QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə27/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

155 
 
rübaiyat  aləminə  yaxınlaşmağa  cürət  etməmişdir. 
Çünki  rübai  şairdən  dərin  zəka,  sözə  son  dərəcə 
qənaət,  fikrə  son  dərəcə  genişlik  vermək  bacarığı 
tələb  edir;  müdriklik,  fəlsəfi  ümumiləşdirmə 
qabiliyyəti,  klassik  və  folklor  ənənələrindən 
yaradıcılıqla istifadə mədəniyyəti tələb edir”. 
Məhz buna görə də prof. Əziz Mirəhmədov da 
müasir  poeziyada  rübai  formasına  az  təsadüf 
edildiyini  göstərir.  Bununla  belə,  deməliyəm  ki, 
xalq  şairi  Qabil  və  Hüseyn  Kürdoğlu  xeyli  sayda 
rübai  yazıblar.  Rübaidə  əsas  şərt  bitkin, məna  və 
ideyaca  dərin  fəlsəfi fikir ifadə  etməkdir. Hüseyn 
Kürdoğlunun  rübailəri  bu  baxımdan  xüsusilə 
seçilir: 
Tanrı sevgisidir hər ayə bizə
Haqqın kəlamıdır sərmayə bizə. 
Dünyanı yaradan dünya mülkünü 
Verir nəsil-nəsil kirayə bizə. 
*** 
Nadanla, naşıyla sayılmaz dünya, 
İnsan günahından yuyulmaz dünya. 
Canımız boğaza yığılsa belə, 
Doyulmaz dünyadır, doyulmaz dünya. 


156 
 
*** 
 
Dünya bir gün yasdır, bir gün tamaşa, 
Qəm üstə qəm gəlir bəlalı başa. 
Yol üstə bir daşa dərd açdım, dedi: 
Görsən mən görəni, dönərsən daşa. 
Hüseyn  Kürdoğlunun  rübailəri  arasında 
həmqafiyə  sözlərdən  sonra  rədifin  gəldiyi 
nümunələr də qədərincədir: 
Qapqara qaşım da çallanır indi, 
Əlimin üstü də xallanır indi. 
Axır səfərimə hazırlıq gərək, 
Əcəlin köhləni nallanır indi. 
Kürdoğlu  poeziyası  bir  məktəbdir.  Oxuduqca 
çox  şey  öyrənirsən.  Əlimin  üstündə  xallar  əmələ 
gə-ləndə 
narahatlıq 
keçirirdim. 
Şairin 
poeziyasında öy-rəndim ki, bu, yaşla bağlı imiş. 
Şairin  rübailərində  Qarabağ  dərdi,  Laçın 
həsrəti əsas mövzulardan birinə çevrilir: 
Sanki Qarabağdan əfsanə qaldı, 
Bir milyon didərgin divanə qaldı. 
Yer üzü kar oldu, göy üzü də kor, 


157 
 
Dünya dərdimizə biganə qaldı. 
*** 
Gözəl bir şəhərin söndü çırağı, 
Daşını daş üstə qoymadı yağı. 
Getməz sinəmizdən məhşərə kimi 
Xocalı yarası, Xocalı dağı. 
Şairin 
çoxsaylı 
rübailərində 
dünyanın 
keşməkeşlərindən, etibarsızlığından, şirinliyindən, 
insanın 
nəfsindən, 
ədalətsizliyin  baş  alıb 
getdiyindən,  dünyanın  düzəlməyəcəyindən  giley 
və  s.  yer  alır.  Bu  rübailərdə  insanın  örnək 
götürəcəyi  məsələlər  çoxdur.  Ən  əsası  isə 
dünyanın  gedişatını  anlamaq  və  nəticə  çıxarmaq 
üçün zəngin material vardır: 
Dünyanın əvvəlcə bəh-bəhi varmış, 
Sevda bülbülünün cəh-cəhi varmış. 
Axırda hər şeyi əlindən alan 
Qocalıq deyilən əbləhi varmış. 
*** 
Qoca günlərimə bənzəyən xəzəl
Bir vaxt yaşıl idin – ətirli, gözəl. 
Sovrulub küləyə gedərik bir gün, 
Nə bir axır qalar, nə də ki əzəl. 


158 
 
Şairin  bu  rübaisi  yaddaşımda  1-ci  kursda 
oxuduğum  1957-ci  ili  canlandırdı.  Klassik 
ədəbiyyatımızı  mükəmməl  bilən  Məmmədəli 
Əsgərovun dediyi və yaddaşımda qalan 
Gələn birdir, gedən birdir, qalan bir, 
Gələn qalmaz, gedən dönməz, əcəb sirr. 
Deyirlər ki, bir əvvəl var, bir axır, 
Yalan sözdür, nə əvvəl var, nə axır. 
Şair 
Hüseyn 
Kürdoğlunun 
klassik 
ədəbiyyatdan  yaradıcı  şəkildə  istifadəsi  göz 
qabağındadır.  Bu-nu  şairin  başqa  rübailərində  də 
görmək olur. 
Dərd imiş, od imiş, qor imiş dünya
İlanlı, çayanlı gor imiş dünya. 
Yamanı tez görür yaxşı nəzərlə, 
Yaxşını görməyə kor imiş dünya. 
*** 
Bir dünya qursan da axırda təksən, 
Dağılan dumansan, ötən küləksən. 
Dünyadan köçməyin dərdini çəkmə, 
Dünyada qalmağın dərdini çək sən. 
*** 


159 
 
Hayana baxırsan günahsız qandır, 
Nalədir, ağıdır, qəmdir, hicrandır. 
Yaradan “ol” dedi, oldu bu dünya, 
İndi də “öl” deyir, axır zamandır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


160 
 
Sağalmaz yarası ilk məhəbbətin
*
4
 
 
 
 
 
Şairlər  bir  ailəyə  deyil,  bütün  xalqa 
məxsusdur. 
Xalq 
şair  oğlunun  həyat  və 
yaradıcılığında qaranlıq məqamları həmişə bilmək 
istəyib. Görkəmli şair Hüseyn Kürdoğlu haqqında 
araşdırmalarımın, 
qənaətlərimin 
reallığı 
baxımından  onun  həyatı  və  yaradıcılığı  ilə  bağlı 
bir  məqama  da  toxunmağı  münasib  bildim. 
Mətləbə  keçməmişdən  əvvəl  bir  haşiyə  çıxmaq 
istərdim... 
Səməd Vurğun və Dürrə dastanı həmişə ədəbi 
ictimaiyyətin  diqqət  mərkəzində  olmuşdur.  Hətta 
Dürrə  xanım  dünyasını  dəyişəndə  qəzetlər 
yazmışdılar ki, Səməd Vurğunun ilk məhəbbəti də 
köçdü dünyadan. 
Bu hələ az imiş kimi, şairin qardaşı Mehdixan 
                                                 
* Bax: “Ədəbiyyat” qəzeti və “525-ci qəzet”, 
30.01.2015 


161 
 
Vəkilov  və  Hüseyn  Arif  onu  son  mənzilə  yola 
salanlar  arasında  imiş.  Hüseyn  Arif  göz  yaşlarını 
gizlədə bilmirmiş. 
Həqiqətən  də  Vurğun  –  Dürrə  sevdası  indinin 
özündə  belə  dillərdən  düşmür,  şairlərin  könül 
sazını  dilləndirir.  Şair  Məmməd  Aslanın  “Vurğun 
öldü  deməyin”  başlığı  altında  “525-ci  qəzet”də 
çap  etdirdiyi  (24.01.15)  şeirlər  silsiləsindən 
götürdüyümüz  misralar  bir  daha  dediklərimizə 
əyani sübutdur: 
Dürrəylə Vurğunun toyunu tutdu, 
Bu Qorqud Dədəli Dilcan dərəsi. 
Lakin  bir  çox  hallarda  ailə  üzvləri  sanki 
ananın  nüfuzuna  xələl  gələr  deyə  düşünür  və 
atanın 
və 
ya 
babanın 
ilk 
məhəbbətinin 
açıqlanmasına  həssas-lıqla  yanaşırlar.  Professor 
Nizami 
Cəfərov 
“Səməd 
Vurğun 
və 
Səmədoğlular”  məqaləsində  (“Ədəbiyyat  qəzeti”, 
14.11.15)  bu  məsələylə  bağlı  tam  haqlı  ola-raq 
yazır:   
“Aybəniz  xanımın  vəfatından  sonra  Səməd 
Vurğun  evinin  işığını  onun  qızı  –  şairin  nəvəsi, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə