61
Şəkil 3.4. Bitkilərdə populyasiya strategiyasının inteqrallaşmış sxemi
(V.T.Ovçinnikova görə , 1991)
3.9.2. Say dinamikası faktorları.
Müasir ekologiyada heyvanların sayının müntəzəm dəyişməsinə məsul faktorların iki qrupa bölünməsi
qəbul edilmişdir: orqanizmlərin sıxlığından asılı olmayan faktorlar və sıxlıqdan asılı olan faktorlar.
Orqanizmlərin sıxlıq dərəcəsindən asılı olmayan faktorlara kompleks abiotik faktorlar daxildir, onların
heyvanlara təsiri iqlim və hava vasitəsilə həyata keçirilir. Bu faktorların bioloji təsiri orqanizm səviyyəsində
təsir göstərməsi ilə səciyyələnir, məhz buna görə də onların təsir effekti orqanizmlərin say və sıxlığı kimi
spesifik populyasiyası parametrləri ilə əlaqədar deyildir. Bu faktorların təsiri birtərəflidir: orqanizmlər onlara
uyğunlaşa bilər, lakin onların əksinə təsir göstərmək vəziyyətində deyildir.
İqlim faktorlarının populyasiyasının say səviyyəsinə və onun dəyişməsi istiqamətinə təsir effekti ilk
növbədə təsir edən faktorun gücünün optimal ölçüdən sapması (kənara çıxması) ilə əlaqədar ölüm dərəcəsinin
artması ilə həyata keçir. Bu zaman ölüm və yaşayıb qalma dərəcəsi orqanizmin adaptasiya olunma mümkünlüyü
və mühitin bəzi xarakteristikasını nəzərə alaraq yalnız təsir göstərən faktorun gücü ilə təyin olunur: əlverişli
şəraiti olan sığınacağın mövcüdluğu, eyni zamanda faktorların yumşaldıcı təsiri və b. populyasiyanın sayının
səviyyəsi (orqanizmlərin sıxlığı) onun dəyişməsinin ümumi istiqamətini müəyyən etmir. Belə ki, əgər qış şəraiti
qeyri-adi aşağı temperatur və qar örtüyünün qalınlığının az olması ilə fərqlənərsə, hətta qışın başlanğıc
dövründə populyasiyanın sayı və sıxlığı yüksək olduqda belə, xırda gəmiricilərin yazda say səviyyəsi olduqca
aşağı olacaqdır. Analoji qanunauyğunluğu qarın altında sərt şaxtalardan yuvalarda xilas olunan toyuq
fəsiləsindən olan meşə quşları üçün də səciyyəvidir.
Bu faktorlar qrupu bəzi şəraitdə, əsas etibarilə yem şəraitinin dəyişməsi ilə, dolayısı ilə nəsilvermənin
dəyişməsi ilə də təsir göstərə bilər. Məs., bitkilərin vegetasiyası üçün əlverişli olan abiotik faktorların kompleksi
fitofaq heyvanların yaxşı artmasına şərait yaradır. Əksinə, ot məhsulu çox aşağı olduqda və ya yemin
əlçatmazlığı sıxlıqdan asılı olmayaraq ölüm faizini artırır. Dırnaqlı heyvanların uzun müddət aclıqdan kütləvi
qırılması hadisəsi də məlumdur.
Orqanizmlərin sıxlığından asılı olmayaraq say dinamikası tsiklinin formalaşması iqlimin və hava tipinin
çoxillik dəyişməsinin tsiklik (dövrlük) xarakteri ilə bağlıdır.
Ümumiyyətlə, bir sıra ekoloqların fikirləri bu nəticəyə gəlməyə imkan verir ki, iqlim faktorları, şübhəsiz,
say artımının nəzərə çarpacaq dərəcədə dəyişməsinə səbəb ola bilər. Lakin bu faktorlarla yanaşı, say artımının
dəyişməsi bir sıra digər faktorlarla da müəyyən olunur. Bununla yanaşı, iqlim faktorları sabit müvazinətin
yaranmasına səbəb olmur: bu faktorlar sıxlığın dəyişməsinə cavab vermək (reaksiya vermək), yəni əks əlaqə
prinsipi ilə təsir etmək qabiliyyətinə malik deyil. Q.A.Viktorovun (1967) say dinamikasının xarakterinin
formalaşmasında faktorların roluna əsaslanan təsnifatına əsasən meteoroloji şərait modifikasiyalaşma faktorları
kateqoryiasına aid edir.
Orqanizmlərin sıxlığından asılı olan faktorlara (endogen faktorlara) həmin növün sayının səviyyəsinə və
dinamikasına təsir göstərən onun qidası, yırtıcıları, xəstəlik törədiciləri və b. aiddir. Sıxlıqdan asılı olan
faktorların təsir xarakteri prinsip etibarilə yuxarıda göstərilən faktorlardan fərqlənir: populyasiyanın digər
növlərinin say artımına təsir göstərdikdə özləri də o növlərin təsirini hiss edir (sınaqdan keçirir). Beləliklə, bu
halda biosenozun tərkibindəki müxtəlif növlərin populyasiyalarının qarşılıqlı təsirindən söhbət gedir, onlar hər
iki növün say artımının biosenotik tənzimləyicisi rolunu oynayır. Bu cür əlaqənin nizamlayıcı effekti qarşılıqlı
təsir göstərən populyasiyada orqanizmlərin sıxlığından asılıdır.
Say dinamikası faktorlarının əsaslı konsepsiyasının yaradıcısı Q.A.Viktorov (1967) populyasiyanın həm
fərdi sıxlığına, həm də digər növlərin populyasiyalarının sıxlığına (trofik və ya digər qarşılıqlı əlaqə ilə bağlı
olan) reaksiya etmək (cavab vermək) qabiliyyətinə əsaslanaraq biotik qarşılıqlı təsiri tənzimləyici (nizamlayıcı)
faktorlar kateqoriyasına aid edir.
Say artımı tsikllərinin formalaşmasında biotik qarşılıqlı əlaqələrin mühüm forması – «İstehlakçı» (sərf
edici) və onun qidasının əlaqəsi hesab olunur.
Qidanın induksiya tsiklinin faktoru kimi rolunun ən sadə variantı – qida ilə yüksək təmin olunma doğumun
inkişafına və istehlakçı-populyasiyada ölümün azalmasına səbəb olmasıdır. Bunun nəticəsində onların sayı
çoxalır, bu isə qidanın güclü yeyilməsinə və bununla əlaqədar onun sayının (biokütlənin) azalmasına səbəb olur.
Sonuncu isə istehlaçının həyat şəraitinin pisləşməsinə, doğumun aşağı düşməsinə, ölümün artmasına və sayın
azalmasına səbəb olur.
62
Trofik yaranan say tsiklləri daha aydın şəkildə növ cütlüyünün – «yırtıcı»- «şikar» tipinin qarşılıqlı əlaqəsi
şəraitində əmələ gəlir.
«Yırtıcı»-«şikar» əlaqəsinin ümumiləşmiş effektinin əsası ondan ibarətdir ki, hər iki qarşılıqlı təsir göstərən
populyasiya bir-birinin say artımına və sıxlığına təsir göstərir. Belə qarşılıqlı təsirin ən yüksək nəticəsi hər iki
növün sayının təkrarən qalxması və enməsinin formalaşmasıdır, həm də belə tərəddüd sistemində yırtıcının
sayının dəyişməsi fazaya görə «şikarın» populyasiyasının dinamikasından geri qalır. Bu ilk növbədə
ixtisaslaşmış yırtıcılara aiddir. Onlar əsas yem növünün miqdarı azaldıqda digər qida növünə keçə bilmir.
3.9.3. Senopopulyasiyanın dinamikası
Bitkilər üçün say dinamikası anlayışından praktiki olaraq istifadə olunmuş populyasiya tsiklinə hər şeydən
əvvəl müəyyən növün populyasiyasının strukturunun və fotosenetik funksiyasının dəyişməsi mövqeyindən
baxılır. Heyvanlarda say artımının dinamikası anlayışı birbaşa populyasiyanın hesab vahidi – fərdlərin sayı ilə
ifadə olunur. Bitki populyasiyalarında isə strukturun bu aspekti mürəkkəb şəkildə göstərilir; qeyd edildiyi kimi
populyasiya elementi kimi həm fərdlər (toxum və vegetativ mənşəli fərdlər bioloji baxımdan eyni
qiymətləndirilmir), həm də vegetativ mənşəli fərdlər (klonlar) birliyi və fərdlərin hissələri (fitoölçülər,yarpaq və
s.) çıxış edə bilər.
Senopopulyasiyanın strukturuna bir neçə aspektdə baxıla bilər: populyasiyanın tərkibi (elementlərin
kəmiyyətcə nisbəti), quruluşu (sahədə elementlərin qarşılıqlı yerləşməsi, ərazi quruluşu), fəaliyyəti (elementlər
arasındakı əlaqələrin məcmusu). Populyasiyanın dinamikasına strukturun bütün aspektlərinin vaxta görə
dəyişməsi daxildir. Bu zaman populyasiya parametrlərinin dəyişən sırasına miqdar (elementlərin sayı), biokütlə,
toxum məhsuldarlığı, yaş spektri və fərdlərin yaş tərkibi (təqvim yaşı üzrə) daxildir. Senopopulyasiya
elementlərinin sayı və sıxlığı doğum və məhv olmanın nisbətindən asılıdır; bu göstəricilərin dəyişməsində
emiqrasiya və immiqrasiya böyük rol oynaya bilər. Məhvolma ilk növbədə ekoloji faktorların kompleksi ilə
müəyyənləşdirilir.
Çiçəkli bitkilərdə məhsuldarlıq (çoxalma qabiliyyəti) anlayışı potensial toxum məhsuldarlığına uyğun gəlir,
bu fərdlərin toxum başlanğıcının, yaxud da zoğun sayına görə təyin olunur. Faktiki toxum məhsuldarlığı (zoğ
və fərdə görə tam yetişmiş toxumun sayı) populyasiyanın təkrar artması səviyyəsini əks etdirir. Məhz bu
göstəricinin tərəddüdü (potensial toxum məhsuldarlığının 80%-dən 0,5%-ə kimi) populyasiyanın özünü saxlama
(özünü qoruma) ekoloji proseslərini əks etdirir. Toxum məhsuldarlığını məhdudlaşdıran və onun faktiki
səviyyəsini təyin edən əsas faktorlar tozlanmanın kifayət qədər olmaması, resursların çatışmazlığı, fitofaqların
və xəstəliklərin təsiri hesab edilir.
Bitki populyasiyalarının təkrar artması (təzələnməsi) və özünü qoruması (saxlaması) prosesində vegetativ
çoxalma böyük əhəmiyyət kəsb edir. Bu proses kifayət qədər mürəkkəb yolla senopopulyasiyanın yaş spektri ilə
əladədardır: vegetativ çoxalma bir tərəfdən yaşdan asılıdır, digər tərəfdən isə cavanlaşmaya səbəb olur. Aşağıda
vegetativ çoxalmanın dörd tipini nəzərdən keçirək.
1. Senil partikulyasiyası (lat. senilis – qoca, partis – hissə, qismən), yəni qoca yaşında partikulun
(vegetativ mənşəli fərdlərin) ayrılması. Partikulyasiyanın bu tipi bir çox milköklü çoxilliklərə xasdır.
Uzunömürlü olmadığından və partikulun aşağı həyatiliyinin olması ilə əlaqədar populyasiyanın vegetativ özünü
saxlama baxımından bu tip effektli sayılmır. Belə tipdə çoxalma enerjisi böyük deyil: vegetativ gələcək nəsil
ümumi sayın 0,4-4,0%-i qədərdir.
2. Cavanlaşmayan və ya az cavanlaşan yetişmiş partikulyasiya – zəif vegetativ çoxalma səciyyəvidir.
Çimli taxılotları, cillər, xırda kökümsov otlara, geoksil kollara xasdır. Partikulun aşağı həyat qabiliyyəti olması
(ömrü bir qədər uzun olsa da) ilə əlaqədar populyasiyanın özünü saxlaması üçün bu üsul da az effektlidir. Belə
partikulyasiya tipində enerji az, yəni ümumi miqdara görə vegetativ gələcək nəslin 10-80%-ə qədəri ola bilər.
3. Səthi (dərin olmayan) cavanlaşan və aktiv böyüyən yetişmiş partikulyasiya – uzun kökümsovlu otlar
və kollar üçün səciyyəvidir.
4. Dərin cavanlaşma gedən generativ partikulyasiya intensiv böyümə ilə səciyyələnir. Kökdən
pöhrəverən çoxillik bitkilər üçün xarakterikdir.
Axırıncı iki partikulyasiya tipi özünü saxlamanın (qorumanın) yüksək effektivliyi ilə səciyyələnir. Bu çoxlu
pöhrələrin (cücərtilərin, ildə bir ana ağacdan 20-100 pöhrə) əmələ gəlməsi ilə (cavanlaşması) əlaqədardır.
Bunun hesabına populyasiya yüksək sıxlığa çata bilər.
Nəsilvermə və məhvolmanın səviyyəsinin dəyişməsi müvəqqəti struktur dinamikasını, biokütləni və
bütövlükdə senopopulyasiyanın fəaliyyətini formalaşdırır. Bu dəyişmələrin effektivliyinin həyata keçirilməsində
populyasiyanın sıxlığı əhəmiyyətli rol oynayır. Sıxlıq qanunauyğun olaraq bitkinin böyümə intensivliyinə,