QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə32/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

186 
 
Ermənistan ona da guya darısqal gor imiş. 
Əri yəqin ki, vurub bir gözünü kor qoymuş
Ayağı bəlkə sürüşkən, gözü bəlkə şor imiş. 
Harsuna, axçiyə uyduq nə zamandan bəri biz, 
Yetmiş illik bu məhəbbət gözümüzdə tor imiş. 
Şairin “Arağı” şeiri də ciddi bir məsələdən söz 
açır: 
Qoruyun canuvuzu, içməyin İran arağı, 
Öldürür indi müsəlmanı, müsəlman arağı. 
Harsun övladına farsın qapısı mərhəmdir, 
Gizlicə ağı qatıb, eylədilər qan arağı. 
Kürdoğlunun bu satirik şeiri böyük həqiqətdən 
xəbər  verir.  Məlumdur  ki,  Sovet  İttifaqı 
dağılandan  sonra  ermənilər  İran  vasitəsilə 
ölkəmizə  ucuz  qiymətə  spirt  və  spirtli  içkilər 
ötürürdülər.  Məlum  olmuşdur  ki,  həmin  spirtli 
içkilər nəinki insanın sağlamlığı üçün təhlükəlidir, 
eləcə  də  övladsızlığa  gətirib  çıxarır.  Qəribədir  ki, 
onlar  məkirli  niyyətlərindən  indinin  özündə  belə 
əl çəkmirlər. 
Talabian    Oveys  adlı  İran  vətəndaşı  27.491 


187 
 
ədəd  spirtli  içkilər  üçün  nəzərdə  tutulmuş 
Azərbaycan 
markasını 
Biləsuvar 
Gömrük 
məntəqəsindən  İrana  keçirərkən  tutulub  (Bax: 
525-ci  qəzet,  10.01.15).  İranda  spirtli  içkilər 
istehsal  olunmur.  Sual  olunur,  bəs  bu  markalar 
hara  aparılırdı.  Təbii  ki,  Ermənistana.  Orada 
Azərbaycan  markaları  xarab  içkilərin  üstünə 
vurularaq qaçaq yolla ölkəmizə göndəriləcəkdi. 
Kürdoğlunun həcvləri və siyasi motivli satirik 
şeirlərinin  əksəriyyəti  haqsızlığa,  dünyanı  qana 
bo-yayanlara  qarşı  çevrilmişdir  –  desək, 
həqiqətdən uzaq olmaz: 
Yeri, göyü qızıl qana çalxadır, 
Yelsin kimi bu dünyanın alkaşı. 
Araq nədir, şərab nədir, qan içir, 
İndi mülki-Süleymanın alkaşı. 
Adiləri ram eyləmək asandır, 
Faciədir hər sultanın alkaşı və s. 
Şairin  ermənilərlə  bağlı  dördlükləri  də  çox 
mətləblərdən söz açır, mənfur qonşuların iç üzünü 
açıb göstərir: 
Yaxşıların dünyada baxtı yeyin olurmu?! 
Yamanların kələfi düyün-düyün olurmu?! 


188 
 
Aqil, kamil bir adam varsa gedin, soruşun, 
Erməni  qafasında  qurdsuz  beyin  olurmu?!  və 
s. 
Şairin  ikiüzlülərə,  yaltaqlara  qarşı,  onların 
əməl-lərinə  qarşı  ünvanlanan  dördlükləri  də 
çoxdur: 
Əyri danışırsan, düz görə-görə, 
Ağıl kəsə-kəsə, göz görə-görə. 
Bir çaylaq daşına dönəcək üzün, 
Sürtük adamlara üz görə-görə. 
Hüseyn 
Kürdoğlunun 
müftəxorları, 
rüşvətxorları,  yolundan  azanları,  başqasının 
malına  göz  di-kənləri  tənqid  atəşinə  tutan  başqa 
şairlərin  yaradıcılığında  demək  olar  ki,  təsadüf 
edilməyən 
cinaslı 
satirik 
dördlükləri 
də 
qədərincədir:   
Qaynar qazanımız kürədə bizim,   
Nəfsimiz od salar Kürə də bizim.   
Fermada çatmışıq müftə quyruğa,   
Kərə də bizimdir, kürə də bizim.   
və ya: 


189 
 
Hər şeydən var gözlə, var um deyirsən
Məndəmi bu yola varım deyirsən? 
Rüşvətlə yığdığın iyrənc pullara, 
Utanıb ölmürsən, varım deyirsən?! 
Hüseyn  Kürdoğlunun  həcv,  satira  və  yumor 
motivli  qoşmaları  da  çoxdur.  Şairin  “Hamı  fala 
baxdırır” qoşması həm sənətkarlıq, həm də hədəfə 
düz  dəyməsi  baxımından  fərqlənir.  Bu  şeirdə 
cəmiyyətdə  baş  verən  anlaşılmazlıq,  mövhumata, 
cəhalətə meyl kəskin satira atəşinə tutulur:   
Aman Allah, gör nə günə qalmışıq, 
Alim, şair gedir fala baxdırır. 
Filosoflar falçılıqdan söz açır, 
Eləsi var, kora, lala baxdırır. 
Tələ qurub ayaq altı eşənlər, 
El malını yeyib-yeyib şişənlər. 
Baxtı dönüb uca taxtdan düşənlər 
Fal açdırır, istiqbala baxdırır. 
Yol uzundur dünyanın düz vaxtına, 
Yalan çıxır hökmranlıq taxtına. 
Ana var ki, itkin oğul baxtına, 


190 
 
Ana var ki, cah-calala baxdırır. 
Şairin “gəraylı” üstündə yazılmış çox maraqlı 
hərbə-zorbaları  da  vardır.  Hərbə-zorba  qədimdən 
aşıq yaradıcılığında geniş yayılan şeir şəklidir. 
Adətə  görə  aşıqlar  təhqirdən  qaçır,  təhqiramiz 
həcvlərə  yol  vermirdilər.  Bütün  görkəmli  aşıqlar 
deyişiblər. 
Burada 
Aşıq 
Ağacanla 
Hüseyn 
Bozalqanlının  hərbə-zorbasını  verməyi  münasib 
bildik: 
Aşıq Ağacan: 
Demədimmi çıxma dağlar başına, 
Tupu olar, boran-qar olar onda. 
Əl uzatma gözün görən yuvaya
Gürzə olar, şahmar, mar olar onda. 
Hüseyn Bozalqanlı: 
İstəmirəm sənə dəyəm, dolaşam, 
Bağırsam qulağın kar olar onda. 
Əlindən alaram telli sazını, 
Gen dünya başına dar olar onda. 
Hüseyn Kürdoğlu da hərbə-zorba yazıb, lakin 
həddini aşmayıb: 
Gədələr, eyibdir, eyib, 


191 
 
Cevizin ləpəsin yeyib, 
Sizə də cür-cücə deyib 
Yığaram qozun içinə. 
Demişəm, deyirəm yenə, 
Bir gəlin imana-dinə. 
Qulaqlayıb sizi yenə, 
Basaram buzun içinə. 
Şair  aşıq  poeziyasının  zirvəsi  hesab  olunan 
təcnis  janrında  da  çoxlu  şeirlər  yazmışdır.  Lakin 
bu  janrda  yumoristik  şeir  yazana  ilk  dəfədir  rast 
gəlirəm.  Akademik  Ziya  Bünyadovun  70  illiyinə 
həsr etdiyi “Ya Ziya” və “Dağıstan gözəli” şeirləri 
heyranedicidir.  Şeir  insanın  qəlbinə  yayın 
bürküsündə məlhəm olan bulaq suyu kimi yayılır: 
Həm qılıncın, həm qələmin əsgəridir Ziyamız, 
Gündə yazır, gündə baxır kitab-kitab yazıya. 
Çoxdur bu gün qürrələnib alim deyən özünə, 
Çoxusunu atmaq gərək biyabana, yazıya. 
Cahil bilməz elm-ürfanın qiymətini, qədrini, 
Nadan üçün nə fərqi var ya qaranlıq, ya ziya. 
Dürdanələr həvəsiylə söz bəhrinə baş vuran 
Kamil qəvvas dedikləri ya özüməm, ya Ziya. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə