167
Salmanov, Ağacavad Əlizadə, İbrahim Göyçaylı,
Həmid Abbas, Teyyub Qurban, Əbülfəz İbadoğlu,
Cəfər Cəfərov, Vaqif Hüseynov, Firudin Ağayev
və başqaları da onlarla bir qrupda oxuyurmuş –
Q.P.). Gecə-gündüz universitetin kitabxanasından
çıxmırdı. Müdam fikirli görünərdi. Elə bil bu
zəmanənin adamı deyildi, başqa planetdən
gəlmişdi. Görünür, təbiəti ilə yanaşı, şairliyi də
onu bu günə qoymuşdu. (Bax “Bir şeir
bulağıydım”, Bakı, “Sabah”, 2014, s.177-178)
Hüseyn Kürdoğlunun Humaya həsr etdiyi
şeir--lərindən göründüyü kimi, şairin ilk
məhəbbə-ti də öz işini görmüş, onu zəmanənin
adamların-dan fərq-ləndirmişdir. Həqiqətən də ilk
məhəbbət heç vaxt unudulmur, insanın qəlbində
əbədi məskən sa-lır.
İllərcə öncə eşitdiyim “İlk məhəbbət”
mahnı-sı-nı, xüsusən də “Hər yara sağalıb
unudulsa da, Sa-ğalmaz yarası ilk məhəbbətin”
misralarını
din-lə-----yəndə nədənsə həmişə
haldan-hala düşmü-şəm. Gənc---liyimi, arzularla
yaşadığım, bir sözlə, fə-rəh-lən---diyim və ya
küskün olduğum unudulmaz günləri yada
168
salmışam. Hüseyn Kürdoğlunun yaradıcılığı və
həyatı ilə yaxından tanış olanda gördüm ki, həmin
mahnı sanki onun ilk məhəbbət olaylarını dilə
gətirib. Odur ki, bu fəslə “Sağalmaz yarası ilk
məhəbbətin” başlığını verdim.
Hüseyn Kürdoğlu da gənclik illərini və ilk
mə-həbbətini unuda bilmir, ilk məhəbbətin
yanğısı şairin yaradıcılığının kədərlə yoğrulmuş
əsas mövzularından biri olur.
On bənddən ibarət “Oxu, qaratoyuq” şeiri
şairin ümid sorağında olan iztirablarını əks etdirir:
Bəlkə üzü dönmüş o dağlar qızı
Kövrəlib, sorağa göndərib səni.
Bəlkə xəyalısan, bəlkə arzusu,
Sehr ilə bir quşa döndərib səni?!
Oxu, keçən günlər bir-bir oyansın,
Kürdoğlu dağlardan aralansa da.
Oxu, bu həsrətə dözsün, dayansın,
Köksündə ürəyi paralansa da.
Və ya:
Dağ aşıb yanına gələydim sənin,
169
Gözünün yaşını siləydim sənin.
Başına dolanıb, üzündən öpüb,
Ayağın altında öləydim sənin.
Hüseyn Kürdoğlu ürəyinin odu ilə yazdığı
sev-gi məktubları və şeirlərini Humay müəlliməyə
gön-dərir.
Humay müəllimə aralarında olan yaş fərqini,
ucqar dağ kəndində müəllimə olduğunu nəzərə
alır, qadın həssaslığı ilə dərk edir ki, bu sevgi
dastanı yarımçıq qalacaq. Odur ki, əvvəlcə
Hüseyndən gələn sevgi məktublarına və şeirlərinə
cavab vermir, sonra isə yazır ki, ərə gedib.
Hüseyn Kürdoğlu bu acı xəbərə inanmır.
“İnanmıram” adlı şeir yazıb Humaya göndərsə də
cavab almır. 1954-cü ildə yazılmış şeiri burada
oxuculara təqdim etməyi münasib bildim. I kurs
tələbəsinin bu səviyyədə şeir yazması özü onun
gələcəkdə adlı-sanlı şair olacağından xəbər verir.
Bu şeirdən Müşfiq ətri, Müşfiq həyəcanları
duyulur:
170
İnanmıram
Yadındamı, sevgilim, aylı bahar axşamı,
Yaşıl meşə, dağ döşü, bulaq üstü, tək çinar?
Yadındamı ilk görüş, o əhd, ilqar axşamı?..
Unutdunsa bunları bəs dünyada nəyin var?
Sükut bizi dinlədi, pıçıldadıq yavaşdan
Günəş üzlü bir eşqin o müqəddəs andını.
Yatan quşlar oyanıb qulaq asdı ağacdan
“Mən sevirəm” söyləyib çəkən zaman adını.
Görüşəndə baxışlar, onun sirli odundan
Alışıb nur çilədi göy üzünə ulduzlar.
Ay da gülümsəyərək bizə baxdı bu zaman,
Sanki o da deyirdi pozulmasın düz ilqar.
Mehdən ətir göndərib təbrik etdi çiçəklər,
Bulaq suyu ney tutub mahnı qoşdu vüsala.
Dedik belə birləşə bütün sevən ürəklər,
Bizim kimi hər insan öz eşqindən kam ala.
İndi qaşım çatılı, məktubuma cavab yox...
Röyadırmı o günlər, etibarın bəs hanı?
Ürəyimdə nə şadlıq, nə təsəlli, nə tab yox,
Unutmusan deyirlər, unutmusan peymanı.
171
Yox, yox! Necə inanım, eşqimizin andı var,
Uçmamışdır o dağlar, kül olmamış o meşə.
Qurumamış o bulaq, kəsilməmiş tək çinar,
Yenə ətir paylayır boynu bükük bənövşə.
İnanmıram, yalandır, inanmıram buna mən.
Ağlamasın ürəyim, titrəməsin qoy dilim.
Eşqimizin şahidi ay da baxır üfüqdən,
Ulduzlar da yanır, yox, inanmıram, sevgilim!
Hüseyn bu ülvi, müqəddəs məhəbbətin sona
yet-məsinə acıyır:
Yatdıq ot tayasında bir vaxt kürək-kürəyə,
Ləkə düşməsin dedin müqəddəs bir diləyə.
Sübhə kimi bircə an yumulmadı gözümüz,
Ehtirasın alovu tufan saldı ürəyə.
O taya od tutaydı, kaş yanıb kül olaydıq,
Əsli-Kərəm eşqitək nağıllarda qalaydıq.
Qarışaydıq torpağa, dönəydik gül-çiçəyə,
Hər bahar bu çəməndə açılaydıq, solaydıq.
Şair sinəsini yandırıb-yaxan, süngü yarasına
dö---nən xatirələrlə yaşayır:
Məni xatirələr yandırıb-yaxır,
172
Yüz yerdən sinəmə süngülər taxır.
Eşqin sərxoşuydum Laçında bir vaxt,
Selə qərq olurkən ayıldım axır.
***
Məni tərk elədin hicran içində,
Bilmirəm heç kimin can sirdaşısan.
Canlı görünsən də insan içində
Ölən sevgimizin məzar daşısan.
***
Çəkmək olmur ayrılığın yükünü,
Bir də gəzim o gözəllik mülkünü.
Kim unudar məhəbbətin ilkini,
İlk vüsalın nübarına qurbanam.
***
Qanadı tez qırıldı o kövrək xəyalımın,
Sağalmadı yarası bu ayrılıq zalımın.
İlk eşqimin elçisi bənövşə dəstəsiydi,
Ömrü bənövşə kimi az oldu vüsalımın.
***
Xatirə leysanı yağır gözümdən,
Görüş bulağımız axır gözümdən.
Qəlbimdə gizlənib iyirmi yaşın,
Dostları ilə paylaş: |