84
Şəkil 6.1. Canlı orqanizmlərin biosferin komponentləri ilə qarşılıqlı
əlaqəsi
Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. O, yerdə olan canlı orqa-
nimzlərin rolu haqqında yazmışdır:
Şişirtmədən təsdiq etmək olar ki, planetimizin, biosferin zahiri qabığının kimyəvi vəziyyəti bütövlükdə həya-
tın təsiri altındadır, canlı orqanizmlərlə təyin olunur, şübhəsiz, biosferə adi görünüş verən enerji kosmik mənşə
daşıyır.
O, Günəşdən şüa enerjisi formasında çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın məcmusu bu kosmik şü-
asının enerjisini Yerin kimyəvi enerjisinə çevirir və həyatımızın sonsuz müxtəlifliyini yaradır.
Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parça-
lanması, daim öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini də-
yişməsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar ha-
disələrdən birini törədir.
Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir. Bu enerji hidrosfer, atmos-
fer və litosferdə əksər fiziki və kimyəvi proseslərə hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, mad-
dələrin yenidən paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur.
Biosenozun(biotanın) ətraf mühitin formalaşmasında və sabitləşməsində rolunu onun qlobal funksiyaları
(energetik, destruktiv, konsentrasiya, mühit yaratma, nəqletmə) ilə göstərmək olar.
Canlı maddələrin mühityaratma funksiyası bütün funksiyaların birgə nəticəsi hesab olunur: energetik funk-
siya bioloji dövranın bütün həlqələrini enerji ilə təmin edir; destruktiv və konsentrasiya funksiyaları dağınıq
(seyrək), lakin həyat üçün çox mühüm elementlərin təbii mühitdən çıxarılması və toplanmasına şərait yaradır.
85
Şəkil 6.2. Yerin biosferini təşkil edən maddələrin əsas
tipləri
86
Cədvəl 6.1.
Biosferin və onun əsas təşkilinin təkamülü (F.Romada görə, 1981)
Vaxt,
illərin
sayı
Geoloji dövr
Biosfer
Litosfer
Hidrosfer
Atmosfer
1
2
3
4
5
6
5 x 10
9
4,5 x 10
9
İlk arxey
Günəş
sisteminin
formalaşması,
ən qədim
süxurlar
Okeanın
kondensasiyası
Sərbəst
oksigen
yoxdur
3 x 10
9
Dokembri
İlk bakteriyalar
Dəmir oksidindən
oksigenin əmələ
gəlməsi
2 x 10
9
Fotosintez
qabiliyyətli ilk
orqanizmlər
Vulkanizm
Müasir
zamana görə
oksigenin
miqdarı 1%
təşkil edir
Fitoplanktonun
sürətlə artması
Dokembri
buzları
Azon qatının
əmələ gəlməsi
5 x 10
7
Kaynozoy
erası
Eosen
Oliqosen
Taxılotların peyda
olması
Qonur
kömürün
əmələ gəlməsi
Vulkanizm
Oksigenin miqdarının
faizi müasir
dövrdəkinə yaxındır
2 x 10
7
Miosen
Məməlilərin növ
müxtəlifliyinin
artması
10
7
Atropoid xətti üzrə
ilk primat
Piosen
İlk insanabənzər
1
2
3
4
5
6
10
6
Dördüncü
dövr
Buzlaqlaşma
Dənizin səviyyəsi
indikindən 120 m
aşağı
Oksigen
miqdarı
indikinə
uyğun gəlir
7 x 10
8
Poleozoy erası
Çoxhüceyrəlilərin
peyda olması
Müasir
zamana
nisbətən
oksigenin
miqdarı 3-
10% təşkil
edir
5 x 10
8
−
2,25 x 10
8
Qorulu bitkilərin və
həşəratların peyda
olması
Saxaranın
buzlaqlaşması
Daş kömür
yığınlarının
Okeanın həcminin
artması
87
əmələ gəlməsi
10
8
−
Mezozoy erası Məməlilərin peyda
olması
Vulkanizm
Oksigenin
miqdarı
çoxalır
7 x 10
7
−
Örtülü toxumların
peyda olması
Çökmə
süxurlarda
təbaşir və
gipsin
toplanması
Cədvəl 6.2.
Biosferdə canlı maddənin əsas funksiyaları
Funksiya-
lar
Baş verən proseslərin qısa səciyyəsi
Energetik
Fitosenoz zamanı Günəş enerjisinin, enerji ilə zəngin maddələrin parçalanması yolu ilə isə
kimyəvi enerjinin udulması
Konsentra-
siya
Müəyyən növ maddələrin fəaliyyəti gedişində seçmə toplanması: 1) orqanizm gövdəsini
qurmaq üçün istifadəsi; 2) Metabolizm zamanı orqanizmdən kənar edilməsi
Destruktiv
1)Qeyri biogen üzvi maddələrin minerallaşması;
2)Cansız qeyri üzvi maddələrin parçalanması;
3)Əmələ gələn maddələrin bioloji dövrana cəlb (daxil) edilməsi;
Mühityarat-
ma
Mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi (başlıca olaraq qeyri biogen maddələrin
hesabına)
Nəqletmə
Maddələrin ağırlıq qüvvəsinə əks və üfüqi istiqamətində aparılması
Canlı maddələrin mühityaratma funksiyaları nəticəsində Yerin təbii mühitində aşağıdakı mühüm hadisə-
lər baş vermişdir:
a) İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki, biosenoz əsasən yerin oksigen atmosferini
formalaşdırır və karbon qazının konsentrasiyasına təsir göstərir;
b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir.
Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.
ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, fosforit, boksid, karbonat və silisium sü-
xurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernads-
ki qraniti keçmiş biosferin izləri adlandırır.
ç) Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir.
d) Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxar-
landırıcı effektinə görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud
Yerin quru sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yarat-
mağa imkan vermiş və ona 70-75% nəzarət edir.
e) Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki, bioloji aşınma dağ süxurlarının par-
çalanmasında əsas rol oynayır (xırda torpaq hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmişdir);
ə) canlı maddə biogenlərinin miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası
biotanın fəaliyyətindən çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın
dibində səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmos-
ferdə olan konsentrasiya ilə müvazinət (tarazlıq) vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda
karbon qazının konsentrasiyası okeanın səthində və dərinliyində bərabərləşir. Bunun nəticəsində atmosferə
CO
2
-nin atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər. Beləliklə, okeanın biotası atmosferdə
Dostları ilə paylaş: |