QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə18/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   14   15   16   17   18   19   20   21   ...   182

 

47 


 

BİOGEOKİMYƏVİ DÖVRAN – bioloji dövranın bir hissəsi olub 

kimyəvi maddələrin mübadiləsi dövrəsini təşkil edir; canlı 

orqanizmlərin fəal iştirakı ilə təbiətdə kimyəvi elementlərin dövranı. 

BİOGEOKİMYƏVİ  ƏYALƏT  – biri digərindən torpaq, su, bitki 

və heyvanat aləminin miqdarı  və kimyəvi elementlərin, maddələrin 

tərkibi ilə seçilən Yer səthinin ayrıca sahəsi. Termin və konsepsiyanın 

əsaslandırılması A.P. Vinoqradova (1949) aiddir. 



BİOGEOKİMYƏVİ  XƏRİTƏLƏŞDİRMƏ  – biogeokimyəvi 

rayonlaşdırma xəritə  və  xəritə-sxemlərinin tərtibi. B.x. biosferin 

quruluşunu öyrənmək və biogeokimyəvi rayonlaşdırmada mühüm me-

tod sayılır. B.x. konsepsiyası V.V.Kovalski (1957) tərəfindən dəqiq 

işlənib hazırlanmışdır. 

BİOGEOKİMYƏVİ PROSESLƏR  – cansız və canlı sistemlərdə 

(biosenozlarda) və onların arasında gedən proseslər. 



BİOGEOKİMYƏVİ  SİKL  – kimyəvi maddələrin dövranı (qeyri-

üzvi mühitdən canlı orqanizmlər vasitəsilə yenidən qeyri-üzvi mühitə). 

B.s. günəş enerjisi, qismən kimyəvi reaksiyası enerjisindən istifadə 

etməklə başa çatır. B.s.-i konsepsiya aspektində ilk dəfə V.İ. Vernadski 

öyrənmişdir. 

BİOGEOSENOLOGİYA – ekosistem ekologiyasının bir bölməsi 

olub biogeosenozları  və onların birliyinə yerin biosenotik örtüyünü 

öyrənir. B. elminin banisi V.N. Sukaçovdur. B-nın  əsas vəzifəsi 

müxtəlif biosenozların quruluşunu, xassələrini, bioloji məhsuldarlığını, 

sərhədini, dinamikasını, dayanaqlığını, onların maddə  və enerji 

ehtiyatını, biogeosenozların  əmələ  gəlməsində  təbii təsirlərin və antro-

pogen amillərin rolunu tədqiq etməkdir. Meşə, kənd və su 

təsərrüfatında, həmçinin təbiətin mühafizəsi probleminin həllində B.-nın 

böyük əhəmiyyəti vardır. 

BİOGEOSENOTİK QABIQ, HƏYAT TƏBƏQƏSİ, BİOFİLM – 

Yer səthinin (qurunun) bütün biogeosenozlarının məcmusu. B.q.-ın 

qalınlığı 200-300 m təşkil edir. Bax. biosfer. 

BİOGEOSENOZ – (Sukaçev, 1942), akosenoz (Kassal, Girgis. 

1965), senoekosistem (Bıkov, 1970), geoekosistem (Soçava, 1970), 

geoekobiota (Qerasimov, 1973), bioekos (Nesterov, 1975). V.N. Su-

kaçova görə biogeosenoz Yer səthinin oxşar canlı (bitki örtüyü), heyva-

nat aləmi, mikroorqanizmlər (komponentlərinin və  təbii  şərait, geoloji 

quruluş və s.) onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksidir. B.-

ların məcmusu Yerin biosenoloji örtüyünü və ya biosferi əmələ gətirir

ayrı-ayrı B.-lar isə biosferin elementar (sadə) vahidi sayılır. 



BİOGEOSENOZUN SƏRHƏDİ  – keçid zolağı olub, kənarlarında 


 

48 


 

mühityaradan komponentlərin nisbəti və bununla əlaqədar biosenozun 

strukturu dəyişir. 

BİOGEOSENOZUN STRUKTURU  – biogeosenozun üfüqi və 

şaquli hissələrə (bölmələrə) ayrılması (yarus, konsorsi, sinuziya, parsella 

və s.) 

BİOGEOSFER  – Yer kürəsinin canlı varlıqlar toplanan qabığı. B. 

Yer qabığının üst qatının hava okeanı ilə təmasda olduğu sərhəddə və su 

örtüyünün yuxarı hissəsində yerləşir. B. Yer Kürəsində insanın daim 

yaşaya bildiyi və  hərtərəfli yeganə  təbəqədir.  İnsanlar özlərinə lazım 

olan resursların demək olar ki, hamısını (suyu, oksigeni, yanacağı, 

ərzağı, sənaye və tikinti üçün xammalı və s.ni) B.-dən alırlar. 



BİOHİDROKİMYA – su orqanizmlərinin təsirilə su mühitində 

gedən fiziki-kimyəvi prosesləri öyrənən elm. Ekologiya, hidrokimya, 

hidrobiologiya, okeonologiya və b. elmlərlə sıx əlaqəsi var. 

BİOHORİZONTLAR – biosenoz və ya senoekosistemdə qatların 

funksional bölgüsü. Biohorizonta meşənin çətrini, torpağın genetik 

horizontlarını aid etmək olar. Entomoloqlar B.-a qeobiy (torpağın üst 

hissəsindən altda yaşayan xırda heyvanların məskəni), herpetobiy 

(torpağın səthində yaşayan və fitobiy (yaşıl bitkilər üzərində yaşayan)aid 

edirlər. 



BİOXOR  (bio və yun. Choros -yer) – hakimlik edən müəyyən 

həyatilik formaların müəyyən meteoroloji faktorların birliyinə uy-

ğunlaşan coğrafi mühit;2) həyatın yayıldığı vilayət; 3) oxşar bitmə 

şəraiti qrupu; 4) floristik rayonun iqlim sərhədi; Palmana (1933) görə 

ekosistemin sinonimi. 

BİOİQLİMŞÜNASLIQ  – iqlimin canlı orqanizmlərə  təsirini 

öyrənən təlim. Ekologiya B.-la sıx bağlıdır. B. termini və onun əsası 20-

ci əsrin əvvəlində A.Keppen tərəfindən işlənmişdir. 

BİOİQTİSADİYYAT, EKONEKOL  – ekologiya və iqisadiyyatın 

qovuşduğu yerdə yaranan təlim sahəsi, təbii sərvətlərdən istifadə etdiyi 

prosesdə insanın təbiətlə əlaqəsini öyrənir. 

BİOİNDİQATORLAR, BİOLOJİ  İNDİQATORLAR  – öz 

varlığı, miqdarı və inkişaf intensivliyi ilə yaşadığı mühit, orada yaşayan 

canlılar və gedən proseslər (bəzi maddə  və elementlərin olub-

olmamasını və s.) üçün göstərici olan orqanizmlər. 

Növ və cinslərdə ətraf mühitin çirklənməsi dərəcəsinə uyğun olaraq 

əlamət dəyişgənlikləri. Bəzi bitkilərin əlamətlərinə görə mühitin xarak-

terik xüsusiyyətlərini, orada olan faydalı qazıntıların növlərini 

müəyyənləşdirmək olur. 



BİOKARROZİYA – metalların canlı orqanizmlərin həyat 


 

49 


 

fəaliyyətinin təsiri nəticəsində zədələnməsi (dağılması) prosesi. B. su və 

neft borularında baş verir. 

BİOKİMYA, BİOLOJİ  KİMYA  – canlı orqanizmlərin tərkibini, 

onları  təşkil edən birləşmələrin quruluşu və xassələrini,  əmələgəlmə 

yolları  və qanunauyğunluqlarını. çevrilmə ardıcıllığı  və mexanizmini, 

həmin maddələrin bioloji və fizioloji rolunu öyrənən elm. B-nın mühüm 

vəzifələrindən biri, bütün canlıların  əsas xassəsi olan maddələr mü-

badiləsini öyrənməkdir. 



BİOKİMYƏVİ İNDİKATOR  çirklənmə indiqatoru, biokimyəvi 

proseslərin dəyişilməsi əsasında əldə edilən göstərici. 



BİOKOMPLEKS – kosmik gəmidə həyat üçün əlverişli şəraiti uzun 

müddət və etibarlı təmin etmək məqsədilə süni surətdə seçilmiş ibtidai 

və ali bitkilər, heyvanlar, mikroorqanizmlər. Uçuşda iştirak edən insanın 

özü də B.-ə daxildir. 



BİOKOS MADDƏLƏR – orqanizmlər və abiogen proseslərin birgə 

fəaliyyəti nəticəsində əmələ gələn maddələr. (su, torpaq, aşınma qabığı, 

atmosfer). Termin V.İ.Vernadski (1926) tərəfindən irəli sürülmüşdür. 

BİOKÜTLƏ, BİOLOJİ KÜTLƏ  – bir növə, eləcə  də növlər qru-

puna daxil olan fərdlərin vahid sahədəki (və ya həcmdəki) kütləsi. Çox 

mühüm ekoloji terminlərdən biri. B. çox zaman yaş  və quru maddə 

kütləsi ilə (q/m

2

, q/m


3

, kq-ha, t/ha və s.), yaxud da kütləyə müvafiq 

vahidlərlə (məs. orqanizmlərin üzvi maddələrinin karbon və ya azot 

kütləsi və s.) ifadə edilir. Bitki B.-si fitokütlə, heyvan B.-si zookütlə 

adlanır. 

BİOKÜTLƏ  VƏ ÖLÜKÜTLƏNİN EHTİYATI  – biosenozda, və 

ya senoekosistemdə bitkinin (fitokütlə), heyvanların (zookütlə) və 

mikroorqanizmlərin canlı maddəsinin ehtiyatı.  Əsasən fotokütlənin 

ehtiyatı (t/ha), ölü kütlənin ehtiyatı (töküntü, ağac qabığının ölü hissəsi

meşə döşənəyi) təyin edilir. 

BİOKÜTLƏNİN EHTİYATI  – müşahidə vaxtı biosenozun (bitki 

və heyvan) bioloji kütləsi. Fitokütlə və ölü kütlə ayrılır. 



BİOKÜTLƏNİN TOPLANMASI SÜRƏTİ  – biokütlənin artımı; 

kütlənin illik məhsula nisbəti ilə ifadə olunur (adətən bitkilər üçün qəbul 

olunmuşdur); bir kütlə (q/sm

2

, kq/m



2

) 



BİOQAZ  – Metan qıcqırma bakteriyalarının iştirakı ilə sellüloz 

anaerob orqanizmlərin təsiri nəticəsində tullantıların (peyin, saman və 

s.) və ya üzvi məişət tullantılarının anaerob parçalanma prosesi zamanı 

əmələ gələn qaz qarışığı (təxminən tərkibi: metan-55-65%, azot, hidro-

gen, oksigen və hidrogensulfid qarışığı). Enerji krizisi ilə  əlaqədar 

nəzəri cəlb etmişdir. Yanacaq kimi istifadə olunur. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə