QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə178/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   184

 

394


 

 

Şəkil 23.8.  Dünyada 30 ildə (1962-1992) baş verən təbii fəlakətlərin müxtəlif tiplərinin sayı: ziyanın 

miqdarına görə (A); ziyan çəkənlərin sayına görə (B); ölənlərin sayına görə (C) 

 

 




 

395


XXIV FƏSİL 

 

ƏTRAF MÜHİTİN SOSİAL FAKTORLARI 

 

24.1. Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər  

Siqaret çəkmə dünyada ən geniş yayılan vərdiş olub, ayrı-ayrı adamların, həm də bütövlükdə  cəmiyyətin 

sağlamlığına zərər gətirir. Siqaret çəkməyə əhalinin bütün təbəqələri cəlb olunmuşdur, bu qadınlar və gənclər 

üçün daha təhlükəlidir.  

ÜST-in məlumatına görə dünyada 1,1 mlrd. adam (yer əhalisinin 18%-i), o cümlədən 900 mln. kişilər, 200 

mln. qadınlar, digər məlumata görə 60% kişilər, 20% qadınlar siqaret çəkirlər.  

BMT-nin məlumatına əsasən bəşəriyyət tütün məmulatının alınmasına hər il 85-100 mlrd. dollar xərcləyir, 

yer kürəsinin hər bir sakini orta hesabla il ərzində min siqaret çəkir.  

Dünyada gün ərzində 15 mlrd. siqaret çəkilir. ABŞ-da siqaret çəkməklə bağlı xəstələrin müalicəsinə ildə 50 

mlrd. dollar xərclənir. Bu o deməkdir ki, 1993-cü ildə siqaret çəkmə ilə bağlı olan xəstəliklərin sağalmasında bir 

qutu siqaretin qiyməti 2 dollara başa gəlir.  

İl ərzində siqaret çəkməkdən itkinin miqdarı 200 mlrd. dollar təşkil edir. Yer kürəsində hər beş adamdan 

biri bilavasitə və dolayı yolla orqanizmin tütünlə zəhərlənməsindən əziyyət çəkir. Siqaret çəkmə nəticəsində ildə 

orta hesabla 8,5 mln. adam dünyasını dəyişir. Orta hesabla siqaret çəkmə ilə əlaqədar insan ömrü 6-8 il qısalır. 

Siqaret çəkənlərin yarısı 35-69 yaşında müxtəlif xəstəliklərə tutularaq ölməyə risk edir. MDB ölkələrində 

1998-ci ildə  hər iki kişidən birinin ən parlaq çağlarında xərçəng xəstəliyindən ölümünə tütün tüstüsü bais 

olmuşdur. Siqaret çəkənlərin 80%-i xroniki bronxitdən əziyyət çəkir, ağciyərin xərçəng xəstəliyindən ölənlərin 

95%-ni həris siqaret çəkənlər təşkil etmişdir. Qırtlağında xərçəng xəstəliyi olanların 80-90%-i siqaret çəkənlər 

olmuşdur. Siqaret çəkməklə birlikdə alkoqol qəbul edənlərin qida borusunda xərçəng xəstəliyinin əmələ gəlmə 

riski siqaret çəkməyən adamlara nisbətən 9-12 dəfə yüksəkdir, mədədə xərçəng xəstəliyinin əmələ gəlməsində 

isə bu rəqəm 9,3 dəfə  təşkil edir. Tütün dodaqda, ağız boşluğunda, qida borusunda, ağciyərdə  xərçəng 

xəstəliyindən ölənlərin 60-80%-ni, xroniki bronxitin 75%-ni, ürək işemiyasından ölənlərin dörddə birini təşkil 

edir.  

Amerika tədqiqatçıları tütün tüstüsünün kanserogen təsirinin mexanizmini aşkar etmişlər. Buna başlıca 



səbəbkar çoxdan məlum olan benzapiren, daha doğrusu, orqanizmdə  benzapirenə çevrilən benzapiren-diol-

epoksid (BPDE) maddəsidir. BPDE şişin böyüməsinin qarşısını alan gen p53-ün sahəsini zədələyir. Əvvəllər 

aşkar edilmişdir ki, bu genin mutasiyası ağciyər xəstəliyinə tutulan xəstələrin 60%-də, digər xərçəng növlərinin 

isə 50%-ə  qədərində rast gəlinir. Normal vəziyyətdə gen p53 şişin böyüməsini sıxır, xəstə hüceyrələri 

kənarlaşdırır. Artıq siqaret çəkməyin xərçəng xəstəliyi əmələ gətirməsinə heç bir şübhə yoxdur.  

Az qətran tərkibli tütündən hazırlanan «yüngül» siqaret istehsal edənlərə  də ümid özünü doğrultmadı. 

Tədqiqatlar göstərdi ki, bu «sağlam» siqaterlər də digər xərçəng xəstəliyi növlərinin (adenokarsin) əmələ 

gəlməsinə cavabdeh olub ağciyərin dərin sahələrini zədələyir. Bunu sadəcə belə izah etmək olar ki, yüngül 

siqaterlərdən ləzzət almaq üçün tüstünü daha çox dərinə sorurlar, yüngül siqaretlərin nisbətən az zərərli olması 

haqqında olan reklam həqiqətə uyğun deyildir.  

Siqaret çəkmə gənclərin zehni və fiziki qabiliyyətlərinə mənfi təsir göstərir və onları impotentliyə aparır. 

Amerika tədqiqatçılarına görə siqaret çəkənlər yaxşı hazırlıqlı  tələbələrin 17%-ni, orta hazırlıqlıların 45%, 

hazırlıqsızların 59%-ni təşkil etmişdir.  

Rusiya Federativ Tibb Elmlər Akademiyasının məlumatına görə siqaret çəkəndən 10-15 dəqiqə sonra 

əzələnin gücü 15%, əzələlərin uyğunlaşması (koordinasiyası) 23% azalmışdır. Hətta passiv siqaretçəkmə ürək-

damar xəstəliyinin başvermə  təhlükəsini 1,5 dəfə yüksəldir. Həm də passiv siqaret çəkmədən 66,7% ailənin 

uşaqları  əziyyət çəkir. Siqaret çəkənlərin 40%-ndən çoxu müvəqqəti iş qabiliyyətini itirir. Siqaret çəkən 

ailələrdə uşaqların çəkisi 700 qram az, boyu və başının çevrəsi kiçik olur. Belə uşaqlar 9-10 yaşına qədər fiziki 

və əqli baxımdan xeyli geri qalır.  

Rusiyada kişilərin 67%-i, 15 yaşdan yuxarı qadınların 30%-i siqaret çəkir (1993-cü ilin məlumatı). Burada 

tütünün təsirindən hər il 280 min, hər üç kişidən biri  və hər 20 qadından biri həyatını dəyişir.  

Tədqiqatlar göstərir ki, Rusiyada 8-ci sinifdə şagirdlərin 25%-i, 10-cu sinifdə 42%, qızların 23%-i siqaret 

çəkir.  


Bir neçə il əvvəl bütün dünyada siqaret çəkməklə mübarizəyə başlanılıb. Güclü mübarizə nəticəsində ABŞ-

da 1970-1990-cı illərdə siqaret çəkənlərin sayı 70%-dən 28%-ə enib. Digər məlumata görə, ABŞ-da kişilərin 

28%-i, qadınların 23%-i siqaret çəkir (1994-cü il məlumatı).  



 

396


ABŞ-da hər il 100 min adamın ölümünə tütün səbəb olur. Avtomobillərin yarıdan çoxu külqabısız buraxılır. 

Bir sıra kompaniyalar, məsələn «Lokxid» və «Terner brodkostinq» siqaret çəkənləri işə götürmür. «Teksas 

instrument» kompaniyası hər siqaret çəkən işçidən ayda 10 dollar, «Yu-xod» isə həfədə 5 dollar tutur.  

Vebster Qroun (Missuri ştatı)  şəhərinin fəalları yaşı 17-ə  qədər uşaq olan xüsusi evlərdə siqaret 

çəkilməsinin qadağan olunmasını  təklif edirlər. Pensilvaniyada avtomobillərdə siqaret çəkmək qadağan 

olunmuşdur. Kaliforniyanın bir neçə şəhərində çimərlikdə siqaret yandırmaq qadağan edilib, Devis şəhərində isə 

acıq havada da siqaret çəkməyə icazə verilmir. San-Diyeqo aeroportunda binadan bir neçə metr kənarda siqaret 

çəkmək olar.  

Pentaqonda siqaretə qarşı müharibə elan edilib. 1994-cü ildə Müdafiə Nazirliyi iş yerində siqaret çəkməyə 

yasaq qoyub. 1980-ci ildən 1995-ci il daxil olmaqla ABŞ-ın silahlı qüvvələrində siqaret çəkənlərin sayı üçdə 

birə qədər azalmışdır. 1997-ci ildə ABŞ-ın ordusunda 1,4 milyon hərbiçinin 32%-i siqaret çəkmişdir.  

1998-ci ilin sentyabrında 8 ştatda tütün kompaniyaları 25 il ərzində siqaret çəkməklə  əlaqədar xəstələrin 

müalicəsinə 206 mlrd. dollar ayrılması barədə qərara gəlmişlər.  

1999-cu ilin sentyabrında ABŞ federal hökuməti tütün kompaniyalarını məhkəməyə vermişdir. Kompaniya-

lar görkəmli ictimai yerlərdə siqaret reklamlarından istifadə etməməyi öhdələrinə götürmüşlər. ABŞ-da idarələr, 

parklar, şəhərlər və çaylar tüstüsüz zona elan olunur.   

Kanadada hərbi qulluqda, aeroportlarda, vağzallarla, Toranto və Ottavada hətta restoran və barlarda siqaret 

çəkmək qadağan olunmuşdur. Qaydanı pozanlar 250-dən 5000 Kanada dolları məbləğində cərimə olunur. Tütün 

kompaniyalarına, idman və müxtəlif mədəni tədbirlərə sponsorluq etmək qadağan edilmişdir.  

İtaliyada siqaret çəkməklə bağlı  hər il 90 min adam ölür. Burada siqaret çəkməklə mübarizə  hər yerdə 

aparılır. Rusiyadan fərqli olaraq İtaliyada 11-15 yaşlı məktəblilərin yalnız 16%-i siqaret çəkir.  

Avropanın bütün ölkələrində, Kanadada, Avstraliyada, ABŞ-ın əksər ştatlarında tütün məmülatlarının rek-

lam olunması praktiki olaraq qadağan edilmişdir.  

1998-ci ildə ÜST-nin başlıca vəzifəsi – xüsusilə üçüncü dünyanın ölkələrinin uşaqları və yeniyetmələrinin 

siqaret çəkməsilə mübarizə aparmaqdır. ÜST üçüncü dünyanın ölkələrində tütün məmulatlarının reklamına tam 

qadağan edilməsini qarşısına məqsəd qoymuşdur.  

ABŞ-da siqaret istehsalı ilbəil aşağı düşür, siqaretin xaricə, xüsusilə Şərqi Avropa ölkələrinə və Rusiyaya 

satışı sürətlə artır.  

1996-cı ilin iyunundan 1997-ci ilin iyununa qədər «Filipp-Morris» firması ABŞ-a 240 mlrd., kənar yerlərə 

isə 690 mlrd. dollarlıq siqaret satışı aparmışdır. Çində hər il 1,8 trilyon Amerika siqaretindən istifadə olunur. 

1995-ci ildə ABŞ, Çin  AİB (Avropa iqtisadi birliyi)-dən sonra Rusiya dünya tütün bazarında dördüncü 

yerdə durur. Rusiyada yaşlıların 50%-dən çoxu siqaret çəkəndir. Bir ildə onlar 150 mlrd. siqaret çəkir. Rusiyada 

tütün bazarı sürətlə genişlənir, ona uyğun olaraq, inkişaf etmiş sənaye dünyasında ölüm səviyyəsinə görə liderlik 

edir.  


Tütün reklamı hər şeydən əvvəl gənclərə yönəldilib. Tütün firmalarından birinin direktoru deyir: «Bu zibili 

biz özümüz çəkmirik, onu yalnız satırıq. Çəkmək hüququnu gənclərə, kasıblara, qaralara və axmaqlara veririk».  



 

24.2. Narkomaniya və toksikomaniya  

Hesablamalara görə hazırda dünyada 50 mln. narkoman verdır. Narkomanlıq bütün bəşəriyyət üçün 

təhlükəlidir. Yunanca narke- donma, donub qalma, mania – ağılsızlıq, dəlilik deməkdir. 

Narkomaniyanın mahiyyəti (həmçinin onun sosial mənası) daha tam şəkildə  aşağıdakı kimi ifadə olunur: 



narkomaniya – sosial təhlükəli psixi xəstəlik olub, əsası bu və ya digər kimyəvi birləşmələr qəbul etmək 

yolu ilə mərkəzi sinir sistemində «komfort sahəsi»ni süni olaraq stimullaşdırmaq üçün (şövqləndirməklə) 

fərdin (şəxsin) qarşısıalınmaz cəhd göstərməsidir. Narkomaniya zamanı deformasiya baş verir, sonra sübutlar 

(səbəblər) sistemi dağılır,  əvvəlki sosial əlaqələr kəsilir və  xəstədə narkotik maddə  əldə etmək məqsədilə 

istənilən qeyri hüquqi əmələ  əl atmaq davranışı formalaşır. Narkomaniya cəmiyyətə böyük əxlaqi və maddi 

zərər yetirir.  

«Narkomaniya» termini daha ümumi olan «toksikomaniya» termini ilə müqayisədə xüsusidir. İş ondadır ki, 

narkotik vəziyyəti psixikaya (ruhi aləmə) təsir göstərən bir çox maddələr yarada bilər. Onların hamısı olduqca 

zəhərlidir. Bunların arasında elələri də var ki, tibbdə əvvəllər narkotik kimi heç vaxt istifadə edilməmişdir. Bun-

lar geniş çərçivədə – psixotrop effektli dərmandan tutmuş kimyəvi məişət vasitələrinə kimi maddələrdir. Alko-

qol və nikotin də narkogen (toksik) maddələr olsalar da, narkotiklər nisbətən az təhlükəli hesab olunur, onlara 

həvəslə aludə olmağın özü də toksimaniya sayılır. Bu zaman alkoqol və siqaret çəkmə digər narkotiklərə yol 

açır.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə