197
İlk sadə külək mühərrikləri qədim Misir və Çin dövrünə təsadüf edir. İlk qədim yol dəyirmanları İranda
eramızın VII əsrində quraşdırılmışdır. XIII əsrdən etibarən külək enerjisi (KE) gəmilərin hərəkətində, quyulardan
suyun vurulmasında geniş istifadə olunmuşdur (Hüseynov, Yusifov, 2002).
Müasir külək energetikası fikri 1980-ci ilin əvvəlində 1973-79-cu illərdə neftin qiyməti kəskin artdığı vaxt
ilk dəfə Kaliforniyada oyandı və qubernator Cerri-Braunun rəhbərliyi altında ştatın ərazisində San-Fransisko
şəhər təsərrüfatını elektriklə təchiz etmək üçün külək turbini quraşdırıldı. Lakin sonralar ABŞ-da külək
enerjisinə maraq azaldı və on illər külək enerjisi praktiki olaraq inkişaf etmədi.
Bu dövrdə Avropada külək energetikası uğurlar qazandı. 1995-2000-ci il ərzində dünyada külək
enerjisindən istifadə iki dəfə artdı (şəkil 15.8). Hazırda Danimarka istifadə etdiyi enerjisinin ümumi həcminin
15%-ni küləkdən əldə edir. Almaniyada bu rəqəm 19%-ə çatır, bəzi rayonlarında isə KE elektrikə olan
tələbatın 75%-ni təşkil edir. İspaniyanın sənaye mərkəzlərindən sayılan Navarra əyalətinin istifadə etdiyi bütün
enerjinin 22%-i KE-nin payına düşür.
Şəkil 15.8. 1980-2000-ci illərdə dünya külək energetikasının generasiya gücü
Avropanın 20-dən artıq ölkəsində və Türkiyədə ümumi gücü 18 MW olan minlərlə külək enerjisi qurğuları
(KEQ) fəaliyyət göstərir. Fransanın şərq sahillərində hər biri 1,3 MW olan 16 KEQ illik 64 milyon kVt/saat enerji
ilə 25600 nəfəri elektrik enerjisi ilə təmin etməklə, hər ildə 32000 ton CO
2
-nin atmosferə atılmasının qarşısını
alır. KE ilə bol olan Avstraliya hazırda 100 MW –lıq külək qurğularının ümumi gücünü 2010-cu ildə 5000 MW–
a çatdırmağı planlaşdırır. ABŞ-ın Texas ştatında «Kinq Mauntin» ərazisində 214 külək turbinlərinin ümumi çıxış
gücü 277 MW –dir.
Generasiya gücünün mütləq həcm göstəricilərinə görə Almaniya dünya lideri sayılır, sonrakı yeri ABŞ
tutur. Beş liderin tərkibinə İspaniya, Danimarka və Hindistan da daxil olur (cədvəl 15.5).
Cədvəl 15.5
Ölkələr
Güc həcmi, meqavatla
Almaniya
6,113
ABŞ
2,554
İspaniya
2,250
Danimarka
2,40
Hindistan
1,167
Külək turbinlərinin tikintisinin texnologiyasının inkişafı, aerokosmik sənayenin nailiyyətlərindən istifadə,
külək enerjisinin qiymətini aşağı salaraq, 1980-ci ildəki 1 kVt/saat 32 sentdən, 2001-ci ildə 4 sentdən də aşağı
198
düşmüşdür.
Bəzi regionlarda küləkdən əldə olunan enerji hazırda neft və qazın yandırılmasından alınan enerjiyə
nisbətən ucuz başa gəlir (şəkil 15.9).
Şəkil 15.9. 1982, 1990 və 2001-ci illərdə ABŞ-da külək turbinlərinin 1 kVt/ saat enerji istehsalının
orta qiyməti
Külək-Yer kürəsinin hər yerində olan böyük enerji mənbəyi sayılır. ABŞ-ın Böyük düzənlikləri – Səudiyyə
Ərəbistanı, Şimali Dakota, Kaunas və Texas zəngin külək enerjisinə malik olub bütün ölkənin enerji tələbatını
ödəyə bilər.
Oreqon və Vaşinqton ştatlarının sərhədində gücü 300 mqVt olan (hazırda dünyada ən böyük) külək
elektrik stansiyası 105 min yaşayış evini və mənzilini elektriklə təchiz edə bilər.
Lakin külək enerji mənbələri olduqca geniş ərazi tələb edərək ətraf mühitə spesifik təsir göstərir.
Məlum olduğu kimi, işləyən zaman külək mühərrikinə hər bir tərəfindən yaxınlaşmaq arzu olunmur, belə
ki, küləyin istiqaməti dəyişildikdə rotorun oxunun istiqaməti də dəyişir.
Külək aqreqatlarını bir-birinə yaxın yerləşdirmək olmaz, belə ki, onlar iş zamanı qarşılıqlı maneə yarada
bilər. Külək mühərriklərinin bir-birindən arası onların üç qat hündürlüyündən az olmamalıdır.
Külək mühərrikləri güclü səs yaradır. Külək mühərrikləri quş və heyvanları hürküdür, təbii həyat tərzini
pozur. Təbiəti mühafizə cəmiyyətlərinin məlumatına görə köçəri quşların çoxu külək qurğularından uzaqlaşaraq
öz marşrutlarını dəyişir. Bir sıra ölkələrdə, o cümlədən İrlandiya, İngiltərə və b. sakinlər KEQ-nin yaşayış
məntəqələri və kənd təsərrüfatı sahələrinin yaxınlığında yerləşdirilməsinə qarşı qəti etirazını bildirirlər.
Külək mühərrikləri sisteminin açıq dənizdə yerləşdirilməsi haqqında təklif irəli sürülür. Belə ki, İsveçdə
Baltik dənizində sahilə yaxın ərazidə 300 külək mühərriyinin yerləşdirilməsi haqda layihə hazırlanmışdır.
Onların 90 metrlik qülləsində iki qanadlı pərlər fırlanacaq. Lakin külək mühərriklərinin dənizdə yerləşdirilməsi
baha başa gəlir. Hazırda İsveçdə sahildən 250 m-lik məsafədə dənizdə gücü 200 kVt olan külək elektrik
stansiyası tikilir, enerji quruya (sahilə) sualtı kabellər vasitəsilə ötürüləcəkdir.
Azərbaycan özünün coğrafi mövqeyinə və şəraitinə görə 800 mVt illik külək enerji ehtiyatına malikdir. Bu
ehtiyat ildə 1 mlrd. kVt/saat elektrik enerjisi deməkdir, yaxud ildə 1 mln ton şərti yanacağa qənaət etməklə
3700 ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Abşeron yarımadası, onun sahil zonası və
ətrafdakı adalar külək enerjisindən istifadə üçün əlverişli sayılır. Bu ərazilərdə küləyin ortaillik sürəti 5,5-7,0
m/san olduğundan KEQ sistemləri üçün yararlı və yüksək rentabelli hesab olunur.
KEQ sistemləri üçün Şərur, Culfa, Gəncə-Qazax zonası da əlverişlidir. Bu ərazilərdə küləyin ortaillik sürəti
3-5 m/san olduğundan, orta güclü KEQ sistemlərinin qurulması üçün istifadə edilə bilər.
ç) Günəş enerjisindən istifadə (Helioenergetica)
Dostları ilə paylaş: |