloji rayon, aqroekoloji yarımrayon, aqroekoloji qrup kimi 

bölgülərə malikdir. 



 Aqroekoloji sinif – zonal torpaq tipinin və ya bir neçə tipin 

üstünlüyü ilə səciyyələnən üfüqi və ya şaquli istiqamətdə yayılmış ərazi 




 

17 


 

respublikamızda iki sinif – dağlıq ərazilər və düzənliklər ayrılır. 



– Aqroekoloji vilayət  – Aqroekoloji sinif daxilində iri oroqrafik 

elementlərin, üfüqi və şaquli horizontallığı ilə seçilən ərazi vahidi. 



Aqroekoloji rayon – kompleks aqroekoloji şəraiti (torpaq 

örtüyünün strukturu, onun relyefdən asılı olaraq paylanması, mezo və 

mikroiqlim şəraiti və s.) ilə səciyyələnən vilayət daxilində hissə. 

Aqroekoloji yarımrayon  – A.r. daxilində bir hissə, ayrı-ayrı 

mədəni bitki sortlarının becərilmə  şəraiti, istehsalın dar ixtisaslaşması 

ilə səciyyələnir. 

Aqroekoloji qrup – rayon və yarımrayonun bir hissəsi olub, yaxın 

bonitet bala malik torpaq taksonomik vahidləri birləşdirir. Azərbaycan 

respublikasının iyerarxiya sistemi üzrə aqroekoloji rayonlaşdırılması 

cədvəldə verilir. (Məmmədov, 1998). 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ AQROEKOLOJİ  

RAYONLAŞMASI

 

 

Aqroek



oloji 

sinif


Aqroek

oloji 


vilayət

Aqroekoloji  

Rayonlar 

Aqroekoloji 

yarımrayonlar 

Aqroekoloji 

qruplaşma 

1. 


Dağlıq 

A

Böyük 


Qafqaz 

4. Üzümçülük 

Ağ-şanı, qara-

şanı və s. 

I. Əla torpaqlar 

80 baldan 

yuxarı 

  

5. 



Tərəvəzçilik 

Kələm, pomi-

dor, xiyar və s. 

 

B. 

Kiçik 

Qafqaz 


6. Meyvəçilik 

Alma, armud və 

s. 

II. Yaxşı 



torpaqlar, 60-80 

bal 


  

8. 


Taxılçılıq 

Bərk buğda, 

yumşaq buğda 

və s. 


 

 

V. Nax-

çıvan 

MR 


3. Tütünçülük 

Trobzon və s. 

III. Orta 40-60 

bal 


 

Q. Talış 

7. Subtropik 

bitkilər 

Nar, feyxoa, ən-

cir və s. 

IV. Aşağı 20-40 

bal 

  8. 


Çayçılıq  

   9. 


Otlaq Qış və yay 

  10. 


Meşə 

Palıd, vələs, 

fıstıq və s. 



 

17 


 

II. 


Düzən 

D. Kür, 

Araz 


ovalığı 

1. Pambıqçılıq Zərif lifli 

V. şərti 

yararsız, 20 

baldan aşağı 

 

Qeyd: Hər rayon və yarımrayon torpaq xassələrinə görə 5 qrupa bölünür. 



 

AQROEKOLOGİYA, AQROSENOLOGİYA, aqrorekologiya, 

mədəni fitosenologiya – aqrosenozlar və ya mədəni ekosistemlər 

haqqında elm. A. aqrosenozlarda birgə  məskunlaşmağa uyğunlaşan 

orqanizmlər arasındakı  əlaqəni, bir-birinə  təsirini, mühitin onlara 

təsirini, hər hansı bir biosenoloji mühitin yaranmasında orqanizmlərin 

rolunu, həmçinin aqrosenozların strukturunu, tiplərini, məhsuldarlığını 

və rayonlaşdırılmasını tədqiq edir. A-nın ümumi məqsədi – biosenoloji 

qanunauyğunluqlardan istifadə etmək, mədəni bitkilərin məhsuldarlığını 

və keyfiyyətini yüksəltməkdir. 



AQROEKOSİSTEM – kənd təsərrüfat məhsulları əldə etmək üçün 

becərilən bitkilərin altında olan ərazi sahələrini birləşdirən ekoloji 

sistem. Aqroekosistemin tərkibinə daxildir: canlı aləmi ilə birlikdə 

(heyvanat aləmi, yosun, göbələk, bakteriyalar) torpaq; tarlalar – 

aqrosenozlar; heyvanlar; təbii və yarımtəbii ekosistemlər (meşə, təbii 

yem sahələri, su hövzəsi); insan. 



AQROEKOSİSTEMİN QİDA SAHƏSİ  – Becərilən bitkinin bir 

fərdinə düşən orta sahə. 



AQROİQLİM EHTİYATI  – k.t.-nın inkişafı üçün tələb olunan 

iqlim elementlərinin göstəriciləri. 



AQROİQLİMŞÜNASLIQ – iqlimi kənd təsərrüfatı (k.t.) 

istehsalatının tələblərinə uyğun öyrənən elm. Kənd təsərrüfatı 

bitkilərinin istilik və rütubətlə  tə’min olunma dərəcəsinin müəyyən 

edilməsi, aqrotexniki qaydaların, meliorasiya tədbirlərinin 

əsaslandırılması, mikroiqlimin yaxşılaşdırılması, xarici mühitin məhsula 

tə’siri məsələləri ilə məşğul olur. A. eyni zamanda quraqlıq, donvurma 

və s. zərərli təbii hadisələri öyrənir və onlara qarşı mübarizə tədbirlərini 

müəyyən edir. A-ın son məqsədi k.t.-nın ayrı-ayrı sahələrinin 

planlaşdırılmasına, düzgün yerləşdirilməsinə, məhsuldarlığın 

artırılmasına kömək etməkdir. 



AQROKİMYA – Torpağın kimyəvi tərkibi ilə  kənd təsərrüfatı 

bitkiləri arasındakı  əlaqəni öyrənən elmi fənn. A.-nın məqsədi kənd 

təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və alınan məhsulun 

keyfiyyətini yaxşılaşdırmaqdır. 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə