162
Yusif və Vaqif Səmədoğluların bacısı qızı Aygün
xanım yandırdı. O Aygün xanım ki, babasından
çox nənəsinin nüfuzunu qoruyurdu.
... Bir dəfə Təhsil Nazirliyindən mənə zəng
elədilər ki, orta məktəbin “Ədəbiyyat” dərsliyində
Səməd Vurğunun tərcümeyi-halı verilərkən onun
gənclik illərində guya Dürrə adlı bir qıza aşiq
oldu-ğu, ona çoxlu şeirlər həsr etdiyi barəsində
yazılıb,
elə
şey olmayıb, xahiş edirik,
düzəldəsiniz... So-ruş-dum ki, bizim dərsliyə bu
tənqidi qeydi edən “mü-təfəkkir” kim idi?..
Dedilər ki, şairin nəvəsi, ev muzeyinin müdiri
Aygün xanım...
Üstünü vurmadım... “Narahat olmayın,
baxarıq” dedim...
Az keçmədi ki, rəhmətlik Aygünün özü zəng
elədi. Və həyəcanla: “Nizami müəllim, hər
adamın gənclik illərində səhvləri olur, onu xüsusi
qabartmağa nə ehtiyac var? Əgər Səməd Vurğun
Xavər xanımı sevib alıbsa, ona bu qədər şeirlər
yazıbsa, Dürrə söhbətini yada salmağa nə ehtiyac
var?.. Xahiş edirəm o adı dərslikdən çıxarın...
Təhsil Nazirliyindən rəsmi xahiş elədim, dedilər,
163
müəllif sizsiz... Ona görə də...”
Xətrini çox istədiyim (və dostum Mehmanın
həyat yoldaşı olan) Aygünün sözünü kəsdim:
“Aygün, Dürrə Səməd Vurğun yaradıcılığının
birinci dövrünün əsas qəhrəmanıdır... Bu gün də
aşıqlar xalq şairi Nəriman Həsənzadənin sözlərini,
demək olar ki, hər məclisdə oxuyurlar...
Bura Dilcan dərəsidi,
Bizim dağlar qabaqdadı.
Vurğun-Dürrə əhvalatı
Hələ dildə-dodaqdadı.
İndi də Aygün xanım mənim sözümü kəsdi.
Və dedi ki, “Babam onu almadı ki... Nənəmi
aldı... Xa-hiş edirəm, məni başa düşəsiz... Bu
Dürrə söhbə-ti heç rəhmətlik nənəmin də xoşuna
gəlmirdi”...
Söhbət uzandı. Mən Aygünü haradasa başa
düşdüm, ancaq o məni – dərslik müəllifini heç cür
başa düşə bilmədi ki, bilmədi”.
Burada söhbət təkcə nüfuzdan getmir və təkcə
şair və aşıqların könül sazının dilləndirilməsindən
də getmir. İlk məhəbbət şairin yaradıcılığında
164
dərin iz buraxır, onun yaradıcılığının nəinki
müəyyən dövrünü əhatə edir, bütün həyatı boyu
şair ilk məhəbbət mövzusuna müraciət edir.
Bunu Hüseyn Kürdoğlunun 1958-ci ildə Bakı
Dövət Universitetini bitirərkən yazdığı və nüfuzlu
komissiya tərəfindən yüksək qiymətləndirilən
“Sə-məd Vurğunun ilk yaradıcılıq dövrü” adlı
diplom işində də görürük:
“Gənc Vurğunda romantik şair təbiətinin
yaranması yalnız klassik şairlərin, romantik
əsərlərin təsiri nəticəsi deyildir. Şairin ilk sevdası
baş tutmadığından onun ürəyində küskünlük,
bədbinlik, tənhalıq və s. bu kimi hallar
yaranmışdı. Nakam bir məhəbbətin acı xatirələri
gənc
şairin qəlbini kaman kimi titrədib
ağlatmışdır.
Ürəyinin sızıltıları-nı, yuxusuz
gecələrdə keçirdiyi iztirabları vərəqlərə kö-çürən
şairin xarakterində qeyri-adi vəziyyətlər əmələ
gəlir”.
İlk məhəbbətin təsiri həqiqətən də izsiz qalmır.
Professor Yavuz Axundlu çox maraqlı “Xatirələr
işığında. Ömür keçdi, gün keçdi” kitabında bu
münasibətlə yazmışdır:
165
“Qrupumuzda
(BDU-nun
filologiya
fakültəsində) oxuyan Əli ilə ləzgi qızı ilk gündən
bir-birlərini sevməyə başladılar. Dekabrın əvvəlləri
idi. Əligilə yı-ğışmışdıq. Aşıq Hüseyn Cavan da
orada idi. Özünü çox sadə və səmimi aparan qızın
atası Milli Təhlü-kə-sizlik Komitəsində müavin
imiş. Bakını aya-ğa qaldırır. Bir neçə DTK
əməkdaşı gəlib sakitcə qı-zı apardılar. O bir daha
dərsə gəlmədi (Atası qızını bir neçə il kənddə
saxlamış,
sonra
qohumlarından
bi-rinə ərə
vermişdi. Biz son kursda olarkən həmin qız I kur-sa
bərpa olunmuşdu. Məyus-məyus gələr, heç kəs-lə
danışmazdı). Bu hadisə hamımızı kədərlən-dir-di.
Şair təbiətli Əli isə heç cürə özünü ələ ala bilmirdi.
İllər keçdi, evləndi, oğul-uşaq sahibi oldu,
lakin ilk məhəbbət unudulmadı” (Bax: Xatirələr
işığında. Ömür keçdi, gün keçdi. Adiloğlu, 2014,
s.59-60).
İfadəyə fikir verin: “şair təbiətli”, o da olsun
ana-dan şair doğulan Hüseyn Kürdoğlu.
Orta məktəb şagirdinin özündən üç yaş böyük
olan müəlliməsinə vurularaq onunla evlənmək
is-tə-məsi az görünən hadisədir. Atası Həsən kişi
166
Hüseynlə
Humay
müəllimənin
sevgisinə
xeyir-dua da veribmiş. Lakin Hüseynin bibisinin
həyat yoldaşı, Mollaəhmədli kəndindən bütöv bir
müəllim-lər ordusunun yetişməsində xüsusi
xidmətləri olan, La--çın rayon Maarif şöbəsinin
müdiri İdris Xəlilov onun şairlik istedadını
görərək ali təhsil alma-sı üçün əlindən gələni edir.
Humay müəlliməni Hüseyn-dən ayırmaq üçün
uzaq Yığın kəndinə məktəb direktoru vəzifəsinə
təyin edir. Sevgilisindən ayrı düşən Hüseyn rayon
qəzetinə qoşmalar yazır və məhəbbətini bu
qoşmalarla izhar edir. İdris Xəlilov Hüseynin
qarşısında şərt qoyur. Get Bakıda ali təhsil al,
sonra kiminlə istəyirsən evlən. Hüseyn Bakıya
gələrək
Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olur.
Görkəmli yazıçı Mehdi Hüseynin qızı,
akademik Teymur Bünyadovun həyat yoldaşı
Zivər
xanım
Hüseyn Kürdoğlu haqqında
xatirələrində incə bir mətləbə toxunur: “Onunla
beş il universitetdə (ADU-da) bir sinifdə
oxumuşam. Yaşar Qarayev, Tofiq Hacıyev kimi
Hüseyn də yaxşı oxuyurdu (Arif Səfiyev, Şamil
Dostları ilə paylaş: |