195
istifadə olunur. 1970-ci illərin sonlarında Asuan su anbarı bir neçə dəfə olduqca yüksək və çox təhlükəli
daşqınların suyunu özündə saxladı. Əksinə, 1980-ci illərdə yeddi il dalbadal Nilin daşqınlarının həcmi orta
həcmdən də aşağı olmuşdur. Bu zaman az yağıntılı illərdə su qıtlığı zamanı Misirdə tarlaların suvarılmasında
Asuan su anbarının suyundan istifadə edilmişdir. Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını almışdır. Ölkə
aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən xilas edilmişdir.
Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970-ci illərdən sonra özünün
gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır. Bununla yanaşı, Çində Yanszısyan çayı
üzərində dünyada ən böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 1,7 mln ha
ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata keçirilir.
Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlərdən
artıq istifadə olunmuş, qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ-da son 25 ildə su
anbarı tikilməmişdir. 1995-ci ildə ABŞ-da su anbarlarının tikilməsini dayandırmaq haqqında qərar qəbul
olunmuşdur.
Azərbaycanın su anbarları
Məlum olduğu kimi, Azərbaycan qədim əkinçilik ölkəsidir. Burada əkinçilik yaranandan bəri suvarmadan
istifadə olunmuşdur. Ş.V.Xəlilov (2003) qeyd edir ki, təxminən 3000 il əvvəl yaradılan irriqasiya kanallarının
izləri indiyə kimi qalmışdır. Məs., VI-VII əsrlərdə tikilən Gərər kanalından hazırda da istifadə olunur. Muğan və
Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir.
1890-1880-ci illərdə yalnız Yelizavetpol (Gəncə) quberniyasında 890-a qədər suvarma kanalı hesaba
alınmışdır, 1914-cü ildə onların sayı 1200-ə çatmışdır. Kənd təsərrüfatı sahələrinin suvarılması üçün çay
sularından başqa kəhriz, bulaq, yağış və qar sularından da istifadə olunmuşdur. Yağış və qar sularını, həmçinin
çay daşqın sularını toplamaq üçün böyyk olmayan bəndlər tikilmiş və su anbarları yaradılmışdır. Təkcə
Lənkəran qəzasında 1883-cü ildə əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anbarı olmuşdur.
Muğan düzündə Kürün sağ sahilində Qaracala stansiyasının yanında tikilən su anbarı daşqın suları ilə
doldurularaq, xanın 500 desyatin düyü sahəsini suvarmaqda istifadə olunmuşdur.
Naxçıvan qəzasında daha iri su anbarları tikilmişdir. Burada XVI əsrin sonunda dəniz səviyyəsindən 2000
m yüksəklikdə mövcud olan Qanlı Gölün yerində eyni adlı su anbarı yaradıldı, 200-250 il istismar olunduqdan
sonra bu su anbarı öz əhəmiyyətini itirmiş, 1853-cü ildə Kəlbalı xan tərəfindən artırılaraq yenidən bərpa
edilmişdir.
Cədvəl 15.4
Su
anbarının
adı
İstifadə-yə
verildiyi il
Qidalanma
mənbəyi
Dəniz səviyyə-
sindən hündür-
lük
Sahəsi,
km
2
Həcmi, mln. m
3
-la
tam
faydalı
1
2
3
4
5
6
7
Mingəçevir
1953
Kür
83
625
16070
7410
Şəmkir
1980
Kür
158
116
2677
1425
Varvara
1956
Kür
18,5
22,5
60
10
Ağstafa
1969
Ağstafa
479,5
6,3
120
109
Yenikənd
2000
Kür
78,0
158,1
136,3
«Araz» su
1971
Araz
777,7
145,0
1350
1150
Mil-Muğan
1971
Araz
4,5
12
Xaçınçay
1964
Xaçın
509,5
1,76
23
20
Nohurqışlaq
1951
Dəmirparan,
Vəndam
700
1,96
16
10
Bolqarçay
1965
Bolqarçay
65
2,0
12
11
Pirsaatçay
1964
Pirsaat
80
2,34
16,9
11,9
Axınçaçay
1965
Axınçaçay
585
0,92
14
12
Ceyranbatan
1958
Samurçay
28
13,9
180
150
Aşağı Könd.
1980
Köndələn-çay
0,12
2,1
1,7
Sərsəng
1976
Tərtər
726
13,85
560
500
Madagiz
1975
Tərtər
0,80
5,5
3
196
Xanbulançay 1976
Bəşəru
74
2,74
52
45
Lovain
1970
Lovayşar
1,27
6,3
6,2
Uzunoba
1961
Naxçıvan
1,20
9,0
8,3
Nəhrəm
1965
Əlincəçay
0,85
6
6
Sirab
1979
Naxçıvan
1,54
12,7
11,6
Arpaçay
1977
Arpaçay
955
6,3
150
140
Qalacux
1986
Qaraçay
1,20
7
6
Viləşçay
1989
Viləşçay
2,50
46
38
Candargöl
Göl su anbarı 288
12,5
52
Yekəxana
1962
Dəvəbatança
ydan
3,70
1,9
1,8
Sovet dövründə bu su anbarı yenidən tikilərək həcmi 3 dəfə böyüdülmüşdür. Qanlı-Göl XIX əsrdən 158 su
anbarından qalan yeganə su anbarı olub indi də fəaliyyət göstərir (Ş.Xəlilov, 2003).
Respublikamızda 1950-ci ildən sonrakı dövrlərdə il ərzində və ərazi üzrə qeyri-bərabər paylanan çay su
ehtiyatından səmərəli istifadə etmək məqsədilə su anbarları yaradıldı. Bu su anbarlarından suvarma kanalları
vasitəsilə şoran torpaqların meliorasiyası və suvarılması yerinə yetirilmişdir. Bu məqsədlə respublikamızda 50-
yə qədər su anbarı tikilmiş, bir çox suvarma kanalları və kollektorları istifadəyə verilmişdir.
1953-cü ildə Kür çayı üzərində həcmi 16 km
3
olan Mingəçevir su anbarının tikilməsi respublikada suvarma
və energetika problemlərinin həllində mühüm rol oynayır. Bu su anbarından suvarma məqsədilə ayrılan iki iri
kanal (yuxarı Qarabağ – su buraxma həcmi – 130 m
3
/s və Yuxarı Şirvan – 78m
3
/s) hazırda 550 mln. hektar
əkin sahəsinin suvarılmasına imkan verir.
1982-ci ildən Şəmkir su anbarı, 2000-ci ildə isə Yenikənd su anbarı istifadəyə verildi. Bu iki iri su anbarı
Kür çayının çoxillik axımını tənzimləməyə şərait yaratdı.
Kür çayının axım rejimini tənzimləməklə onun qolları üzərində tikilən su anbarları da az rol oynamır.
Onlardan ən böyükləri Sərsəng, Ağstafa, Xaçınçay, Axıncaçay su anbarlarını göstərmək olar.
Bir sıra su anbarları bilavasitə Xəzərə tökülən çaylar üzərində olub 1958-ci ildə Abşeron yarımadası
ərazilərindədir. Samur-Abşeron kanalı ilə qidalanan Ceyranbatan su anbarı Bakı və Sumqayıt şəhərlərinin su
təchizatında istifadə olunur. Onun suyundan 16 min ha torpaq sahəsi suvarılır.
1964-cü ildə Pirsaatçay üzərində sahəsi 2,34 km
2
olan su anbarı istismara verildi, hazırda o, tam lillənmə
mərhələsindədir. 1965-ci ildə tikilən Bolqarçay su anbarı da eyni vəziyyətdədir. 1976-cı ildə Başaryuçay
hövzəsində (Lənkəran təbii vəliayətində) sahəsi 2,46 km
2
, həcmi 45 mln m
3
olan Xanbulançay su anbarı
yaradıldı.
1971-ci ildə Araz çayı üzərində «Araz» su qovşağı yaradıldı. Su qovşağından aşağı Araz çayının axınının
həcmi sol qolları – Əlincəçay, Qaradərə, Gilgilçay, Meğriçay, Oxçuçay, Həkəri, Bazarçay, Quruçay, Köndələnçay
və İran tərəfdən axan sağ qolların hesabına artır. Əgər su qovşağına qədər illik axımın həcmi 6007 mln m
3
-
dursa, layihələşdirilən Xudafərin su qovşağının stvorunda bu rəqəm 8306 mln m
3
-a, mənsəbində isə 8990 mln
m
3
-a çatır. «Araz» su qovşağından Xudafərin su qovşağına qədər axımın artımı 2299 mln m
3
təşkil edir
(Ş.Xəlilov, 2003).
Araz çayının sol qollarının sularından Naxçıvan MR-in ərazisində suvarmada istifadə olunur. Arpaçay
üzərində 2 su anbarı tikilmişdir. Arpaçay su anbarı (1980) və Reçut su anbarı (Ermənistanda). Arpaçay su
anbarı (150 mln m
3
) Şərur rayonunda 30 min ha torpaq sahəsini suvara bilərdi. Lakin Keçumçay su
anbarından xüsusi kanala Arpaçayın suyunun 40%-nin Göyçə gölünə axıdılması ilə əlaqədar MR-i nəzərdə
tutulan qədər suvarma suyu ilə təmin etmək mümkün olmadı (Ş.Xəlilov, 2003).
Naxçıvançay üzərində 8 su anbarı tikilmişdir. Onlardan 4-ü çayın yuxarı axınında yaradılmışdır: 3 Batabat
su anbarları (ümumi həcmi 3,6 mln. m
3
) və su anbarına çevrilən Qanlı-Göl gölü (1,6 mln m
3
), 4 su anbarı da
subasardan kənarda (doldurulan) hövzənin aşağı hissəsində tikilmişdir: Uzunoba (9 mln m
3
), Nehrəm – yeni (6
mln. m
3
), köhnə Nehrəm (2,4 mln. m
3
) və Qahab su anbarı (1,1 mln. m
3
).
b) Külək energetkiası
Yer üzərində külək enerjisi ehtiyatı son dərəcə böyükdür, bəzi məlumatlara görə bu rəqəm 500 m hava
qatında 80 trilyon kVt saatdan artıqdır. Külək qurğuları bəşəriyyət üçün yeni deyildir. Küləkdən yüz illər ərzində
dəyirmanlarda, mişarlama dəzgahlarında, suyu tələb olunan yerlərə çatdırılması sistemlərində istifadə
edilmişdir.
Dostları ilə paylaş: |