187
etmişdir, artım əsasən Yaxın Şərq ölkələrinin hesabına idi. Sonralar neft ehtiyatı, Alyaska, Qərbi Sibir, Şimal
dənizi və Meksikanın hesabına artdı.
1950-ci ildən 1975-ci il daxil olmaqla neftdən istifadə böyük sürətlə artdı (ildə 7,5%-ə qədər). 1973-cü
ildən sonra neftdən istifadə 33,5-4,0 Qtu.ton/il səviyyəsində sabitləşdi.
Təbii qazdan istifadə yeknəsək qaydada ildə 5%-ə qədər artaraq, 1994-cü ildə 2,67 Qtu.ton-a çatdı,
2002-ci ildə isə 3,5 Qtu.tonu keçdi.
Şəkil 15.3. Ticarət (kommersiya) enerji resurslarından istifadə strukturu
1950-ci ildən 1975-ci il daxil olmaqla ilkin kommersiya enerji mənbələri strukturunda daş kömürün
tutduğu pay 58%_dən 28%-ə kimi aşağı düşdü. 1973-cü ilin sonunda dünyada enerji krizisi zamanı daş
kömürdən istifadəyə maraq artır (30%-ə qədər), XX əsrin sonunda isə daş kömürün istifadəsi kommersiya
enerjisinin müasir dünya istifadəsinin 28-30% səviyyəsində sabitləşərək 3,36 Qtu.ton təşkil etmişdir.
Enerjidən istifadə səviyyəsinə görə dünyanın bütün ölkələri bir neçə qrupa bölünə bilər:
- İnkişaf etmiş sənaye ölkələri enerjidən optimal səviyyədə istifadə edilməsi (2-14 t.y.t/nəfər·il) və illik
əhali artımının aşağı olması ilə səciyyələnir. Bu qrupun tərkibinə ABŞ, Kanada, Yaponiya, Avropanın əksər
ölkələri (hətta Estoniya, Çexiya, Slovakiya, Sloveniya), həmçinin Yeni Zenlandiya, Avstraliya və b. aiddir.
Fərqləndirici xüsusiyyəti əhalinin adambaşına istifadə etdiyi enerjinin stabilləşməsi hesab olunur (şəkil 15.4).
Şəkil 15.4. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə enerjidən istifadə, e
188
- Keçid qrup – burada demoqrafik stabilləşməyə praktiki olaraq nail olunsa da, enerji ilə tam təmin
olunmağa hələ başlanmayıb. Bu qrupun tərkibinə Rusiya, Bolqarıstan, Polşa, Portuqaliya, həmçinin Uruqvay,
Argentina, Litva, Xorvatiya və b. daxildir (şəkil 15.5).
Şəkil 15.5. Keçid tipli iqtisadiyyatlı ölkələrdə əhalinin
adambaşına enerjidən istifadəsi, e
- Yeni inkişaf etmiş ölkələr (orta gəlirli ölkələr) enerjidən optimal səviyyədən az istifadə etmələri,
əhalinin təbii artımı orta qiymət miqdarında olub ildə 1,0% səviyyəsindən çox olmur. Bu tərkibə Azərbaycan,
Moldava, Monqolustan, Kuba, Malaziya, Kareya, Livan, Meksika, Suriya, Özbəkistan, Çili, Ekvador, Koreya,
Qazaxıstan və b. aiddir (şəkil 15.6).
- Neft ixrac edən az sayda qrup ölkələr – enerjini optimal miqdardan artıq istifadə etməsi, əhali
artımı optimal səviyyədən yüksək olması ilə fərqlənir; bu ölkələri xüsusi keçid kateqoriyasına aid etmək olar,
enerji ilə yüksək təmin olunması bu ölkələrdə demoqrafik stabilləşmədən əvvəl baş vermişdir. Tərkibə
Bəhreyn, Küveyt, Qatar, OAE, Bruney, Venesuela, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Trinidad daxildir.
Şəkil 15.6. Yeni sənaye ölkələrində əhalinin adambaşına düşən
enerjidən istifadəsi (2010-cu ilin proqnozu ilə)
- İnkişaf etməkdə olan ölkələr (Ümumdünya Bankının termininə əsasən aşağı gəlirli ölkələr) enerjini
optimal səviyyədən xeyli az istifadə etmələri və əhali artımının bir qayda olaraq Dünya səviyyəsindən artıq
olmaları ilə fərqlənir. Bura Dünyanın yerdə qalan ölkələri aiddir.
15.2. Energetikanın ekoloji problemləri
Energetika bütün sənaye sahələrinin, nəqliyyatın, məişət və kənd təsərrüfatının inkişafının əsas
189
istiqamətləndirici (hərəkətverici) faktoru, əmək məhsuldarlığını və əhalinin rifahını yüksəltməyin əsası sayılır.
Energetika müəssisələrinin ətraf mühitin çirklənməsində payı olduqca böyükdür. Enerji qurğularının tipindən asılı
olaraq onların təsiri müxtəlif olur.
15.2.1.Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri
Qeyd edildiyi kimi, bərpa olunmayan energetikada faydalı qazıntılar tükənməklə yanaşı, həm də mənfi
nəticələr baş verir: atmosfer istilik çirklənməyə məruz qalır, nəqliyyat və enerji qurğuları vasitəsilə atmosferin
oksigeni intensiv sərf olunur, ətraf mühit zərərli tullantılarla çirkləndirilir, nüvə enerjisindən istifadə edildikdə
isə texnogen fəlakətin baş vermə təhlükəsi yaranır.
a) İstilik elektrik stansiyaları (İES)
İES-nin ətraf mühitə təsiri əsasən yandırılan yanacağın növündən asılıdır.
Bərk yanacaq. Bərk yanacaq yandırıldıqda atmosferə yanmayan yanacağın hissəcikləri olan uçucu kül,
sulfid və kükürd anhidridi, azot oksidləri, bir qədər flüor birləşmələrinin, həmçinin tam yanmayan yanacağın
qazşəkilli məhsulları daxil olur. Uçucu külün tərkibində bəzi halda toksik olmayan qarışıqla bərabər, həm də
zərərli qarışıq da olur. Belə ki, Donessk antrasitinin külündə az miqdarda arsen olur.
Daş kömür. Planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislər belə hesab edirlər ki, onun
ehtiyatı 500 ilə çatar. Həm də daş kömür bütün dünya üzrə daha bərabər paylanıb və neftdən də qənaətlidir.
Daş kömürdən sintetik maye yanacaq almaq olar. Lakin belə məhsulun maya dəyəri yüksək başa gəlir.
Proses yüksək təzyiq altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu
onu göstərir ki, o, ekoloji baxımdan daha təmizdir.
Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi
pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir,
hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar
xeyli ekoloji çətinlik yaranır.
Maye yanacaq. Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd
anhidridi, azot oksidləri, vanadium birləşmələri, natrium duzları, həmçinin qazın təmizlənən vaxtı ayrılan
maddələr daxil olur. Bununla belə, maye yanacaq işlədildikdə geniş əraziləri tutan və daim atmosferi
çirkləndirən kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur.
Təbii qaz. Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndirici azot oksidləri hesab olunur. Lakin
İES-də təbii qazın yandırılmasından azot oksidi tullantıları daş kömürün yandırılmasından orta hesabla 20% azdır.
Deməli, təbii qazdan istifadə olunması ekoloji baxımdan əlverişlidir.
Beləliklə, İES-də yanacaq daş kömür, neft və neft məhsulları, təbii qaz, bəzən oduncaq və torfdan istifadə
olunur. yanan materialların əsas komponentləri karbon, hidrogen və oksigen sayılır, az miqdarda kükürd və
azota rast gəlinir, metal və onların birləşmələrinin izləri də iştirak edir (ən çox oksid və sulfidlər).
Qazşəkilli tullantılarla yanaşı, İES-lər böyük kütlədə bərk tullantılar istehsal edir, onlara kömür
zənginləşdiricilərinin qalıqları, kül və şlaklar daxildir. Daş kömür zənginləşdirici fabriklərin tullantıları 55-60%
SiO
2
, 22-26% Al
2
O
3
, 5-12% Fe
2
O
3
, 0,5-1% CaO, 4-4,5% K
2
O və Na
2
O və 5%-əqədər C-dan ibarətdir. Onlar
tullantı laylara atılır – tozlanır, tüstüləyir və ətraf ərazilərin atmosferinin vəziyyətini pisləşdirir.
Hazırda texnogen sivilizasiya güclü reduksiya qazlarının axınını yaratmışdır, bu, ilk növbədə enerji almaq
üçün qazıntı yanacaqlarının yandırılması nəticəsində baş vermişdir. 1970-ci ildən 1990-cı il daxil olmaqla 20 il
dünyada 450 mld barrel neft, 90 mld. ton daş kömür və 11 trln m
3
qaz yandırılmışdır (cədvəl 15.1).
Cədvəl 15.1
Gücü ildə 1000 MVt olan elektrik stansiyalarının atmosferə buraxdığı tullantılar (tonla)
Yanacaq
Tullantılar
karbohid-
rogenlər
CO
NO
2
SO
2
Hissəciklər
Daş kömür
400
2000
27000
110000
3000
Neft
470
700
25000
37000
1200
Təbii qaz
34
-
20000
20,4
500
Dostları ilə paylaş: |