QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə3/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   2   3   4   5   6   7   8   9   ...   182

 

 



lim. 

ADAPTASİYA  (yun. adaptation - uyğunlaşma) – orqanizmlərin 

(fərd, populyasiya, növ) quruluş  və funksiyalarının, eləcə  də onların 

orqanlarının mühit şəraitinə uyğunlaşması. Bioloji A. bir çox nəsillərin 

ömrü boyu dəyişilən mühit şəraitinə uyğunlaşması. (məs. soyuğun təsiri 

ilə heyvanlarda tük, yaxud yunun uzanması), fizioloji A. mühit şəra-

itinin nisbətən qısamüddətli dəyişikliklərinə orqanizmlərin sürətlə 

uyğunlaşması (məs. dəyişilən işıq  şəraitində gözün əşyanı aydın 

seçməsi, orqanizmlərin ancaq atmosfer təzyiqi  şəraitinə uyğunlaşması 

və s.). 

Mühitin dəyişilməsi ilə  əlaqədar yeni keyfiyyət  dəyişikliyi kimi 

meydana çıxan A. bitki və heyvan orqanizmləri arasında geniş yayılmış-

dır. 


ADAPTASİYA SİNDROMU  – orqanizmin xarici faktorların stres 

təsirinə reaksiyasını  səciyyələndirən ümumi dəyişikliklərin məcmusu, 

bax. stres. 

ADAPTİV SİSTEM  –  ətraf mühitin dəyişilmiş  şəraitinə 

uyğunlaşmağa qabil olan sistem. 



ADAPTOGENLƏR – sağlamlar üçün dərmanlar-adaptasiya 

xassələri daşıyan təbii dərman bitkiləri: yuxunu normaya salır, həyat 

tonusunu canlandırır, ekstremal şəraitdə  iş qabiliyyətini artırır, infek-

siyaya qarşı davamlılığı yüksəldir, emosional (stres) yükün qarşısını alır. 

A.-dən aşağıdakıları göstərmək olar: uzaq şərq jenşeni, çin limonniki 

(şizandra), eleuterokokku və s. Amerikanın herbalayf (Nervalife) firma-

sının hazırladığı «Kişi faktoru”» və  «şizandra»” preparatlarının 

hazırlanmasında bu bitkilərdən istifadə edilmişdir. 



ADRENALİN – böyrəküstü vəzinin hormonu, oksigendən istifadəni 

və arterial təzyiqi yüksəldir, maddələr mübadiləsini stimullaşdırır. 



ADSORBSİYA – qaz və ya məhluldan hər hansı maddənin maye və 

ya bərk cismin (adsorbentlərin) səth təbəqəsi ilə udulması prosesi. Ha-

vaya qarışmış xlor qazını aktiv kömürün udması A.-ya misal ola bilər. 

A. dərəcəsi götürülən adsorbentin xassələrindən, A. edilən maddənin 

təbiətindən və temperaturundan asılıdır. Temp-r yüksəldikcə A. 

zəifləyir. A. hava və qazların təmizlənməsində (məs.  əleyhqazda), tez 

uçan məhsulların (benzin, efir, ətriyyat) udulmasında, bioloji aktiv 

maddələrin (vitamin, ferment, antibiotik və s.) alınması və təmizlənmə-

sində, poliqrafiya, radioelektronika və s-də  tətbiq olunur. A. hadisəsi 



 

 



təbiətdə geniş yayılmışdır. 

ADVENTİVLİK (lat. adventicus - yad)  – hər hansı bir növün digər 

qruplaşmadan və ya yayıldığı yerdən gəlməsi (immiqrasiyası). 



ADVENTİKATOR  – müəyyən qruplaşmaya təsadüfən daxil olan 

növ. (biol.) 



ADVENTİV ORQANİZMLƏR – insan tərəfindən təsadüfən və ya 

müəyyən məqsədlə digər iqlim zonalarından başqa  şəraitə (həmin 

vilayət üçün yeni şəraitə) gətirilən bitki və heyvanlar. 

AERASİYA  (yun. aerhava) – havadəyişmə, havanı oksigenlə 

zənginləşdirmə. 



1) Suyun A.-Sı  – suyu oksigenlə  zənginləşdirmək, suyu zərərli 

qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, 

həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və 

digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini 

təmin etmək üçün tətbiq olunur. 

2) Torpağın A.-sı – torpaq havası ilə atmosfer havası arasında qaz 

mübadiləsi. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və 

mikroorqanizmlərin tənəffüsünə lazım olan oksigenlə, yerə yaxın hava 

təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə 

zənginləşir. Torpaq xırda dənəvər strukturlu olduqda A-ya əlverişli 

şərait yaranır və bitki daha yaxşı inkişaf edir. 



AEROBİOLOGİYA – aqrobiontları öyrənən biologiya elmi. 

AEROBİOSFER – Atmosferin canlı orqanizmlərin daim olduğu və 

özləri üçün əlverişli substratda normal yaşayıb artdığı yerüstü qatı. (yer 

səthindən 6-7 km-ə qədər hündürlükdə). 

AEROBLAR, AEROB ORQANİZMLƏR (aero və bios – həyat) – 

Üzvi mənşəli maddələrin oksidləşməsi yolu ilə  sərbəst oksigen olan 

şəraitdə inkişaf edə bilən orqanizmlər. Demək olar ki, bütün heyvanlar, 

bitkilər, insan, habelə mikroorqanizmlərin çoxu aerob orqanizmlərdir. 



AEROBİOS – sərbəst oksigenli mühitdə  həyat. A. heyvanların və 

mikroorqanizmlərin böyük əksəriyyəti üçün xarakterikdir. 



AEROFİTLƏR – özlərinə lazım olan qida maddələrini yalnız 

atmosferdən alan bitkilər. Bura çiçəkli bitkilərdən səlbkimilər və brome-

liya fəsilələrinə  mənsub bütün epifitlər, sporlulardan – ağac qabığı, 

gövdəsi və budaqları. eləcə  də torpağın üstündə inkişaf edən bəzi ma-

mır, yosun və  şibyə növləri daxildir. A. başqa bitkilərin üzərində 

olduğuna baxmayaraq, müstəqil qidalanır. Yağıntısız dövrlərdə aerofit 

şibyə və mamır tamamilə quruyur, lakin məhv olmur, əlverişli şəraitdə 

yenidən inkişafa başlayır. 



AEROFOTOŞƏKİLÇƏKMƏ – təyyarə, vertolyot və digər uçuş 


 

 



cihazları ilə Yer səthinin fotoşəkillərinin çəkilməsi, A. irimiqyaslı (10 

000-dən çox), ortamiqyaslı (10 000-30 000) və kiçik miqyaslı (30 000-

dən kiçik) aparılır.  Ərazinin təyyarədən çəkilməsi paralel marşrutla 

aparılır. Bu marşrutların bir-birindən uzaqlığı elə müəyyən edilir ki, 

qonşu marşrutlara aid aeroşəkillər, orta hesabla, bir-birini 30

% (eninə 

örtmə), bir marşruta aid qonşu  şəkillər isə bir-birini 60

% (uzununa 

örtmə) örtsün. 

Aerofotoşəkillərə əsasən şəkil montaj edilir və fotosxem qurulur. Fo-

tosxem  şəkillərin mərkəz hissələrindən qarışdırılmış bütün ərazinin 

aeroşəklini verir. 



AEROŞƏKİLLƏRİN DEŞİFRLƏNMƏSİ  – aeroşəkil  əsasında 

Yer səthinin öyrənilməsi üsullarından biri. A.d-də  rəngli aerofotoşəkil, 

zərrəbin, parallaktik xətkeş, stereoskop və s-dən istifadə edilir. Topoqra-

fik deşifrləşdirmə aerofotoşəkildəki sahənin təfsilatı (bitki örtüyü, hi-

droqrafiya, yaşayış məntəqələri, yollar, sərhədlər və s.) və relyefi ayırd 

edilib topoqrafik xəritədə göstərilir. Xüsusi deşifrləşdirmə isə geoloji

hidroloji, torpaqşünaslıq və s. məqsədlər üçün aparılır. Geoloji deşifrləş-

dirmədə aerofotoşəkildə  əks olunmuş geoloji obyekt, süxur, faydalı 

qazıntı və b. geoloji xüsusiyyətlər ayırd edilir. 

AEROFOTOTOPOQRAFİYA – aerofotoşəkilçəkmə materialları 

əsasında topoqrafik xəritələrin tərtib üsullarını öyrənən elmi fənn. 



AEROLOGİYA (yun. Aer – hava, logos - elm) – atmosferin yuxarı 

qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları 

təyyarə,  şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə 

qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar 

vasitəsi ilə öyrənilir. 

AEROPLANKTON – havada asılı halda olan mikroskopik 

orqanizmlər. 



AEROPONİKA – bitkinin hava mühitində torpaqsız yetişdirilməsi. 

AEROSƏPİN – təyyarə və ya vertolyotdan xüsusi cihazlar ilə toxum 

(qum vələmiri və b. ot toxumları) səpilməsi. Bəzi səhralarda qumları, 

saksaul köklərini torpağa bərkitmək üçün istifadə edilir. 

AEROSFER (aero – və yun. Spharia - kürə) – atmosfer və torpaq 

havasından ibarət olan yer qabığı. 



AEROTAKSASİYA – aerofotoşəkillərin köməyi ilə bitki 

örtüyünün, xüsusilə meşələrin kəmiyyətcə 

və keyfiyyətcə 

qiymətləndirilməsi. 



AEROTENTLƏR  –  Aerob (oksigen verməklə) mikroorqanizmlər 

yerləşdirilən iri dənəvari materiallardan ibarət süzgəcdən keçirmək yolu 

ilə çirkab suların bioloji təmizlənməsi üçün xüsusi qurğular. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə