Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə37/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

90 
 




 
       

 
H
 
     
 
       C 
       

 
CH
2
OH 

   
C O
═  

 
 
HO 
 
      
CH
2
OH 
      

   
      CO 
       
      
OH
 
HO 
 
      
CH
2
OH 
      

   
O


       
      
OH
 
      
CH
2
OH 
      

   
O


       

 
 
HO 
 

Kortikosteron 
Kortizon 
Kortizol 
Aldosteron 
renalin aiddir. Adrenalin və noradrenalin həmçinin simpatik sinir sisteminin hücey-
rələrində əmələ gəlir.  
Adrenalin (və ya epinefrin) tipozinin və ya fenilalaninin törəməsidir. 
 
 
 
Adrenalin  özü  noradrenalinin  törəməsidir,  onun  metilləşməsindən  əmələ 
gəlir.  Bu  hormon  karbohidratların  mübadiləsində  iştirak  edir.  Fosforilazanin 
fəallığını  artırmaqla,  qlikogenin  qlükozaya  qədər  parçalanmasını  sürətləndirir, 
hiperqligemiyaya (qanda qlükozanın çoxalmasına) səbəb olur. Adrenalinin fəallığı 
noradrenalindən  4-8  dəfə  artıqdır.  Adrenalin  orqanizmə  çox  kiçik  dozalarda 
fizioloji təsir göstərə bilər. Onun optimal dozası (1 kq çəkiyə 0,0001 mq olmaqla) 
ürəyin  yığılmasını  sürətləndirir.  Qan  damarlarını  daraldaraq  arterial  təzyiqi 
yüksəldir (tac damarlar müstəsna olmaqla). 
Böyrəküstüvəzilərin qabıq  hissəsində  isə  indiyə kimi  30-a qədər  hormonun 
varlığı  müəyyənləşdirilmişdir.  Bunların  hamısı  sterinlərin  ketoörəmələridir, 
steroidlərdir. Misal  olaraq kortikoste-ron,  kortizon, kortizol  (oksikortikosteron)  və 
s. göstərilə bilər. 
Böyrəküstü  vəzinin  qabıq  maddəsində  sintez  olunan  hormonların 
quruluşlarının  əsasını  tsiklopentanperhidrofenantrenin  törəmələri  olan  preqnan  və 
allopreqnan  təşkil  edir.  Böyrəküstü  vəzilərin  ümumi  çəkisinin  5%-ə  qədəri 
xolesterinin payına düşür. Ondan kortikosteroidlər sintez olunur.  
Bu  hormonlar  zülalların,  karbohidratların,  yağların  və  mineral  maddələrin 
(düzların, suyun) mübadiləsində əsas rol oynayır. 
Mineral  maddələrin  mübadiləsində  iştirak  edənlərə  mineralokortikoidlər 
deyilir.  Məsələn,  aldosteron,  dezoksikortikosteron  və  s.  Bunların  təsirilə 
hüceyrələrdə  və  bioloji    mayelərdə  natrium  və  kalium  ionlarının  paylanması 
nizamlanır.  
 
 
 
 
 
 
        
 
C
6
H
5
               C
6
H
4
OH        C
6
H
3
(OH)
2
       C
6
H
3
(OH)
2            
C
6
H
3
(OH)
2
            C
6
H
3
(OH)
2
  
          






                                                                                                                 
          CH
2  
  -½O
2    
   СH
2
    +½O
2
   CH
2
  - CO
2
      CH
2
  +½O
2
       CHOH   +CH
3
      CHOH 
          






                                                                                                                 
H
2
N
─ ─
CH COOH    CHNH
2
          CHNH
2
            CH
2
NH
2
           CH
2
NH
2
               CH
2
 
                                 



                                                                                               
                                 COOH          COOH                                                                  NH−CH−(CH
3
)

 
    
Fenilalanin      Triozin               Dofa-               Dofamin         Noradrena-         Adrenalin 
                                            (dioksifenilalanin)                                  lin 


91 
 
Qlükokortikoidlər  (kortizon,  kortikosteron,  pksikortikosteron  və  s.) 
karbohidratların  mübadiləsində  iştirak  edir.  Bu  vəzilərin  xəstəliyi  nəticəsində 
xroniki  kaxeksiya  və  zəiflik  müşahidə  olunur,  dəridə  piqmentasiya  pozulur.  Buna 
bürünc və ya Addison xəstəliyi deyilir. 
5.  Mədəaltı  vəzi  hormonları,  kimyəvi  təbiəti,  funksyaları:  Mədəaltı  vəzi 
(pankreas)  qarşıq,  yəni  həm  ekzokrin,  həm  də  endokrin  funksiyalı  vəzilərdəndir. 
Onun axacağı onikibarmaq bağırsağa tökülür.  
Bu  vəzin  çəkisi  insanda  80-90  q,  qaramalda  120  q,  donuzda  60  q,  və 
qoyunda 40 q-dır.  
Mədəaltı  vəzinin  hormonu  insulin  Langerhans  adacıqlarında  beta-hüceyrə-
lərdə əmələ gəlir. İnsulinin öyrənilməsinə təxminən 50 il bundan əvvəl Minkovski, 
L.  Sobolyov,  F.  Bantinq  və      Ç.  Best  tərəfindən  başlanmışdır.  Hazırda  müəyyən 
edilmişdir ki, insulin sadə zülaldır. Qeyri-fəal 84 aminturşusunun qalığından ibarət 
proinsulin şəklində  istehsal olunur. Fəallaşdıqda  iki  hissədən parçalanaraq, 31-63-
cü  amin  turşusunu  itirmiş  proinsulin  fəal  formaya-insulinə  keçir.  İnsulinin 
tərkibində 51 aminturşusunun  qalığı vardır. Bunlar 2 polipeptid zəncirində birləşir, 
zəncirin  birində 21 amin türşusunun, digərində 30 aminturşusunun qalığı vardır.  
İnsulinin nəinki kimyəvi tərkibi, hətta quruluşu da bizə məlumdur. Hazırda o 
sintez  də  edilmişdir.  Müxtəlif  heyvanların  insulini  21  aminturşusundan    ibarət 
polipeptid  zəncirində  (A)  8-10-cu  aminturşularına  görə  fərqlənir.  Belə  ki, 
qaramalda  və  qoyunda  8-ci  aminturşusu  alanin  olduğu  halda,  insanda,  donuzda, 
atda, itdə, adadovşanında izoleysindir. Deməli, insulin növ xüsusiyyətinə malikdir. 
İnsulin  karbohidratların  mübadiləsində  iştirak  edir.  O  adrenalinin  əksinə  təsir 
göstərir,  yəni  qanda  şəkərin  miqdarını  azaldır.  Heksokinazanın  fəallığını  artırır, 
qlükozanın qlikogenə çevrilməsini sürətləndirir. 
 
 
İnsulin  piroüzüm  turşusundan  qlükozanın  sintezini  kataliz  edən  fermentlər 
sisteminin  aktivliyini  azaltmaqla,  qlikonegenez  prosesinə  ləngidici  təsir  göstərir. 
Onun  təsirindən  peptidlərin  sintezi  artır,  zülalların  parçalanmasını  ləngidir, 
qaraciyər  hüceyrələrində    karbohidratlardan  lipidlərin  sintez  olunmasını 
sürətləndirir.  İnsulin  hüceyrə  divarlarında  osmotik  təzyiqə  təsir  edərək  Na
+

K
+
,PO
4
3-
  ionlarının,  həmçinin  qlükozanın  hüceyrələrə  daxil  olmasını  sürətləndirir. 
İnsulinin  orqanizimdə  yarımparçalanma  dövrü  40  dəqiqədir.  Onun  toxumalarda 
parçalanmasında  iki  ferment  iştirak  edir.  Əvvəlcə  qlütation-insulin-transhid-
rogenaza fermentinin təsiriilə A və B polipeptid zəncirləri bir-birindən ayrılır. 
Bu  prosesdən  sonra  sərbəst  hala  keçən  A  və  B  polipeptid  zəncirləri 
insulinaza fermentinin təsiri ilə hidroliz prosesinə uğrayır. 
                     
adrenalin
 
Qlikogen                                      qlükoza 
                              insulin 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə