143
sini dayandırır, qlikoneogenezi ləngidir. Adrenalin isə bunun əksinə təsir göstərir,
yəni qlikogenin qlükozaya çevrilməsində iştirak edir, qanda süd turşusunu artırır.
Tiroksin və hipofizin hormonları əzələlərdə olan qlikogeni qlükozaya
çevirir. Ona görə də diabetogen hormonlar sayılır. Bunun əvəzində azotsuz üzvi
birləşmələrdən karbohidratların sintezini sürətləndirir. Kortikoidlər (kortizon,
kortikosteron və s.) insulinin əksinə təsir edir, qaraciyuərdə qlikoneogenezi sürət-
ləndirir, qlükozanın mübadiləsini zəiflədir.
Qanda qlükozanın miqdarının nizamlanması uzunsov beyində şəkər mərkə-
zinin iştirakı ilə həyata keçirilir.
Qanda qlükozanın miqdarının sabitliyi pozulduqda – yəni hipoqlikemiya
zamanı qanda qlükozanın miqdarı azaldıqda (istifadə artdıqda, qəbulu azaldıqda və
s.) heksokinazanın fəallığı azalır, toxumalar, xüsusilə mərkəzi sinir sistemi qlükoza
ilə təmin olunmur, bihuşluq baş verir. Hiperqlikemiyada (qanda qlükozanın miqda-
rının çoxalması) heksokinazanın fəallığı artır, qlükozadan tam istifadə olunmur,
sidiklə 8–10% qlükoza ifraz edilir. Hiperqlikemiya diabet zamanı, hipofizin,
qalxanvari və böyrəküstü vəzilərin hiperfunksyası nəticəsində baş verir.
3. Karbohidratların aralıq mübadiləsi: Karbohidratların həzm aparatında
qlükozaya qədər parçalanması aralıq mübadilənin başlanğıcı hesab olunur. Aralıq
mübadilə iki mərhələdə gedir. Onlardan biri anaerob, digəri aerob mübadilə
adlanır. Anaerob mübadilənin son məhsulu süd turşusu, aerob mübadiləninki isə
karbon qazı və sudur.
Anaerob mübadilə qlikogendən başlayırsa qlikogenoliz, qlükozadan başla-
dıqda Embden – Meyerhof – Parnas (EMP) yolu və ya qlikoliz adlanır. Qlikolizin
ümumi tənliyinin sxemi belə yazılır:
ATF
COOH
CHOH
CH
ADF
PO
H
O
H
C
2
2
2
2
3
4
3
6
12
6
Burada 50 kkal enerji ayrılır. Onun 20 kkalorisi (2 molekul) ATF-də toplanır
və 30 kkalorisi isə istilik enerjisi şəklində çıxır. Beləliklə, qlikolizin energetik
faydalılığı təxminən 35% təşkil edir.
Qlikogenolizdə qlikolizdən fərqli olaraq 3 molekul ATF əmələ gəlir. Çünki
qlikogenolizdə qlükoza-6-fofatın əmələ gəlməsinə ATF istifadə olunmur.
Toxumalarda qlikogen ilk mərhələdə fosforoliz yolu ilə parçalanaraq qlüko-
za-1-fosfata ayrılır.
Qlikogen +H
3
PO
4
⎯⎯⎯⎯⎯⎯⎯ Qlükoza-1-fosfat + Qlikogen
(n-qalıq) (n-1) qalıq
Qlükoza -1-fosfat qlükoza-1,6 difosfat kofermentinin iştirakı ilə fosfoqlüko-
mutaza fermentinin təsirindən qlükoza-6-fosfata çevrilir.
144
Bu qarışıq birləşmədə 95% qlükoza-6-fosfat olur. Bu reak-siya qaraciyərin
fosfoqlükomutaza reaksiyasının məhsulu adlanır. Qlükoza 6-fosfat qaraciyərdə
qlükoza-6-fosfataza fermentinin iştirakı ilə sərbəst qlükozaya və fosfat turşusuna
parçalana bilər.
Həmçinin qlükoza-6-fosfat qlikoliz prosesinə qoşula bilər.
Esterləşmə (efirləşmə) reaksiyasına daxil olmamış qlükoza qana daxil olur
qan vasitəsilə toxumalara daşınaraq energetik material kimi istifadə olunur.
Qlükoza-6-fosfat isə bir çox toxumalarda (əzələ və beyin toxumasından başqa)
ATF-in regenerasiyasına və enerjinin çıxarılmasına (ayrılmasına) sərf olunur.
Qlükoza-6-fosfatın orqanizmdə parçalanması iki istiqamətdə:
1) Dixotomik istiqamət (anaerob çevrilmə) bu istiqamətdə molekula tən
yarıya bölünür.
2) Apotomik parçalanma – molekula birinci karbon atomunu itirir.
4. Karbohidratların dixotomik yolla (anaerob) qlükoza–6–fosfata parça-
lanması: Bu üsulla parçalanmada qlükoza iki molekul süd turşusuna parçalanır.
2
6
3
6
12
6
2
O
H
C
O
H
C
mol
Coul
K
G
9
,
196
0
Spirtə qıcqırmada isə qlükoza etil spirtinə və karbon qazına parçalanır.
2
5
2
6
12
6
2
2
CO
OH
H
C
O
H
C
mol
Coul
K
G
9
,
156
0
Anaerob parçalanma eberjinin azad olunması ilə gedir ki, bu enerji ATF-in
145
makroergik rabitələrində toplanır.
Qlükoza-6-fosfatın dixotomik parçalanması aşağıdakı mərhələlərdə baş
verir.
Birinci mərhələdə qlükoza-6-fosfat molekulu qlükozafos-fatizomeraza
fermentinin təsiri ilə izomerləşməyə məruz qalır və β-D-fruktoza-6-fosfata çevrilir.
O, da öz növbəsində fosfofruktokinaza fermentinin təsirindən fruktoza 1,6 difos-
fata çevrilir.
Fruktoza-1,6-difosfat molekulu sonrakı prosesdə dixotomik yolla bir-birinə
çevrilə bilən iki molekul fosfotriozaya parçalanır. Fruktoza-1,6-difosfat molekulu
aldolaza fermentinin təsirilə bir-birinə çevrilə bilən fosfodioksiaseton və 3-fosfo-
qliserin aldehidinə parçalanır.
Sonrakı mübadilə prosesində yalnız 3-fosfoqliserin aldehidi iştirak edir.
Fosfodioksiasetonda yenidən izomerazanın iştirakı ilə izomerləşərək fosfoqliserin
aldehidinə keçir. Beləliklə bir molekul qlükozadan iki molekul fosfoqliserin alde-
hidi alınır. Bu da fosfoqliserinaldehiddehidrogenaza fermentinin təsirindən asilfer-
mentə sonuncu isə H
3
PO
4
molekulunu birləşdirərək 1,3 difosfoqliserin turşusuna
çevrilir.
1,3 Difosfoqliserin turşusu fosfoqliseratkinaza fermentinin təsiri ilə ADF
molekuluna bir mol H
3
PO
4
verərək 3-fosfoqliserin turşusuna çevrilir.
1,3 difosfoqliserin turşusu molekulunda fosfat turşusu molekulundakı
makroergik rabitələrdə olan enerji ATF molekulunun əmələ gəlməsinə sərf olunur.
Belə sintez prosesi çoxlu miqdarda ehtiyyat ATF molekulunun əmələ gəlməsinə
səbən olur.
OH
OH
CH
2
−O−P=O
CH
2
−O−P=O
Fosfoqliseratkinaza
OH
OH + ADF CHOH + ATF
CHOH O
O C
C OH OH
O~P=O
OH
1,3-Difosfoqliserin 3-Fosfoqliserin
turşusu turşusu
OH OH
CH
2
─ ─
O P=O
İzomeraza
CH
2
─ ─
O P=O
│
│
OH OH
C=O HC
─
OH
│
│
O
CH
2
OH C
H
Fosfodihidroksiaseton Fosfoqliserin aldehidi
Dostları ilə paylaş: |