QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə26/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   184

 

57

Məməlilər arasında kolonial həyat sürənlərdən marmot, süzən və ala quşu göstərmək olar. Məməlilərdə ko-



loniyalar çox vaxt müxtəlif ailələrin  ərazidə birləşməsindən deyil, törəməkdə olan ailələr arasında  əlaqələrin 

saxlanması və ailə qruplarının artması əsasında yaranır.  

Daha mürəkkəb koloniyalar kollektiv halda həyat sürən həşəratlarda (termit, qarışqa, arı) olur. Onlar güclü 

artan ailələr arasında əmələ gəlir. Belə koloniyalarda – ailələrdə həşəratlar əsas funksiyaları (çoxalma, qorunma, 

özünü və  nəsli yemlə  təmin etmək, quruculuq və s.) birgə yerinə yetirir. Bu zaman ayrı-ayrı  fərdlər və yaş 

qrupları arasında  əmək bölgüsü və müəyyən  əməliyyatları yerinə yetirmək üçün ixtisaslaşma aparılır. 

Koloniyanın üzvləri bir-birilə məlumat mübadiləsi əsasında hərəkət edir.  

Kolonial heyvanlara bəzi qamçılılar, süngərlər və bağırsaqboşluqlar, ibtidai xordalılardan sinassidilər, slap-

lar aiddir.  

Kolonial bitkilərə müxtəlif birhüceyrləi yaşıl, göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena 

yosunları daxildir. Onlar zoospor və avtosporla çoxalır.  

Dəstələr. Heyvanların müvəqqəti cəmləşməsi olub hərəkətlərinin bioloji faydalı mütəşəkkiliyini təzahür et-

dirir. Dəstə (sürü) növün həyatında hər hansı funksiyanın yerinə yetirilməsini (düşməndən mühafizə, yem əldə 

etmək (miqrasiya) asanlaşdırır. Dəstə ilə yaşamaq quşlar və balıqlar arasında geniş yayılmışdır, məməlilərdən 

isə bir çox itlər üçün səciyyəvidir. Dəstələrdə  bənzətmə (təqlidçilik) reaksiyası  və qonşudan oriyentir (səmt) 

götürmək güclü inkişaf etmişdir.  

Hərəkətləri uyğunlaşdırmaq (əlaqələndirmək) üsuluna görə dəstələr iki qrupa (kateqoriyaya) bölünür:  

1) ekvipotensial – ayrı-ayrı üzvlərin dominantlığı aydın görünmür;                 

2)  Liderli dəstələr, burada heyvanlar bir və ya bir neçə, adətən təcrübəli fərdlərin davranışına görə 

istiqamət alır. Birinci tipdə  cəmləşmək  əsasən balıqlara aiddir, kiçik quşlarda və köçəri çəyirtkələrdə  də 

müşahidə olunur. İkinci dəstə tipinə adətən iri quşlar və məməlilərdə rast gəlinir.  

Quşlarda dəstələr mövsümi köçmə zamanı, oturaq və köçəri formalarda isə  qış yemlənməsi dövründə 

formalaşır. Dəstələr yaratmaq köçmə zamanı koloniya halında yuva tikən və kollektiv yemlənən növlərə xasdır. 

Tək yuva quran və yemlənən növlər uçduqda dəstə əmələ gətirmir.  

Canavarlar qışda qrup halında ova çıxdıqda dəstə  əmələ  gətirir, belə halda onlar iri dırnaqlı heyvanların 

öhdəsindən gəlirlər.  

Sürü.  Dəstəyə nisbətən sürü heyvanların daha uzun müddətə  və daim cəmləşməsidir. Sürü qruplarında 

növün həyatında bütün əsas funksiyalar (yem əldə etmək, yırtıcılardan mühafizə olunmaq, miqrasiya, çoxalma, 

balanı tərbiyə etmək və s.) yerinə yetirilir.  

Sürünün təşkil olunması variantlarından biri – müvəqqəti və ya nisbi daimi liderli qrup sayılır. Liderlər 

sürü daxilindən fərdlər olub digərlərinin diqqəti onlara cəmləşir, onlar davranışları ilə yerləşmə istiqamətini, 

yemlənmə yerini, yırtıcılara qarşı reaksiyanı  və sürünün digər xassələrini müəyyənləşdirir. Liderin fəaliyyəti 

bilavasitə digər fərdləri özünə tabe olmağa yönəldilməyib, sürünün daha təcrübəli üzvü liderlik edir. Məsələn, 

şimal maral sürülərini adətən yaşlı başçı aparır.  

Böyük sürülərdə də ailə və ya yaş qrupları cəmləşir, onlar arasında kontakt (əlaqə) digər analoji qrupların 

üzvləri arasındakı  əlaqədən daha səmimi olur. Sürüdaxili qruplaşmalarda ümumi liderdən asılı olmayan 

dominantlıq – tabelik əlaqəsi təşəkkül tapır. Başçı – dominantlar müxtəlif kollektiv funksiyasını yerinə yetirir. 

At ilxısında məsələn, başçı  hərəkəti idarə edir, sürünü təhlükədən uzaqlaşdırır, yırtıcılardan qoruyur, davanı 

saxlayır, daylaqlara və  xəstə heyvanlara qayğı göstərir və s. Mürəkkəb vəziyyətdə müxtəlif növlərin başçıları 

kəşfiyyat aparır, sürüdən ayrılaraq sonradan geri dönür və  təhlükəsiz istiqamət müəyyənləşdirir. Başçısı olan 

qruplarda baş verən münaqişə adətən onun iştirakı ilə müxtəlif növlərdə müxtəlif təcavüz dərəcəsinə görə həll 

olunur. Pavian (meymun cinsi) sürüsündə başçı incitmə yolu ilə, qalib başçısı isə çox vaxt qayda-qanunla, 

nəzərlə və ya başının işarəsi ilə bərpa edir.                           

  

3.9. Populyasiyaların dinamikası 

 

Populyasiyanın sayının ümumi dəyişməsi, dinamikası dörd hadisənin hesabına yaranır: doğum, ölüm, köçmə, 



köçürülmə. 

 

Doğum 

Populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi,  yə’ni doğum əmələ 

gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman 

vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də 



 

58

mühit şəraitindən asılı olaraq dəyişir. (Məmmədov, Suravegina, 2000). Doğum çox olduqda ərazi vahidinə dü-



şən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası  rəqabət güclənir. 

Nəticədə fərdlər arasında ölüm halları artır. 



Ölüm – vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox 

səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından),  əlverişsiz fiziki mühit şəraitinin və 

yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin 

təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə 

ölməsi ideal hadisə sayılır. buna populyasiyanın minimal ölümü müvafiq gəlir. Təbiətdə tez-tez rast gəlinən va-

riant həyatının erkən dövründə fərdlərin yüksək ölümü hesab olunur. Yaşlı formalar daha çox qorunmuş və dö-

zümlü olur. İnsanlarda da bütün tarix boyu uşaq ölümü yüksək olmuşdur, son vaxtlar səhiyyənin inkişafı ilə əla-

qədar uşaq ölümü azalmışdır. Ölümün sayı artdıqda populyasiyanın sayı azalır və bu zaman artımı stimullaşdı-

ran mexanizmlər işə düşür. Stress azalır, cinsiyyət hormonlarının səviyyəsi artır, doğum yüksəlir. Beləliklə, po-

pulyasiyada onun sayını optimallaşdıran özünütənzimləmə mexanizmləri mövcuddur. 

 

Yerləşmə (yerini dəyişmə),  yerdəyişmə 

Populyasiyadan fərdlərin köçməsi və ya  onun yerinin gəlmələrlə (yadlarla) dolması növün mühüm bioloji 

xüsusiyyətlərindən  biri – onun yerdəyişmə  qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada fərdlərin bir hissəsi 

müntəzəm olaraq onu tərk edərək qonşu sahədəki populyasiyanı doldurur və ya həmin növ olmayan yeni əraziyə 

köçür. Bu prosesə populyasiyanın dispersiyası deyilir. Yerdəyişmədə yeni biotoplar zəbt olunur, növün ümumi 

arealı genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət qazanılır. 

Müxtəlif heyvan və həşəratların yerdəyişməsi həyat tsiklinin müəyyən dövründə keçir. 

Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir). 

Yerdəyişmə dispersiyası populyasiyalar arasında əlaqə vasitəsini görür. Populyasiyanın sıxlığı artdıqda bu 

proses güclənir. Yerdəyişən fərdlərin həmin növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni po-

pulyasiyalar əmələ gətirməsi invaziya adlanır. 

 

3.9.1. Say dinamikasının tipləri  

Canlı orqanizmlərin müxtəlif qrupları üzrə aparılan tədqiqatların nəticələri göstərir ki, təbii 

populyasiyaların sayı daimi qalmır. Onların dəyişməsi konkret faktorların müsbət və ya mənfi təsirlərindən 

asılıdır, bütün növlərdə praktiki olaraq sayın qalxma və enmə prosesi qanunauyğun  əvəz olunaraq dalğavari, 

dövri (tsikllik) xarakter alır və çox vaxt geniş əraziləri tutur.  

Populyasiyanın sayının qanunauyğun dəyişməsi xarakteri bütövlükdə növün bioloji xüsusiyyətlərindən, 

fiziologiyasından və təbii ekosistemdəki yerindən asılıdır. Hələ 1940-cı illərin əvvəlində S.A.Seversov (1941) 

məməlilər və quşların bir çox növlərinin sayının çoxillik gedişini təhlil edərək onun dinamikasının bir neçə tipi-

ni müəyyən etmişdir. 

 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə