Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

92 
 
Qlükaqon.  Bu  hormonda  mədəaltı  vəzinin  alfa  hüceyrələrində  əmələ  gəlir, 
tərkibində 29 aminturşusunun qalığı vardır. 
Müəyyən  edilmişdir  ki  insan  və  heyvan  qlükaqonun  birincili  quruluşu  bir-
birindən fərqlənmir (hindquşundan başqa).  
Qlükaqon  mədəaltı  vəzidən  başqa  bağırsaq  divarında  da  sintez  olunur.  Bu 
hormon  qlükogenolitik  təsirinə  görə  adrenalinə  bənzəyir  lakin  qlükaqon 
adrenalindən fərqli olaraq arterial təzyiqi yüksəltmir. Onun təsir obyekti qaraciyər, 
miokard  və  piy  toxuması  hüceyrələridir.  Qlukaqon  göstərilən  hüceyrələrdə 
adenilatsiklaza frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir. 
Qlukaqon orqanizmdə karbohidratların parçalanma məhsullarından lipidlərin 
sintez olunmasını ləngidir və qlükonogenez prosesini sürətləndirir. Onun təsirindən 
piy  toxumasından  qliserinin  və  yağ  turşularının  azad  olaraq  qana  keçməsi 
sürətlənir. Qaraciyər  lipazasının aktivliyi  yüksəlir. Toxumalarda qlükoza, fruktoza 
və  sirkə  turşusunun  yağ  turşularına  və  xolesterinə  çevrilməsinə  mane  olur. 
Bunların nəticəsində toxumalarda enerji hasilatı artır və orqanizmin oksigenə qarşı 
təlabatı yüksəlir.  
Lipokain.  Bu  polipeptiddir.  O  vəzin  xırda  axarlarının  epitelisində  əmələ 
gəlir.  Lipokain  yağ  turşularının  oksidləşməsinin,  fosfastidlərin  mübadiləsini 
sürətləndirir,  lipotrop  amillərin  (xolin,  metionin)  təsirini  stimullaşdırır.  Onun 
çatışmamazlığı insan və heyvanlarda qaraciyərin piylənməsinə səbəb olur.  
Bunlardan  əlavə  mədəaltı  vəzdə  daha  4  hormonun  sintez  olunduğu  aşkar 
edilmişdir  –  somatostatin,  vaqotonin,  sentropnein  və  pankreatik  polipeptid.  Bu 
hormonların hər birinin özünün funksyaları var. 
6.  Tənasül  vəzi  hormonları,  kimyəvi  təbiəti,  funksyaları:  Tənasül  vəziləri 
hormonları  erkək  və  dişi  cinsi  vəzilərinin  interstisial  hüceyrələrində  və  qismən 
böyrəküstü vəzinin qabıq maddəsində sintez edilir.  
Hazırda  erkək  və  dişi  tənasül  hormonlarının  çoxunun  kimyəvi  təbiəti 
öyrənilib  artıq  sintez  edilmişdir.  Bunlar  tsiklopentanoperhidrofenantrenin,  dişi 
tənasül  hormonları  isə  estranın  törəmələridir.  Dişi  tənasül  hormonlarına  misal 
estradiolu,  estronu  (follikulin),  progestronu  və  estriolu  göstərmək  olar.  Estran 
bunların törəməsidir.  
 
 
 
 
 
CH
3


   ║ 
 
CH

 
 

    
 
CH

OH 
│ │
     
 
CH

 
 

    
 
CH

 
 

    
Estradiol 
HO 
Estran 
Estron 
HO 


93 
 
CH

 
 

   
 

OH 
 
OH 

 

CH
3
 
 

   
 
HO─
 
 
Estriol 
 
Progesteron 
         

        

──
C CH

Estradiol  fizioloji  təsirinə  görə  estrondan  10  dəfə  estrioldan  isə  25-30  dəfə 
yüksək aktivliyə malikdir. 
Estradiol  follikulalarda,  estron  folikullarda,  yumurtalıqda,  boğazlıq  zamanı 
plasentada  da  əmələ  gəlir.  Folikullarda  sintez  olunan  hormonlara  (estron  və 
estradiol)  e  s  t  r  o  g  e  n  l  ə  r    də  deyilir.  Bunların  biosintezini  sxematik  belə 
göstərmək olar: 
 
astat→xolesterin 
                                                 ↓                ↓ 
Progesteron 
                                                ↓ 
androstendion→testosteron 
↓ 
oksiandrostendion→estradial 
 
 
Yaxınlarda  müəyyən  edilmişdir  ki,  dişi  tənasül  hormonları:  follikulin  və 
estradiol  beyində  də  sintez  oluna  bilər.  Bu  məqsədlə  qanda  olan  erkək  tənasül 
hormonlarından istifadə olunur. 
 
 
 
 
 
 
 
 
 
Progesteron  (lyuteosteron)  sarı  cisimdə  boğazlığın  ikinci  dövründə  əmələ 
gəlir. Bu hormon orqanizmdə estrogenlərin ifrazını artırır.  
Orqanizmdə  bu  hormonların  sintezi  üçün  ilkin  material  kimi  xolesterindən 
və  sirkə  turşusundan  istifadə  olunur.  Onların  əmələ  gəlməsində  aralıq  məhsul 
testosterondur.  Esterogenlər  qan  və  limfanın  tərkibində  ya  sərbəst  halda  ya  da 
zülallarla  (xüsusən  albuminlərlə)  birləşmiş  şəkildə  olur.  Qanın  hər  100  ml-də  1 
mq-a qədər estrogen olur. 
7.  Hipofiz  vəzi  hormonları,  funksyaları:  Hipofiz  vəzinin  (beyin  artımı) 
çəkisi çox azdır. İnsanda onun çəkisi 1 q-a yaxın, inəkdə 3,8 q, atda 2 q, qoyunda 
0,4 q, donuzda 0,3 q olur. 
Hipofizin  hormonları  maddələr  mübadiləsinə  təsir  etməklə  boy  və  inkişaf 
proseslərini nizamlayır.  
Hipoviz  vəzi  3  hissədən  ibarətdir:  ön,  orta  və  arxa.  Ön  və  arxa  hissələrin 
hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələlik tam müəyyənləşdirilməmişdir. 
Ön hissənin hormonları aşağıdakılardır: somatotropin, honadrotropin, adrenokorti- 


94 
 
kotropin, tireotropin, laktotropin. 
Somatotropin.  Bu,  zülal  təbiətli  maddə  olub,  tərkibi    heyvanın  növündən 
asılıdır.  Qaramalın  somatotropinində  396,  insanınkında  isə  190  aminurşusunun 
qalığı  vardır.  Sonuncu  1971-ci  ildə  sintez  edilmişdir.  Müxtəlif  heyvanlarda 
somatotropinin  molekul  kütləsi  25-46  min  dalton  arasında  dəyişir.  Somatotropinə 
boy  hormonu  da  deyilir.  Bu  hormon  toxumalarda  sərbəst  aminturşularının 
miqdarını  azaldır,  zülalların  sintezini  artırır,  sidiklə  azotlu  maddələr  az  ifraz 
olunur.  Diabetogen  və  pankreotrop  təsir  bununla  əlaqədardır.  Karbohidratların 
mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.  
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin və sitoplazmanın 
tərkibinə  daxil  olan  zülalların  biosintezini  sürətləndirir.  Bu  hormon  sümük  və 
qığırdaq  toxumalarına  xüsusilə  güclü  təsir  göstərir,  böyrək  parenximasının 
inkişafını  stimulə  edir,  fosfataza  fermentini  fəallığını  artırır.  Onun  təsirindən  süd 
vəzilərinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir. 
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də somatomedin 
(somatotropinin  mediaboru)  adlanan  zülali  maddələrlə  biokomplekslər  şəklində 
təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.  
Honadotrop  hormonlar.  Bu  ad  altında  hipovizin  ön  payında  sintez  olunan 
follikultənzimedici, lüteinləşdirici  və  lakfogen  hormonlar birləşdirilir. Honadotrop 
hormonlar  mürəkkəb  quruluşa  malik  olan  qlükoproteidlərdir.  Qanda  bu  hormon-
ların miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sintezi azalır.   
Folikultənzimedici  hormon  -  follitropin  dişilərin  yumurtalığında  olan 
folekullara, erkəklərin  toxumluğunda  gedən spermatogenez prosesinə stimuləedici 
təsir  göstərir.  İnsan  folekultənzimedici  hormonu  molekul  kütləsi  34  000  Dalton 
olan qlükoproteiddir. 
Lüteinləşdirici 
hormon-dişilərdə 
ovulyasyanı 
(folekulun 
partlaması 
yumurtahüceyrənin  azad  olması)  və  yumurtalıqlarda  sarı  cismin  əmələ  gəlməsini 
sürətləndirir,  erkəklərdə  isə  androgenləri  hasil  edən  leydiq  hüceyrələrinin 
fəaliyyətini tənzim edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500 
Daltondur. 
Laktogen hormon (laktotropin)-süd vəzilərinə estrogenlər kimi təsir göstərir 
onların  poliferasiyasına  səbəb  olur  və  hamiləlik  dövründə  hipotrofiyaya  uğramış 
süd  vəzilərində  südün  əmələ  gəlməsini  və  ifrazını  artırır.  Bundan  əlavə  prolaktin 
hamiləlik  dövründə  yumurtalıqlarda  yeni  yumurta  hüceyrələrinin  qarşısını  alır. 
Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir. 
Andrenokortikotropin  (AKTH).  Bu  hormon  39  aminturşusunun  qalığından 
ibarət  polipeptiddir,  sintez  edilmişdir.  Müxtəlif  heyvanların  adrenokortikotrop 
hormonu quruluşca fərqlənir.       
Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü vəzilərin qabıq  


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə