100
Cədvəl 6.3.
Yer kürəsi ekosistemlərinin ilkin bioloji məhsuldarlığı
(R.X.Uittekerə görə, 1980)
Yerin coğrafi (landşaft) təbəqəsinin sərhədləri biosferin sərhədləri ilə uyğun gəlir. Lakin coğrafi təbəqəyə həyat
olmayan sahə də daxil olduğu üçün şərti olaraq biosferi coğrafi təbəqənin tərkibində olmasını qəbul etmək olar.
Faktiki olaraq bu əlaqəli birlikdir. Təbii ekosistem tiplərinin landşaft yanaşma baxımından ayrılması bunu təsdiq edir.
R.X.Uittekerə görə Yer kürəsindəki ekosistemlərin məhsuldarlığının qiymətləndirilməsində istifadə olunan təsnifat
buna misal ola bilər (cədvəl 6.3.).
Landşaft təbəqəsi, həmçinin biosferin əsas (baş) enerji mənbəyi – Günəş radiasiyasıdır.
6.3. saylı cədvəldən göründüyü kimi biosferin məhsuldarlığı müxtəlif təbii ekosistemlərin (eyni zamanda
landşaftların enerjisi) məhsuldarlığının cəmindən ibarətdir.
Lakin günəş enerjisi bu məhsuldarlığı təmin edərək Yer səthinə çatan bütün enerjinin yalnız 2-3%-ni təşkil
edir. Enerjinin qalanı onun fiziki-kimyəvi parçalanmasında (töküntü və b.) aktiv iştirakını nəzərə almasaq,
abiotik mühitə sərf olunur. Ancaq abiotik faktorlar biotik faktorlarla birlikdə orqanizmlərin təkamül inkişafını və
ekosistemin homeostazını təyin edir. Bitki örtüyü və heyvanat aləmi də öz növbəsində güclü təbii
komponentlər kimi ətraf mühitə təsir göstərə bilir və müəyyən mikromühit (mikroiqlim) yaradır. Bütün bunlar
101
canlı təbiətin, bütövlüklə landşaftın vahid enerji sahəsində mövcudluğunu təsdiq edir (cədvəl 6.3.). Cədvəldən
göründüyü kimi müxtəlfi ekosistem tiplərinin məhsuldarlığı eyni olmayıb planetdə tutduğu ərazinin ölçüsü də
müxtəlifdir. Məhsuldarlığın müxtəlifliyi iqlim zonallığı, mühitin xarakterindən (quru, su), ekoloji faktorların lokal
qaydada təsiri və s. ilə bağlıdır. Y.Odum biosferin təbii ekosistemlərinin aşağıdakı təsnifatını təklif etmişdir.
1. Yerüstü biomlar (ekosistemlər)
- Arktika və alp tundrası
- Boreal iynəyarpaqlı meşələr
- Mülayim qurşağın bozqırları (çölləri, stepləri)
- Tropik bozqırlar və savannalar
- Çaparral – qışı yağışlı, yayı quraqlıq keçən rayonlar
- Səhralar: otlu və kollu
-Yarımhəmişəyaşıl tropik meşə (yağışlı və quraq mövsümləri aydın təzahür olunan)
- Həmişəyaşıl tropik yağışlı meşələr
2. Şirinsulu ekosistem tipləri
- Lentik (durğun sular) ekosistemlər: göllər, nohurlar və s.
- Bataqlaşmış sahələr: bataqlıqlar, bataqlıq meşələri
3. Dəniz ekosistem tipləri
- Açıq okean (pelagik) ekosistemi
- Kontinental şelfin suları (sahilyanı sular)
- Apvelinq rayonu (məhsuldar balıqçılığı olan münbit rayonlar)
- Estuarı ekosistemi (sahilyanı buxtalar-kiçik körfəzlər, boğazlar, çayların mənsəbi, duzlu marşlar və b.)
Biomların yayılma sərhədləri materiklərin landşaft komponentləri ilə təyin olunur, adı isə üstünlük təşkil
edən bitki ilə (meşə, kol və b.) ifadə olunur. Su ekosistemlərində bitki orqanizmləri dominantlıq etmir, odur ki,
mühitin fiziki əlamətləri («durğun», «axar» sular, açıq okean və b.) əsas götürülür.
Yuxarıda deyilənlər göstərir ki, biom sərhədləri regional səviyyədə landşaftın sərhədlərinə uyğun gələn
ekosistemdir. Onun komponentləri landşaftın komponentlərindən ibarətdir, lakin onun əsas komponenti biota
sayılır, burada üzvi maddələr yaradan proseslərə və maddələrin biokimyəvi dövranına əsas diqqət yetirilir.
7.1. Yerüstü biomlar (ekosistemlər)
Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir. Belə
sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır.
Məlum olduğu kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterik-
dir.
Bütün Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik
qurşaqlığı müşahidə olunur. Dağ sisteminin ətəyində iqlim ümumi coğrafi zonallığa uyğun gəlir, yuxarıya
qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir.
7.1.1. Tundra
Əsasən şimal yarımkürəsində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır. Cənub yarımkürəsində
Antarktida yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə
(şm-da), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın və
Şimali Amerikanın şimal sahilləri boyu uzanır.
Tundra zonalarının yerləşdiyi enliklərdə illik radiasiya balansı aşağıdır (8-20 kkal/sm
2
), oktyabrdan aprelədək
mənfidir. Qış 8-9 ay (bunun 60-80 günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -40
0
C-yə
qədər, iyulda 5-10
0
C-dir. İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Yay havanın nisbi rütubətliyinin
yüksəkliyi, tez-tez duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və
bataqlıq var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar və
kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar.
Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat şəraitinin sərtliyi ilə əlaqədar həddindən artıq yoxsulluğu,
bəzən müstəqil cinslərə məxsus olan endemlərin olması, həmçinin yekcinslik və bir çox heyvanların dənizlərlə
əlaqədar olması (quş «bazarlarında» yaşayan quşlar, ağ ayı və b.) və s.-dir. Onurğalı heyvanların əksəriyyəti
qışda tundranı tərk edir; yalnız bir qismi, məsələn, lemminqlər qar altında yaşayaraq sağ qalırlar. Tundra
faunasının tərkibinə adi və dırnaqlı lemminqlərin endem növləri, əsasən, tundranın cənub hissəsində yaşayan
Dostları ilə paylaş: |