QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə30/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

173 
 
Hərdən gizli-gizli baxır gözümdən. 
Bu 
sevgi 
dördlükləri 
də 
şairin 
ilk 
məhəbbətindən  söz  açır.  Şairin  ürək  çırpıntılarını 
tam  açıqlığı  ilə  göstərən  şeirlərin  ünvanına 
çatıb-çatmadığını indi kimsə deyə bilməz. 
On ildir üzünə üzüm dəymədi
Sənsiz kal töküldü, sözüm dəymədi. 
Min bir gözəl keçdi gözüm önündən, 
Sənə bənzərinə gözüm dəymədi. 
*** 
Düşsəm də ayrılıq müsibətinə, 
Həsrət qalmamışam yar həsrətinə. 
Aparır dağlara xəyalım məni –   
İlk görüş yerinin ziyarətinə.   
*** 
Oynayan qaşların sinəmi dağlar, 
Qaş altda gülümsər qoşa bulaqlar. 
Ey Laçın pərisi, sənin dalınca 
Yetim körpə kimi ürəyim ağlar. 
*** 
Yalvarsam  da  baxmadın,  çıxdın  sözümdən 


174 
 
mənim, 
Yüz il uzaqsan indi, ağlar gözümdən mənim. 
Çox qalmır ay üzündə günün qara kölgəsi, 
Bəs niyə çəkilməyir, kölgən üzümdən mənim? 
Mənə  belə  gəlir  ki,  sevgi  məktublarını,  sevgi 
şeirlərini  təhlil  etmək,  onlar  haqqında  izahla, 
şərhlə  danışmaq  günahdır.  Sevən  qəlbin 
pıçıltılarını se-----vən kəsdən yaxşı kim izhar edə 
bilər?  Heç  kəs.  Qoy  şair  özü  söz  açsın  ilk 
məhəbbətindən.   
 
 
Mənim bu dağlarda bir həsrətim var 
Qəlbim eşq oduna yandığı gündən 
Mənim bu dağlarda bir həsrətim var. 
Burdadır ağlayan xatirələrim,   
Burda candan əziz əmanətim var,   
Mənim bu dağlarda bir həsrətim var.   
 
Bal çəkən arıyam, şanım ondadır,   
Əzəlim ondadır, sonum ondadır.   
Bir mavi şüşədə canım ondadır,   


175 
 
Mənim bu dağlarda bir həsrətim var.   
Sanasan camalı bədr olmuş bir ay,   
Saçı aydan axan qızılı bir çay.   
Xəyalı çiynimdə çırpınan Hümay, 
Mənim bu dağlarda bir həsrətim var.   
Onsuz yetim qalan düşgün bir səsəm,   
Qaralmış çırağam, sönmüş nəfəsəm. 
O qoymur dünyadan usanam, küsəm,   
Mənim bu dağlarda bir həsrətim var.   
Acısı şirindir, şirini acı, 
Dar gündə dərdimin odur əlacı. 
Leyliyə, Şirinə, Yaxşıya bacı,   
Mənim bu dağlarda bir həsrətim var.   
O gəzdiyi dağın dumanı gözəl, 
Yaşıl baharından xəzanı gözəl. 
Dərdi-qəmi gözəl, hicranı gözəl,   
Mənim bu dağlarda bir həsrətim var.   
Tanrı hifz eyləsin o sərvinazı, 
Səpim ayağına dürrü, almazı.   
Bir çalım doyunca verdiyi sazı,   
Qanadı qırılmış məhəbbətim var,   


176 
 
Mənim bu dağlarda bir həsrətim var.   
Üzünü görsəm 
Deyirlər sözlərim düşmür dilindən, 
Min nəğmə yazaram üzünü görsəm. 
Surətin qəlbimdə Leyliyə bənzər, 
Bəlkə Məcnun ollam özünü görsəm. 
Dünya dərd evidir, hər arzuna çat, 
Qovla qara günü, dalınca daş at. 
Mənə bir gənclik də verərdi həyat, 
Gözündə gizli bir sözünü görsəm. 
Hayıf, tez ağardı saçım qar kimi, 
Mən xəzan kimiyəm, sən bahar kimi. 
Köçərdim dünyadan bəxtiyar kimi, 
Bir gün başım altda dizini görsəm. 
 
 
Əl üzmüşəm 
Hicranından min bir kitab bağlaram, 
Sətir-sətir öz sinəmi dağlaram. 
Daldalarda hönkür-hönkür ağlaram, 
Dağ dayanmaz, daş dayanmaz selinə. 


177 
 
Xatırlaram, dərd üzümü qarsalar, 
Şəklin çıxar ürəyimi yarsalar. 
Axır sözün nədir deyə sorsalar
Adın gələr dodağıma, dilimə. 
 
Bir taledən iki sevda umulmaz, 
Mən kölgənəm, kölgə yerə gömülməz. 
Yol gözləyər, həsrət gözüm yumulmaz, 
Sən gəlməsən can vermərəm ölümə. 
 
 
Ömür keçdi 
Ömür keçdi, mən qocayam, sən qarı, 
Gəl görüşək, ahlar çəkib ağlaşaq. 
Ağ saçımız bir-birinə qarışsın, 
Bulaq üstə qan-yaş töküb ağlaşaq. 
O dad varmı indi dildə, dodaqda, 
Ehtirasın odu yanmaz yanaqda. 
Son görüşdən iz qaldımı bulaqda, 
İz axtaraq, yerə çöküb ağlaşaq. 
Əfsanəymiş o son bahar, son gecə, 
Buz bulaqda titrəyirdi ay necə?! 


178 
 
Hər məhəbbət bir cavabsız bilməcə, 
Ağac altda boyun büküb ağlaşaq. 
Sarmaş-dolaş o biz idik, ya xəyal, 
Gözlər yaşlı, sözlər qırıq, öpüş bal. 
Qayıdaydı bircə anlıq o vüsal, 
Ayna suya ha göz dikib ağlaşaq. 
Sərxoş eylər o qırx illik mey məni, 
Güldürmədi bu yer məni, göy məni. 
Xatirədən tikdiyimiz xiyməni 
Dağ döşündə indi söküb ağlaşaq. 
Gör yaxşılar nələr çəkdi yamandan
Ayrı düşdük, yarımadıq zamandan. 
Orman üstə sərilmiş ağ dumandan 
Özümüzə kəfən tikib ağlaşaq. 
Hüseyn 
Kürdoğlu 
ilk 
məhəbbətin 
ağrısını-acısını vətən həsrəti ilə müqayisə edir: 
Ağladır insanı vətən həsrəti, 
Bir də nakam qalan ilk məhəbbəti. 
Şairin  bu  misraları  ətrafında  düşünəndə  bir 
daha 


179 
 
Hər yara sağalıb unudulsa da, 
Sağalmaz yarası ilk məhəbbətin – 
misralarının müəllifinə haqq qazandırırsan. 
Hüseyn  Kürdoğlunun  yaradıcılığını,  eləcə  də 
sev-gi şeirlərini nəzərdən keçirdikcə istər-istəməz 
ürə-yimdən  keçir:  “İlahi,  necə  böyük  şair  imiş 
Hüseyn Kürdoğlu!” 
Bu 
məqamda 
İdris  Xəlilov  haqqında 
düşünü-rəm. Ikili hisslər keçirirəm. Dərk eləyirəm 
ki,  Hüseyn  Laçının  Mollaəhmədli  kəndində 
qalsaydı,  is-tedadı  sayəsində  el  şairi  səviyyəsinə 
qalxacaqdı. 
Onun 
elm 
və 
təhsil 
məbədi 
Azərbaycan  Dövlət  Uni-versitetinin  filologiya 
fakültəsində  təhsil  almasın-da,  qaynar  ədəbi 
mühitə  düşməsində  İdris  müəllimin  rolunu  göz 
önünə  gətirir  və  ona  min  rəhmət  di-ləyirəm.  O, 
təkidlə  məsləhət  görməsəydi,  bəlkə  haq-qında 
məhəbbətlə  söhbət  açdığım  görkəmli  şair  və 
tanınmış alim Hüseyn Kürdoğlu olmazdı.   
P.S. 
Azərbaycan 
Dövlət  Universitetinin 
filolo­giya  fakültəsində  Hüseyn  Kürdoğlu  ilə  bir 
qrupda  oxuyan,  gələcəyin  böyük  alimi  Yaşar 
Qarayev  Hüseynin  doğma  kəndi  Mollaəhmədlidə 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə