QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə5/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   2   3   4   5   6   7   8   9   ...   182

 

13 


 

 

Sivriyarpaq ağcaqayın 

 

 

Trautvetter ağcaqayını 

 

 

AĞIR METALLAR – xüsusi çəkisi 4,5 q/sm

3

-dan artıq olan 



kimyəvi elementlər. 40-dan artıq –qurğuşun, kadmium, civə, sink, mo-

libden, marqans, nikel, titan, kobalt, mis, vanadium, qalay və b. 

A.m.-ın tərkibində insanın həyatı üçün vacib olan metallar (sink, 

dəmir, marqans, mis) və orqanizm üçün toksik maddələr (kadmium, 

civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib olan A. 

m.-ın konsentrasiyası artıq olduqda onlar insan üçün təhlükəli olur. 

İnsanın sağlamlığı üçün təhlükəliyinə görə A.m. 3 sinfə bölünür: I sinif 

– arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink; II sinif – ko-

balt, xrom, mis, molibden, nikel, antimon; III sinif – vanadium, barium, 

volfram, marqans, stronsium. A.m. ətraf mühitə çirkab suları, sənaye 

müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur. 

AĞIR METALLARLA ÇİRKLƏNMƏ  – Yer səthində qurğuşun, 

civə, kadmium və digər ağır metalların lokal, regional və qlobal toplan-

ması. 

AĞQANADLILAR (Aleyrodinea) – bərabərqanadlılar (Homoptera) 

dəstəsindən həşərat yarımdəstəsi. Azərbaycanda 8 növü məlumdur. Bir 

çox növü sitrus, tərəvəz, meşə, istixana və oranjereya bitkilərinin zərər-

vericisidir. A. yarpaqların alt tərəfində yaşayır, kölgə  və  nəm yerlərdə 

ona daha çox təsadüf edilir. Mübarizə  tədbirləri: bitkilərə insektisidlər 

çilənir, oranjereyalar dezinfeksiya olunur. 




 

14 


 

AXAR GÖL – bulaqlardan su qəbul edən və axarı olan göl. 

 

AXAR SU HÖVZƏSİ – su gəliri və çıxarı (axımı) olan su hövzəsi 

(sututarı). 

AXIM MODULU – çay hövzəsinin səthindən vahid zamandakı 

axımın orta miqdarı. L (san-km

2

) ilə ifadə olunur. Eroziya prosesini sə-



ciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb 

axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı mate-

rialların axım modulu) 1 km

sutoplayıcı sahədən axan sülb axının tonla 



miqdarıdır. 

AXIMIN NİZAMLANMASI – yamaclarda axımın maksimum zəif-

lədilməsi və torpağa hopdurulması üçün həyata keçirilən müxtəlif təd-

birlər sistemi. Axımın nizamlanması üçün yamaclarda müxtəlif aqrotex-

niki, fitomeliorativ tədbirlər həyata keçirilir, müxtəlif hidrotexniki 

qurğular tətbiq edilir.  

AXMAZ – çayın  əyri-üyrü axıb öz yatağını düzəltməsi nəticəsində 

qismən və ya tamamilə ayrılmış hissəsi. A.-lar ilk dövrdə göl şəklində 

olur və çay daşqınları ilə qidalanır. A. çay daşdığı zamanı su olmadıqda 

tədricən bataqlığa çevrilir və quruyur. Mingəçevir su anbarı tikilənədək 

Kür çayının aşağı axınında A.-lar çox idi. Hazırda  əksəriyyəti 

qurudulmuşdur. 



Axmaz 

 

AGELİOFİLLƏR – işıqsız  şəraitdə yaşayan heyvanlar (mağarada, 

dənizin dərinliklərində). 



AKARİSİDLƏR (yun. akari - gənə) – ziyanlı gənələri məhv etmək 

məqsədilə istifadə edilən kimyəvi maddələr. 



AKKUMULYASİYA (GEOLOGİYA)  (lat. Accumulatio - 

toplanma)  – axar su, buzlaq, dəniz, külək və vulkanların geoloji fəa-


 

15 


 

liyyəti nəticəsində çöküntü, mineral və üzvü qalıqların quruda və su 

hövzəsinin dibində yığılması. A.-nı yaradan geoloji amildən asılı olaraq 

su, külək, buzlaq və s. A-lar olur. A. nəticəsində akkumlyativ relyef 

əmələ gəlir. 

AKKUMLYATİV DÜZƏNLİKLƏR – qurunun keçmişdəki çökək 

sahələrinin çayların gətirdiyi materiallarla (çınqıl, qum, qumdaşı, gil və 

s.) buzlaq çöküntüləri ilə, vulkan püskürmələri məhsulları  və eol 

çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklər. 



AKLİMAKS – biotik və abiotik mühitin dəyişkənliyi nəticəsində 

biosenozun davamsızlıq vəziyyəti. 



AKRODENDROFİL HEYVANLAR – 

əsasən ağacların 

çətirlərində yaşayan orqanizmlər. (müxtəlif həşəratlar, çətirlərdə yuva 

quran quşlar və s.). 



AKROFİL BİTKİLƏR  – dağ-alp zonasını üstün tutan bitki 

qrupları. 



AKSELERASİYA  – fərdlərin böyümə  və yetişməsinin kəskin 

tezləşməsi, həmçinin onların ölçüsünün artması.  İnsan cəmiyyətində 

akselerasiya onu əhatə edən ətraf mühitin kompleks faktorlarının təzyiqi 

altında gedir. 



AKTİNOMETRİYA (yun. aktis - şüa) – 1) işığın intensivliyinin öl-

çülməsi; 2) meteorologiyanın atmosfer şəraitində günəş, yer və atmosfer 

şüalanmasını öyrənən bölməsi. 

AKTİV TEMPERATUR – bu və ya digər bitki və heyvan 

növlərinin yayılmasını təyin edən temperaturlar. 



AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR – məsaməli strukturlu yüksək 

dərəcəli adsorbsiyalı kömür. Havada və suda olan zərərli maddələrin 

udulması üçün süzgəclərdə (filtrlərdə) istifadə olunur. 

AKTİVLİK SƏRHƏDİ – aktiv həyat mümkün olan hədd daxilində 

hər hansı bir faktorun optimal zonası. 



AKULTUR LANDŞAFT – insanın səmərəsiz fəaliyyəti nəticəsində, 

yaxud qonşu landşaftın əlverişsiz təsirilə əmələ gələn landşaft. 



AKUSTİK TRAVMA – eşitmə orqanlarının həddən artıq güclü 

səsin təsirindən zədələnməsi. A.t. nəticəsində daxili qulaqda baş verən 

ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. 

Profilaktikası: istehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər. 



AKVAKULTURA (lat. agua - su) – su mühitində yetişdirilən faydalı 

orqanizmlər, o cümlədən marikultura (dəniz akvakulturası) – dəniz, liman 

və estuariyalarda faydalı yosun, malyusk, balıq və digər orqanizmlərin 

yetişdirilməsi. 



 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə