QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə81/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

 
176 
Bioloji aktivdir, qalxanvari vəzin hormonlarının sintezi üçün vacib mikroelement sayılır. Əsas antropogen 
izotop 
131
j  sayılır.  O,  nüvə  partlayışı,  AES-lərin  istismarı  (qəzası),  reaktorların  qəzası  zamanı  əmələ  gəlir. 
Miqrasiyanın  ekoloji  zəncirinə  aktiv  qoşulur.  Beləliklə,  planetimizin  təbii  mühitinə,  o  cümlədən  insan 
orqanizminə radiasiya yükünə, həm bir sıra təbii faktorlar, həm də insan populyasiyasının fəaliyyəti nəticəsində 
həyat mühitinin antropogen dəyişməsi səbəb ola bilər.  
 
13.3. Atmosferin texnogen radioaktivliyi və əhalinin sağlamlığı 
Keçən əsrdə radiasiya, laboratoriya təsadüfiliyi faktorundan mühitin qlobal ekoloji faktoruna çevrildi.  
Radiasiyanın təbii fondan orqanizmə artıq dozalarla təsiri olduqca müxtəlif olub, bir çox səbəblərdən və ilk 
növbədə şualanmanın dozasından asılıdır (cədvəl 13.1).  
İonlaşdırıcı şüalanma orqanizmə həm xarici, həm də daxili şüalanma mənbələrindən təsir göstərir. Daxili 
şüalanmada  radioaktiv  maddələr  orqanizmə  qida  ilə,  su  ilə,  dəri  örtüyü  vasitəsilə  daxil  olur.  Xarici  və  daxili 
şüalanma birlikdə də təsir göstərə bilər.  
Müxtəlif  növ  ionlaşdırıcı  radiasiyanın  zədələndirici  təsiri  onların  keçiricilik  (yayılma)  qabiliyyətindən, 
nəticədə  toxumalarda  ionlaşmanın  sıxlığından  asılıdır.  Şüanın  keçmə  yolu  nə  qədər  qısa  olarsa,  ionlaşmanın 
sıxlığı çox olar və onun zədələndirici təsiri də güclü olar.  
İonlaşdırıcı  şüalanmaya  orqanizmin  reaksiyası  udulmuş  dozanın  miqdarından  asılıdır,  bu    sistemində 
qreya (Qr) ilə, sistemdən kənar isə radla ifadə olunur.  
İonlaşdırıcı şüalanmanın canlı orqanizmlərdə olan maddələrlə qarşılıqlı təsiri spesifik bioloji təsirə çevrilir, 
bu  isə  orqanizmin  zədələnməsi  ilə  nəticələnir.  Bu  prosesdə  zədələndirici  təsiri  şərti  olaraq  üç  mərhələyə 
ayırmaq olar: a) ionlaşdırıcı şüalanmanın ilkin təsiri; b) radiasiyanın hüceyrələrə təsiri; c) radiasiyanın bütün 
orqanizmə təsiri.  
Bu təsirin ilkin həlqəsi – molekulların oyanması və ionlaşması olub, bunun nəticəsində sərbəst radikallar 
(şüalanmanın bilavasitə təsiri) və ya suyun kimyəvi çevrilməsi (radioliz) başlayır, onun məhsulları isə (radikal                
OH
-1
, hidrogen peroksid – H
2
O
2
 və b.) bioloji sistemin molekulları ilə kimyəvi reaksiyaya girir (şəkil 13.1). 
 


 
177 
 
 
Şəkil 13.1. Şüalanmanın dozasından asılı olaraq radiasiya miqdarı və  
variantlarının insan orqanizminə təsiri 
 
İonizasiyanın ilkin prosesləri canlı hüceyrələrdə böyük pozuntular yaratmır. Şüalanmanın zədələyici təsiri, 
görünür ikinci (təkrar) reaksiyası ilə bağlıdır, bu zaman mürəkkəb üzvi molekullar arasında, məsələn, zülallarda 
SH qrupu, DHK-ın azotlu  əsaslarında xromofor qrupu, lipidlərdə doymamış əlaqələr və s. əlaqələr pozulur.  
Hüceyrələrin  radiasiyadan  zədələnməsi  hüceyrə  orqanelinin  ultrastrukturu  pozulur  və  onunla  bağlı  olan 
maddələr mübadiləsi dəyişir. Bundan başqa, ionlaşdırıcı radiasiya orqanizmin toxumalarında kompleks toksiki 
məhsulların  əmələ  gəlməsinə  səbəb  olur,  bu  isə  radiotoksin  adlanan  şüa  effektini  gücləndirir.  Onların 


 
178 
arasında  lipidlərin  oksidləşmə  məhsulları  –  peroksidlər,  epoksidlər,  aldehidlər  və  ketonlar  daha  aktiv  olur. 
Şüalanmadan dərhal sonra lipid radiotoksinləri digər bioloji aktiv maddələrin – xion, xolin və histaminin əmələ 
gəlməsinə  təkan  verir  və  zülalların  parçalanmasını  gücləndirir.  Üzvlər  və  toxumaların  zədələnməsi  morfoloji 
əlamətlərinə görə azalma sırası üzrə aşağıdakı kimi yerləşir: limfoid üzvlər (limfatik buğum, dalaq, zob vəziləri, 
digər  orqanların  limfatik  toxumaları),  ilik,  toxumlar,  yurumtacıqlar,  sümüklər,  qığırdaqlar.  Parenximatoz 
orqanlar – qaraciyər, böyrəklər, ağciyərlər, tüpürcək vəziləri radioaktivliyə qarşı yüksək davamlı olurlar.  
İonlaşdırıcı şüalanmanın yüksək dozalarda hüceyrələrə zədələndirici təsiri ölümlə nəticələnir.  
Şüalanma xəstəliyi.  
İonlaşdırıcı  radiasiyanın  yerli  təsiri  zamanı  şüalanma  dozasından  asılı  olaraq 
müxtəlif dəyişikliklər baş verir.  
Orqanizm  xarici  bərabər  şüalandıqdan  sonra  təsir  dozasından  asılı  olaraq  çətinliklə  sezilə  bilən  ümumi 
reaksiyadan  başlamış  şüalanma  xəstəliyinin  kəskin  formasına  qədər  zədələnə  bilər. 1-10  Qr  (100-1000  rad) 
dozasında  bərabər  şüalanma  zamanı  kəskin  şüalanma  xəstəliyi  inkişaf  edərək  əsasən  iliyin  (kostnıy  mozq) 
zədələnməsi müşahidə olunur. Onun gedişində dörd dövr ayrılır: ilkin reaksiya (qısamüddətli); gizli; xəstəliyin 
qızğın dövrü; bərpa dövrü.  
İlkin reaksiya adətən şüalanma dozası 0,2Qr (rad)-ı keçdikdə müşahidə olunur. Bu şüalanmadan dərhal 
sonra baş verir, bir saatdan 1-2 sutkaya qədər davam edir. Bu zaman üçün bir qədər həyəcanlanma və baş 
ağrısı  səciyyəvidir.  Sonra  dispepsiya  (mədə  fəaliyyətinin  pozulması)  başlayır.  Qan  tərəfdən  qısamüddətli 
neytrofil  leykositoz,  limfopeniya  müşahidə  edilir.  Şüalanma  xəstəliyinin  başlanğıc  dövründə  əsəb  sisteminin 
yüksək dərəcədə oyanması, arterial təzyiqin və ürək ritminin dəyişməsi baş verir.  
Şüalanmanın  gizli  dövründə  xəstənin  vəziyyəti  yaxşılaşır.  Latent  (gizli)  dövrün  müddəti  şüalanma 
dozasından asılı olur. Nisbətən aşağı dozalarda (0,25-1Qr-25-100 rad) yüngül funksional reaksiya geniş klinik 
şəkil almır, yəni xəstəliyin üçüncü dövrünə keçmir və xəstəlik ilkin reaksiyanın sönməsi ilə məhdudlaşır. Orta 
dozalarla (1,5-2,5Qr-150-250 rad) şualandıqda latent dövrü 2-2,5 həftə davam edir. Yüksək dozalarda 3-5Qr 
(300-500  rad) 3-10  sutkalıq  latent  (gizli)  dövrdə  qan  dövranı  sistemində  dəyişkənlik  artır:  leykositoz 
leykopeniya ilə əvəz olunur, limfopeniya artır, sonra isə trombositopeniya və qan sistemində digər dəyişiklik 
baş  verir.  Bütün  bunlar  radioaktivliyə  həssas  orqanların  (ilik  və  limfa  aparatının)  hüceyrələrinin  bilavasitə 
zədələnməsi nəticəsində baş verir.  
Xəstəliyin  qızğın  dövründə  xəstənin  vəziyyəti  yenidən  pisləşir  –  ümumi  zəiflik  artır,  bədənin 
temperaturu  yüksəlir,  qanaxma  artır,  bunun  nəticəsində  dəridə  və  selikli  qişada  qansızma  baş  verir,  ağır 
vəziyyətlə bu hallar ürəkdə və ilikdə də baş verə bilər. Periferik qanda leykosit və trompositlərin miqdarı kəskin 
azalır.    
Bir sıra endokrin pozuntular və sinir sisteminin funksiyası pozulur. İmmunitet kəskin aşağı düşür, bunun 
nəticəsində yoluxucu xəstəliklər, antoinfeksiya və antointoksikasiya asanlıqla baş verir.  
Klinik  vəziyyət  dövrünün  müddəti  bir  neçə  gündən  2-3  həftəyə  kimi  davam  edir.  Ən  ağır  vəziyyətlərdə 
xəstəliyin gərgin vaxtında xəstə həyatını dəyişir.  
Bərpa  olunma  dövrundə  pozulmuş  funksiyalar  tədricən  normaya  düşməyə  başlayır.  Bədənin 
temperaturu  aşağı  düşür,  qanaxma  dayanır,  qan  dövranı  funksiyası  bərpa  olunur,  maddələr  mübadiləsi 
normaya düşür və s.  
Əlverişli vəziyyətdə xəstəlik tam müalicə olunur. Qanın funksiyası tam bərpa olunmadıqda, xəstəlik xroniki 
formaya keçə bilər.  
Yüksək ölüm dozalarında (10 Qr – 1000 rad və yüksək) şüalanma zamanı ölüm yeddinci – onuncu günü 
baş  verir.  Bu  dövrdə  intensiv  qusma,  sonra  isə  qanlı  ishal,  bədənin  temperaturunun  yüksəlməsi,  sepsis 
hadisəsi və şüalanma xəstəliyinə tipik olan qanın dəyişməsi baş verir.  
Daha  yüksək  dozalarda  (20-80  Qr)  ölüm  dördüncü  –  yeddinci  günü  baş  verir.  Bu  dövr  üçün  ağır 
hemodinamik  pozuntular,  damarların  parezi  (yüngül  iflici),  toxumaların  parçalanması,  ümumi  intoksikasiya, 
hiperazotemiya səciyyəvidir.  
80 Qr (8000 rad) dozasında ölüm hətta şüalanma zamanı və ya bir neçə dəqiqədən (və ya saatdan) sonra 
baş  verə  bilər.  Buna  beyin  qabığının  hüceyrələrinin  və  hipotolumusun  nüvəsinin  neyronlarının  məhv  olması 
səbəb olur. Əsəb (sinir) sisteminin zədələnməsində əsas rolu ionlaşdırıcı radiasiyasının bilavasitə toxumalara 
təsiri hesab olunur. Görünür, toxumalarda əmələ gələn radiotoksinlər mühüm rol oynayır. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə