102
bəzi tarla siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf
olunur, şimal maralı xarakterikdir. Quşlardan ağ kəklik, tundra kəkliyi, ağ qaz, ağ bayquş, şimal sərçəsi,
laplandiya yol torağayı endem sayılır. Sürünənlər azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər çoxdur.
Øÿêil 6.12. Òÿáèè åêîñèñòåìëÿðèí òÿñíèôàòû
7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr – mülayim iqlim zonasının şimal hissəsində yayılmışdır.
Bu iynəyarpaqlı meşələr tayqa adlanır (türk dillərində tayqa meşəli dağ deməkdir). Tayqada qış soyuq, qar
örtüyü uzunmüddətli, çox şaxtasız dövr nisbətən qısa (orta temperatur iyulda 10-18
0
C), yağıntı
buxarlanmadan çox olur. Tayqa meşələri Şimali Avrasiyada və Şimali Amerikada çox geniş sahə tutur. Tayqa
meşə qruplaşmaları tündiynəyarpaqlı ağac cinslərindən (küknar, ağşam) Sibir sidr şamı (Sibir sidr ağacı)
və açıqiynəli ağac cinslərindən (qaraşam və şam – əsasən qumlu torpaqlarda) təşkil olunmuşdur. Tündiynəli
meşələrin quruluşu sadə olub bir-iki-üç ağac yaruslu, mamır yarusu, bəzən ot və ya ot-kol yarusundan ibarət
olur. Çox gövdəli olur. Tündiynəyarpaqlı meşələr xüsusi mikromühitə malik olub küləksiz, açıq sahəyə nisbətən
temperatur yüksək qalın qar örtüyü sərt qış dövründə heyvanat aləminin sağ qalmasına şərait yaradır.
103
Tökülən iynələr yavaş parçalanır, odur ki, torpaq podzol profilli olur. Torpaqda kifayət qədər çoxlu xırda
orqanizmlərin populyasiyaları yaşayır, yarpağı tökülən meşələrə, çəmən və bozqırlara nisbətən bir qədər iri
torpaq orqanizmlərinə az rast gəlinir. Tayqada iri heyvanlardan ayı, canavar, otyeyənlərdən sığını göstərmək
olar. Bu meşələrin faunası üçün toxum fondunun və iynələrin böyük əhəmiyyəti var: toxumlarla quşlar,
dələlər, burunduq və digər gəmiricilər, iynələrlə isə həşəratlar qidalanır. Quşlardan Sibir xoruzu, bonazi tetrası,
sidr quşu, ağacdələn, tüklüayaq yapalaqları qeyd etmək olar. İnsan fəaliyyəti nəticəsində (meşələrin qırılması,
yanğınlar) tayqa faunası əsaslı surətdə dəyişmişdir, bir növ artmış, digəri azalmış, yeni növlər peyda olmuşdur.
7.1.3. Mülayim zonanın yarpağı tökülən meşələri (enliyarpaq meşələr). Tayqa meşələrindən
cənubda yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir, illik yağıntıların miqdarı 700-dən 1500 mm qədər
təşkil edir. Mülayim temperatura və aydın seçilən mövsümlərə malikdir. İlk vaxtlar enliyarpaqlı meşələr şimali
Amerika, bütün Avropa, Yaponiyanın bir hissəsi, Avstraliya və Cənubi Amerikanın cənub hissəsində geniş
ərazilər tuturdu. Beləliklə, bu meşəlik bir-birindən yüksək dərəcədə təcrid olunduğundan növ tərkibi tundraya
nisbətən zəngindir. ABŞ-ın mərkəzi rayonlarının şimal hissəsində fıstıq-ağcaqayın meşələri, Viskonsin və
Minnosetdə ağcaqayın-cökə meşələri, ABŞ-ın qərb və cənub ştatlarında palıd və gikori meşələri, Appalaç
dağlarında palıd-şabalıd meşələri yayılmışdır. Avropa, Asiya, o cümlədən Cənubi Qafqaz regionlarında bu
meşələrdə fıstıq, palıd növləri, vələs, cökə, şabalıd, qovaq və s. ağac cinsləri üstünlük təşkil edir.
Enliyarpaq meşələrin yarus quruluşu iynəyarpaqlı meşələrə nisbətən xeyli mürəkkəb olub üçə qədər ağac
yarusu, kol və ot yaruslarından təşkil olunmuşdur. Şimali Amerikanın ilkin meşələrində məskunlaşan
heyvanlardan maral, boz və qara dələlər, sığın, boz tülkü, Amerika vaşağına rast gəlinir. Ornitofauna müxtəlif
və zəngindir.
Enliyarpaq meşələr zonasında iynəyarpaqlılardan şam meşələrinə də rast gəlinir. İnsan sivilizasiyasının olduqca
inkişaf etməsilə əlaqədar olaraq enliyarpaq meşələrin pozulmamış sahələrinə təsadüf etmək çətindir. Onların əksər
hissəsi mədəni (kənd təsərrüfatı) qruplaşmaları ilə əvəz olunmuşdur.
7.1.4. Həmişəyaşıl enliyarpaq subtropik meşələr
Yüksək rütubətlik və yay-qış temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini
enliyarpaq həmişəyaşıl meşələrə verir. Belə meşələr Mərkəzi və Cənubi Yaponiyada, Floridada, Meksika körfəzi
boyu, Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə palıd növləri, maqnoliya, dəfnə, əncir
dominantlıq edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi,
ananas növləri bitir.
7.1.5. Mülayim zonanın bozqırları (çölləri)
Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750
mm-ə qədər təşkil edir. Bozqırlar Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda
(pampaslar), Avstraliya, Yeni Zenlandiya (tussoklar) geniş əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil
xarakter daşıyır. Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət
bozqırlar üçün kol bitkiləri də səciyyəvidir.
Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt yaşayan heyvanlar (marmot, sünbülqıran,
çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü əmələ gətirir. Bozqır biosenozunda dırnaqlılar
(sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır. Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində
bozqır bitki örtüyü deqradasiyaya uğrayır, praktiki olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma
prosesi baş verir, pis yeyilən yovşan və digər kserofil bitkilər peyda olur.
Bozqır ekosistemlərin torpağı meşə torpağından, əsasən yüksək humusluğu ilə kəskin seçilir. Ot (taxıl)
bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu miqdarda üzvi birləşmələr daxil olur
və humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən məhsuldar torpaq sayılan – qaratorpaq belə
yaranır.
Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil
qruplaşmaların məhsuldarlığı 100-200 sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov,
1988).
Hazırda bozqır ərazilərin böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır.
Azərbaycan Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın orta
və aşağı dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən
qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi bozqırlaşmış
Dostları ilə paylaş: |