192
15.2.2. Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası
Energetikanın inkişafı hələlik başlıca olaraq bərpa olunmayan enerji mənbələrinə, yəni karbontərkibli və ya
uran yanacaqlarına əsaslanır. Bu mənbələrin ekoloji çatışmazlığı qeyri ənənəvi (alternativ) bərpa olunan ekoloji
təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir.
1992-ci ildə Rio-de-Janeyroda dayanıqlı inkişafın strategiyasının ekoloji aspektinin müddəalarından biri
«üzvi yanacağın yandırılmasına əsaslanan energetikadan tədricən enerjinin bərpa olunan mənbələrindən
istifadə edən alternativ energetikaya keçmək» sayılır.
193
Şəkil 15.7. Alternativ enerji mənbələrinin təsnifatı
Bu baxımdan, ən perspektivli energetika günəş və külək enerjisi, kiçik çayların, qabarma və dalğaların
enerjisi, geotermal və biokütlənin enerjisi sayılır. Elm və texnologiyanın inkişafı ilə əlaqədar qeyri ənənəvi
bərpa olunan enerji mənbələrinin siyahısı durmadan artır. Artıq 1991-ci ildə bərpa olunan mənbələrdən əldə
olunan enerji, ümumi istifadə edilən enerji istehsalına nisbətən faizlə Norveçdə - 99%, Avstriyada – 70%,
İsveçdə – 62%, Portuqaliyada – 55%, İsveçdə – 41%, İspaniyada – 25% təşkil etmişdir (Xotunsev, 2002).
a) Su elektrik stansiyaları (SES)
SES-lər ənənəvi olaraq nisbətən ucuz başa gələn və ekoloji təmiz enerji mənbəyi sayılırdı. Bu xülyanın
təsiri altında dünyada olduqca çoxlu miqdarda SES-lər yaradıldı. Şübhəsiz, SES-lərin müsbət cəhətləri az deyil.
Belə ki, çayların nizamlanması sudan suvarmada, zavodlarda, elektrik stansiyalarında və s. istifadə etməyə
imkan yaratdı, bir çox rayonlarda yaz daşqınlarının qarşısı alındı. Bununla yanaşı, SES-lərin tikilməsi məqsədilə
su anbarlarının yaradılmasının bir sıra neqativ ekoloji təzadları meydana gəlir. Bununla əlaqədar olaraq
dünyada enerji istehsalının perspektivində ümumi enerji istehsalından SES_lərin payına yalnız 5%-dən çox
olmaması nəzərdə tutulur.
SES-lərdən alınan enerjinin payının aşağı düşməsinin ən mühüm səbəblərindən biri onların tikintisinin və
istismarının bütün mərhələlərində ərtaf mühitə güclü təsir göstərməsi sayılır.
Bir sıra tədqiqatçıların məlumatına görə SES-lərin ətraf mühitə təsiri kənd təsərrüfatına yararlı münbit
torpaqların, meşələrin və bir sıra qiymətli obyektlərin su anbarları altında qalmasıdır.
Su anbarı yaxınlığında olan torpaq sahələri qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədar olaraq su
altında qalır. Bu, adətən bataqlaşmış və şorlaşmış sahələrdən ibarətdir. Torpaqların dağıdılması və onlara xas
194
olan ekosistemlərin pozulması, həm də sahil xəttinin formalaşması zamanı su ilə dağılması (abraziya) zamanı
baş verir. Abraziya prosesləri adətən on illərlə davam edərək böyük torpaq-qrunt kütləsinin dağılmasına,
qarışmasına, suyun bulanmasına, su anbarının lilləşməsinə səbəb olur. Su anbarlarında su kəskin qızaraq istilik
çirklənməsinin nəticəsində oksigenin itməsi və digər proseslər intensivləşir. İstilik çirklənməsi biogen
maddələrin toplanması ilə bərabər su hövzəsinin yosunlar, o cümlədən zəhərli göy-yaşıl yosunlar basmasına
şərait yaradır. Suyun keyfiyyətinin pisləşməsi orada canlıların çoxunun məhv olmasına səbəb olur, balıq
sürülərinin xəstələnməsi, xüsusən helmintlərlə zədələnməsi artır. Balıqların miqrasiya yolları pozulur, yem
sahələri, kürüləmə yerləri dağılır. Məs., Volqa çayı üzərində SES kaskadı tikildikdən sonra Xəzər dənizindən
nərə balığının kürüləmək yeri əhəmiyyətini itirmişdir.
Nəticədə, tranzit çay sistemlərinin su anbarları ilə kəsilməsi (bağlanması) tranzit akkumulyativ sistemə
çevrilir. Burada biogen maddələrdən başqa uzun dövr ərzində ağır metallar, radioaktiv elementlər və bir çox
zəhərli kimyəvi maddələr toplanır.
Akkumulyasiya məhsulları, su anbarı ləğv edildikdən sonra onun zəbt etdiyi ərazidən istifadə imkanında
problemlər yaradır.
Dağlıq rayonlarında adətən sahəsi kiçik olduğundan su hövzələrinin yaradılması xeyli az məsarif tələb
edir. Lakin seysmik baxımdan təhlükəli dağ rayonlarında su anbarları zəlzələyə səbəb ola bilər. Burada
sürüşmə hadisəsi və bəndin dağılması nəticəsində fəlakətin baş verməsi ehtimalı artır. Belə ki, 1960-cı ildə
Hindistanda (Hucarat ştatı) bəndin yarılması 15 min adamın həyatına son qoydu.
XX əsrdə, xüsusilə 1950-ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda dünyada milyona
qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən kiçik gölə
(nohura) kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000 km
3
-i keçir, faydalı həcmi isə 3000 km
3
təşkil edir. Həcmi 1 mln km
3
-i keçən iri su anbarlarının sayı 30000-ə qədərdir. Onlardan ən böyükləri Anqara
çayında Bratski (169 km
3
), Zambezidə – Karib (160 km
3
), Nildə – Nasir (157 km
3
), Voltada – Volta (148 km
3
)
su anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.
Su anbarlarının səthindən 240 km
3
-a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin miqdarı
suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan suyun mütləq ölçülərindən 5 dəfə
çoxdur.
Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya sistemləri, hidroelektrik stansiyaları, şlüzlər və
s.) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim
iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır. Belə ki, su anbarlarının rejimi
və onların ətraf mühitə təsiri yüksək dərəcədə təbii şəraitdən asılıdır. Tropik regionda hər yeni su anbarı
yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş (zəif) olması, su
biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur.
Bu isə xəstəliklərin artmasına səbəb olur. Malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə
nisbətən su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin kəskin artmasına
səbəb olur.
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərdən başqa
əlavə yeni ekoloji problemlər yaradır. Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Braziliyada Tukurui
hesab olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü olduqca yaxşı inkişaf
etdiyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı çürüməsi həll
olmuş oksigeni sudan tam udaraq, nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca zəhərli hidrogen
sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit xəstəliyinin bir növü də daha çox
müşahidə olunmağa başladı. Belə vəziyyət Surinamda da mövcuddur, burada o qədər də böyük olmayan
Brokopondo su anbarında hidrogen-sulfidin iyi o dərəcədə kəskindir ki, SES-də operatorlar işlədiyi zaman
əleyhqazdan istifadə edirlər.
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilməməsinə
əsas verir. Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları bərpa olunan su ehtiyatlarının həcminin artırılması
üçün mühüm vasitədir.
RAN-ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan bəndinin tikilməsinin ekolodi
nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir. Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar
baş verərək həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli (faydalı) rol oynayır. Belə ki, daşqınların
münbit lilli suyu ilə tarlalar suvarılırdı. Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanılır, odur ki,
torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında
toplanaraq, mümkün su ehtiyanın həcmini nizamlayır, sonra isə ondan suvarmada və elektrik enerjisi almaqla
Dostları ilə paylaş: |