190
Tullantıların əsas hissəsi karbon qazı olub 1 mln ton, karbona çevirdikdə isə 1 Mt təşkil edir. İES-lər
tərəfindən çirkab suları ilə ildə 66 ton üzvi maddələr, 82 ton sulfat turşusu, 26 ton xloridlər, 41 ton fosfatlar və
təxminən 500 ton asılı maddələr kənar edilir. İES-lərin külünün tərkibində çox vaxt yüksək konsentrasiyalı ağır
metallar və radioaktiv maddələr olur.
Daş kömürlə işləyən İES-lər üçün il ərzində 3,6 mln ton kömür, 150 m
3
su və təxminən 30 milyard m
3
hava tələb olunur.
İES-lərin bir neçə il aktiv işləməsi nəzərə alınarsa, onların təsirini vulkanın təsirilə müqayisə etmək olar.
Lakin əgər vulkan adətən məhsulların böyük miqdarda birdəfəyə atırsa, İES-lər bu işi daim yerinə yetirir. On
min illər ərzində vulkan fəaliyyəti insanın təsərrüfat fəaliyyəti nəticəsində əsasən qazıntı yanacağının
yandırılması və parnik qazlarının atılması ilə əlaqədar 100-200 ildə atmosferi bu qədər nəzərə çarpacaq
dərəcədə dəyişə bilməmişdir.
Energetik qurğuların faydalı iş əmsalı hələlik böyük olmayıb 30-40% təşkil edir, yanacağın çox hissəsi
boşboşuna (səmərəsiz) yandırılır. Əldə edilən enerji bu və ya digər üsulla istifadə edilir və nəhayət istilik
enerjisinə çevrilir, yəni biosferə kimyəvi çirklənmə ilə yanaşı, həm də istilik çirklənməsi daxil olur.
Enerji obyektlərinin qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları iki axında yayılır: onların bir
hissəsi qlobal, digəri isə regional və lokal dəyişkənliyə səbəb olur. Bu hal təsərrüfatların digər sahələrində də
baş verir, bununla belə, energetika və qazıntı yanacağının yandırılması əsas qlobal çirkləndirici mənbə hesab
olunur. Onlar atmosferə daxil olur və onların toplanması hesabına atmosferin qaz tərkibinin, o cümlədən
parnik (istilik) qazlarının konsentrasiyası dəyişir. Atmosferdə əvvəllər praktiki olaraq rast gəlinməyən qazlar –
xlorflüor karbohidrogenləri (freonlar) peyda olur.
Bunlar qlobal çirkləndiricilər kimi yüksək istilik
effektinə malik olur, həmçinin strotosferin ozon pərdəsinin dağılmasında iştirak edir.
Beləliklə, qeyd etmək lazımdır ki, müasir mərhələdə İES-lər bütün zərərli sənaye tullantılarının miqdarının
20%-ni atmosferə atır. Onlar yerləşdiyi rayonun ətraf mühitinə və bütövlüklə biosferə əhəmiyyətli dərəcədə
təsir göstərir.
Tərkibində vanadium, nikkel, flüor, fenollar və neft məhsulları olan İES-lərin çirkab suları və ərazidən axan
leysan yağışları suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyyətinə və su orqanizmlərinə neqativ təsir
göstərir. Su hövzələrində temperaturun artması və onların təbii hidrotermik rejiminin pozulması nəticəsində
suyun «çiçəkləməsi» prosesləri intensivləşir, qazların suda həll olması qabiliyyəti azalır, suyun fiziki xassələri
dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir və s. Su hövzəsinin isinən zonasında suyun
şəffaflığı azalır, pH yüksəlir, asan oksidləşən maddələrin parçalanma sürəti artır. Belə su hövzəsində
fotosintezin sürəti nəzərə çarpacaq dərəcədə aşağı düşür.
b) Atom elektrik stansiyaları (AES)
Nüvə energetikası hazırda daha perspektivli hesab edilir. Nüvə yanacağının ehtiyatının nisbətən yüksək
olması, həm də ətraf mühitə «mərhəmətli» təsirilə əlaqələndirilir. AES-in tikintisinin digər üstünlüyü onun nüvə
yatağına bağlamamaq imkanının olmasıdır. Belə ki, onun həcmi az olduğundan daşınması üçün böyük xərc
tələb etmir. Onu qeyd etmək kifayətdir ki, 0,5 kq nüvə yanacağından əldə olunan enerjinin miqdarı 1000 ton
daş kömürdən alınan yanacağa bərabərdir.
Bütün ölkələrdə çoxillik təcrübələr göstərir ki, AES-lərin istismarı gözə çarpan dərəcədə ətraf mühitə təsir
göstərmir.
15.2 saylı cədvəldə il ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan AES və
İES-lərin müqayisəli məlumatları verilir.
Cədvəl 15.2
Yanacaq sərfi və ətraf mühitin çirklənməsi
Mühitə təsir göstərən
faktorlar
İES
AES
Tullantılar:
Karbon qazı
10 mln ton
-
Kükürd anhidridi və digər birləşmələr
400 min ton
-
Kül
100 min ton
-
Radioaktiv maddələr
-
2 ton
191
Cədvəldəki göstəricilərə görə, atom energetikasının üzvi yanacağa əsaslanan energetikaya nisbətən
üstünlükləri böyükdür.
AES-lərin normal işində ətraf mühitə radioaktiv elementlər çox az miqdarda atılır. Orta hesabla onlar eyni
gücdə İES-lərə nisbətən 2-4 dəfə azdır.
Cədvəl 15.3
İstifadə olunan yanacaqdan asılı olaraq elektrik stansiyalarının ətraf mühitə təsiri
Yanacaq
Zərərli tullantılar
Ətraf mühitə
təsir
İqtisadi ziyan
(şərti vahid)
Daş kömür,
mazut
Kükürd iki oksid, karbon
qazı, benzopirin
Turşulu yağışlar, parnik effekti
5
Təbii qaz
Azot 2 oksid, karbon qazı
Çirklənmə,
yanmış
məhsulların,
istehsalın və yanacağın nəqlinin
təsirindən ekosistemin deqra-dasiyası
1,5
Nüvə yanacağı
Radioaktivlər
Təyin olunmuş normaya və təbii fona
nisbətən radioaktivlik aşağıdır
1,0
1986-cı ilin mayına qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək,
radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində AES-lər də
digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat travması baş vermişdir. Faciəyə qədər 30 il ərzində
radiasiya səbəbindən olmayan qəzalar nəticəsində cəmi 17 adam həlak olmuşdur. 1986-cı ildən sonra AES-
lərin başlıca ekoloji təhlükəsi qəza ilə əlaqələndirilir. Hərçənd müasir AES-lərdə qəza ehtimalı çox azdır, lakin o,
istisna deyildir. Bu planda Çernobıl AES-in 4-cü blokunda baş verən faciə ən böyük qəza sayılır.
Çernobıl AES-dəki qəza nəticəsində 2 min kilometr radiusunda ərazi radioaktiv çirklənməyə məruz qalaraq
20-dən artıq ölkəni əhatə etmişdir. Keçmiş SSRİ ərazisində 17 mln əhali yaşayan 11 vilayət əziyyət çəkmişdir.
Çirklənməyə məruz qalan ərazi 8 mln ha və ya 800000 km
2
-dən artıqdır. Qəza nəticəsində 31 adam ölmüş,
200 nəfərdən çox insan şüa xəstəliyinə gətirib çıxaran radiasiya dozası almışlar. Qəzadan dərhal sonra 115 min
adam daha təhlükəli zonadan (30 km-lik) köçürülmüşdür. Ölənlərin və köçürülənlərin sayı sonralar artmış,
küləklə radioaktiv maddələrin aparılması, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə zonası genişlənmişdir.
Qəzanın nəticələri hələ neçə-neçə nəsillərin həyatında təsirini göstərəcəkdir.
Çernobıl qəzasından sonra bir sıra ölkələrdə cəmiyyətin tələbi ilə AES-lərin tikilməsi proqramı müvəqqəti
olaraq dayandırıldı, lakin 34 ölkədə atom energetikası inkişafını davam etdirdi. Artıq 1990-cı ildə 10 yeni AES
elektrik şəbəkəsinə qoşuldu. AES-lərin tikintisi hazırda da davam etdirilir. 1999-cu ilin sonunun məlumatına
əsasən dünyada istismarda olan AES-lərin 436 bloku mövcuddur. Dünyada işləyən elektroblokların ümumi
elektrik gücü 335QVt-ə (1Q Vt=1000 Mvt=10
9
Vt) qədərdir. Fəaliyyətdə olan AES-lər dünya enerji istehsalının
17%-ni təşkil edir. Yalnız Qərbi Avropadakı AES-lər orta hesabla bütün elektrik enerjisinin 50%-ni istehsal edir.
Əgər hazırda fəaliyyətdə olan bütün AES-lər İES-lərlə əvəz olunarsa, dünya iqtisadiyyatına, bütün
planetimizə və ayrılıqda hər bir insana düzəlməsi mümkün olmayan ziyan yetirilərdi. Belə nəticə ona əsaslanır
ki, AES-lərdən əldə olunan enerji eyni zamanda Yerin atmosferə hər il İES-lərdə üzvi yanacağın
yandırılmasından alınan 2300 mln ton karbon qazının, 80 mln ton kükürd-2-oksidin və 35 mln ton azot
oksidinin buraxılmasının qarşısını alır. Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə
tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium izotopları olan çoxlu miqdarda
radioaktiv maddələr atılır.
AES-lərin tikintisi iri şəhərlərdən 30-35 km aralı məsafədə aparılır. Ərazi havası dəyişən (təmizlənən),
daşqın suları basmayan yerdə seçilməlidir. AES-lərin ətrafında əhalinin yaşaması qadağan edilən səhiyyə-
qoruyucu zona ayrılır.
Qlobal yanacaq-energetik problemlərin tədqiqatlarına əsaslanaraq əksəriyyət nüfuzlu Beynəlxalq
təşkilatlar dünya atom energetikasının inkişaf perspektivlərini qiymətləndirərkən 2010-2020-ci illərdən sonra
dünyada AES-lərin tikintisinin genişləndirilməsinə tələbatın yenidən artmasını ehtimal edir. Real variantlara
görə XXI əsrin ortalarında təxminən 50 ölkədə atom energetikasına malik olmaq fikri proqnozlaşdırılır. Bu
zaman dünyada AES-lərin 2020-ci ildə elektrik gücü ikiqat artaraq 570 QVt-a, 2050-ci ildə isə 1100 QVt-a
qədər yüksələcəkdir.
Dostları ilə paylaş: |