92
Øÿêil 6.1. Úàíëû îðãàíèçìëÿðèí
áèîñôåðèí êîìïîíåíòëÿðè èëÿ ãàðøûëûãëû ÿëàãÿñè
Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. O, yerdə olan canlı orqa-
nimzlərin rolu haqqında yazmışdır:
Şişirtmədən təsdiq etmək olar ki, planetimizin, biosferin zahiri qabığının kimyəvi vəziyyəti bütövlükdə həya-
tın təsiri altındadır, canlı orqanizmlərlə təyin olunur, şübhəsiz, biosferə adi görünüş verən enerji kosmik mənşə
daşıyır.
O, Günəşdən şüa enerjisi formasında çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın məcmusu bu kosmik şüa-
sının enerjisini Yerin kimyəvi enerjisinə çevirir və həyatımızın sonsuz müxtəlifliyini yaradır.
Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parçalan-
ması, daim öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyiş-
məsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar hadisə-
lərdən birini törədir.
Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir. Bu enerji hidrosfer, atmos-
fer və litosferdə əksər fiziki və kimyəvi proseslərə hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, maddə-
lərin yenidən paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur.
Biosenozun(biotanın) ətraf mühitin formalaşmasında və sabitləşməsində rolunu onun qlobal funksiyaları
(energetik, destruktiv, konsentrasiya, mühit yaratma, nəqletmə) ilə göstərmək olar.
Canlı maddələrin mühityaratma funksiyası bütün funksiyaların birgə nəticəsi hesab olunur: energetik funksi-
ya bioloji dövranın bütün həlqələrini enerji ilə təmin edir; destruktiv və konsentrasiya funksiyaları dağınıq (sey-
rək), lakin həyat üçün çox mühüm elementlərin təbii mühitdən çıxarılması və toplanmasına şərait yaradır.
95
yığınlarının
əmələ gəlməsi
10
8
−
Mezozoy erası
Məməlilərin peyda
olması
Vulkanizm
Oksigenin
miqdarı
çoxalır
7 x 10
7
−
Örtülü toxumların
peyda olması
Çökmə
süxurlarda
təbaşir və
gipsin
toplanması
Cədvəl 6.2.
Biosferdə canlı maddənin əsas funksiyaları
Funksiya-
lar
Baş verən proseslərin qısa səciyyəsi
Energetik Fitosenoz
zamanı Günəş enerjisinin, enerji ilə zəngin maddələ-
rin parçalanması yolu ilə isə kimyəvi enerjinin udulması
Konsentra-
siya
Müəyyən növ maddələrin fəaliyyəti gedişində seçmə toplanma-
sı: 1) orqanizm gövdəsini qurmaq üçün istifadəsi; 2) Metabolizm
zamanı orqanizmdən kənar edilməsi
Destruktiv
1)Qeyri biogen üzvi maddələrin minerallaşması;
2)Cansız qeyri üzvi maddələrin parçalanması;
3)Əmələ gələn maddələrin bioloji dövrana cəlb (daxil) edilməsi;
Mühitya-
ratma
Mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi (başlıca ola-
raq qeyri biogen maddələrin hesabına)
Nəqletmə Maddələrin ağırlıq qüvvəsinə əks və üfüqi istiqamətində apa-
rılması
Canlı maddələrin mühityaratma funksiyaları nəticəsində Yerin təbii mühitində aşağıdakı mühüm hadisələr
baş vermişdir:
a) İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki, biosenoz əsasən yerin oksigen atmosferini
formalaşdırır və karbon qazının konsentrasiyasına təsir göstərir;
b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir.
Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.
ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, fosforit, boksid, karbonat və silisium sü-
xurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernads-
ki qraniti keçmiş biosferin izləri adlandırır.
ç) Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir.
d) Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxarlan-
dırıcı effektinə görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud Yerin
quru sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yaratmağa im-
kan vermiş və ona 70-75% nəzarət edir.
e) Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki, bioloji aşınma dağ süxurlarının par-
çalanmasında əsas rol oynayır (xırda torpaq hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmişdir);
ə) canlı maddə biogenlərinin miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası
biotanın fəaliyyətindən çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın
dibində səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmosfer-
də olan konsentrasiya ilə müvazinət (tarazlıq) vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda karbon
qazının konsentrasiyası okeanın səthində və dərinliyində bərabərləşir. Bunun nəticəsində atmosferə CO
2
-nin
atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər.
Beləliklə, okeanın biotası atmosferdə CO
2
-nin
konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama salaraq ətraf təbii mühitin sabitliyini
təmin edir.