Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

85 
 
1.  Epifiz,  2.  Hipofiz,  3.  Qalxanvari  vəzi,  4.  Paraqalxanvari  vəziləri,              
5.  Hipotalamus,  6.  Böyrəküstü  vəzilər;  a)  Böyrəküstü  vəzin  beyin  maddəsi,           
b)  Böyrəküstü  vəzin  qabıq  maddəsi,  7.  Mədəaltı  vəzi,  8.  Tənasül  (cinsiyyət) 
vəziləri, 9. Timus və s. 
Endokrin  vəzi  toxumalarının  yaratdığı  maddələri  bir  başa  qana  ifraz  etməsi 
prosesi  daxili  sekresiya  adlanır.  Daxili  sekresiya  vəzilərinin    hüceyrələrinin 
yaratdığı xüsusi maddələrə hormonlar adı verilmişdir.  
Hormonlar 2 əsas qrupa bölünür: 
1.  Liofil  hormonlar.Bunlara  steroid  hormonları,  estradiol,  testosteron, 
kalsitreol, yodtironinlər, tiroksinlər və s. aiddir. 
2.  Hidrofil  hormonlar.  Bunlara  isə  histaminlər,  serotoninlər,  melatonin, 
adrenalin, tiroliberin, tireotropin, insulin, qlükaqon və s. aiddir. 
Liofil  hormonlar  sintez  olunan  kimi  qana  ifraz  edilir.  Asanlıqla  hüceyrə 
membranını  keçir,  hüceyrədaxili  reseptorlarla  birləşir.  Hüceyrədaxili  genlərin 
çevrilmələrini tənzimləyir. Daşıyıcı zülallar vasitəsilə daşınır.  
Hidrofil  hormonlar  peptid  təbiətli  və  yaxud  da  amin  turşularının 
törəmələridirlər  və  bəzi  hüceyrələrdə  toplana  bilirlər,  hüceyrə  daxilinə  keçə 
bilmirlər,  membran  səthindəki  reseptorlarla  birləşə  bilirlər.  Qan  axınında 
daşıyıcısız hərəkət edirlər.  
Hormonlar  –  xüsusi  üzv  və  toxumalarda  hazırlanaraq  qana  və  limfaya  ifraz 
edilən  hazırlandığı  yerdən  kənarda  orqanizmin  müxtəlif  üzvlərinin  funksyasına 
təsir göstərən spesifik aktiv maddələrdir. 
Hormon  termini  1905-ci  ildə  E.  N.  Starlinq  tərəfindən  elmə  daxil  edilmiş 
(yunanca hormao - oyadıram) və əvvəllər müxtəlif mənşəli bioloji aktiv maddələri 
adlandırmaq məqsədilə işlədilmişdir. 
Hormonlar  ilk  dəfə  Burdax  və  Myuller  tərəfindən  (1845)  sonralar  Bertold 
(1889) və Braun Sexar (1892) bu işlə məşğul ilmağa başlamışdır. 
Hormonlar  maddələr  mübadiləsini,  fermentetiv  prosesləri  ayrı-ayrı 
orqanların  funksiyasını  nizama  salır.  Bunların  təsirində  qarşılıqlı  əlaqə  vardır. 
Onlar orqanizmdə həm sərbəst, həm də zülallar, fosfatidlər, üzvi turşular və başqa 
maddələrlə  kompleks  səklində  olur.  Bu  formalar  sinir  impulslarının  təsirindən 
dəyişə bilər. 
Hormonlar  ayrı-ayrı  toxuma  və  orqanlarda  biokimyəvi  reaksiyaları 
tənzimləyir.  Məsələn:  hormonlar  nRNT-ın  sintezini,  ribosomun  funksiyalarını 
aminturşuların daşınmasını (translyasiya) nizama salır. 
Mərkəzi  sinir  sistemi  ilə  daxili  sekresiya  vəzlərini  ifraz  etdiyi  hormonlar 
arasında  siqnallar  ötürən  peptid  quruluşlu  (tərəfli)  hormonlar  mövcuddur.  Bu 
hormonları tənzimləyici-faktorlar və ya neyrohormonlar adlanır.  


86 
 
Hormonlar  digər  maddələrdən  öz  spesfikliyinə,  yüksək  bioloji  aktivliyinə, 
xüsusi vəzilərdə sintez olunaraq qana ifraz etmələrinə və təsirinin distanlığına görə 
fərqlənir.  Göstərilən  xassələrin  hamısına  malik  olan  hormonlar  həqiqi  hormonlar
 
hesab edilir.  
Hormonların spesifikliyi – onun  xarakterik kimyəvi quruluşuna  və quruluşa 
müvafiq  gələn  bioloji  təsir  xüsusiyyətinə  malik  olması  müəyyən  bir  vəzdə  sintez 
olunaraq qana ifraz edilməsi nəzərdə tutulur.  
Hormonlar  çox  yüksək  bioloji  aktivliyə  malikdirlər.  Onlar  olduqca  kiçik 
dozalarda  (bioloji  mayelərin  hər  100  ml-də  nanoqram  və  mikroqram  10
-6
  dozada) 
öz təsirini təzahür etdirir. Onlar yalnız periferik toxumalarda müəyyən dəyşirikliyə 
uğradıqdan sonra hormonal aktivliyi əldə edirlər. Buna görə onları parahormonlar 
adlandırmaq  daha  məqsədəuyğundur.  Cinsiyyət  vəzlərində  və  böyrəküstü  vəzinin 
qabıq  maddəsində  hazırlanan  androstendion  və  dehidroepiandrosteron  parahor-
monların nümayəndələridir. Bəzi endokrin vəzilərin məhsulları eyni zamanda həm 
hormon,  həm  də  parahormon  vəzifəsini  daşıya  bilir  (məsələn,  testosteron, 
lipotropin). 
Həqiqi  hormonlar  toxuma  hormonlarından  fərqli  xüsusiyyətləri  sintez 
olunduğu  vəzdən  xeyli  uzaqda  yerləşən  toxumalar  təsir  göstərməsidir.  Bu  xassə 
hormonların – distantlığıdır.  
Endokrin  vəzilərin  fəaliyyətində  əks-əlaqə  prinsipi  mövcuddur.  Belə  ki, 
hipovizin  ön  payının,  qalzxanabənzər  vəzinin,  cinsiyyət  vəzlərinin  və  böyrəküstü 
vəzin  qabıq  maddəsinin  fəaliyyətini  tənzim  edən  bir  neçə  hormon  hipovizin  ön 
payının hormonlarının sekresiyasına təsir göstərir.  
Endokrin  vəzilərin  fəaliyyətinin  sinir  sistemindən  asılılığı  əlaqəli  və  əks 
əlaqəli formada qurulmuşdur.  
Sinir  sistemi  endokrin  vəzlərin  fəaliyyətinə  əsasən  hipotalamus  vasitəsi  ilə 
təsir  göstərir.  Xarici  və  daxili  amillərin  təsiri  altında  orqanizmin  toxumalarında 
yerləşən reseptorlarda impulslar yaranaraq mərkəzi sinir sisteminə verilir. Nəticədə 
hipotalamusda  spesifik  tənzimedici  hormonlar  (leberinlər  və  statinlər)  sintez 
olunur.  Onların  təsiri  ilə  hipovizin  ön  payının  hormonlarının  sintezi  sürətlənir  ya 
da  ləngiyir.  Hipovizin  ön  payının  hormonları  isə  öz  növbəsində  digər  daxili 
sekresiya  vəzilərinin  fəaliyyətinin  tənzimində  iştirak  edir.  Beləliklə,  yuxarıda 
göstərilən xassələr hormonların bioüzvi maddələrin xüsusi bir qrupu kimi səciyyə-
ləndirməyə  və  onları  digər  humoral  amillərdən  (sinir  sisteminin  mediatorları, 
toxuma  hormonları  və  s.)  fərqləndirməyə  əsas  verir.  Qeyd  etmək  lazımdır  ki, 
humoral  amillərin  hormonal  və  qeyri-hormonal  növlərə  bölünməsi  müəyyən 
dərəcədə  məqsədəuyğun  olsa  da,  şərtidir.  Hormonlarla  prohormonlar,  histohor-
monlar  və  hüceyrədaxili  tənzimedicilər  arasında  kəskin  fərq  yoxdur.  Bəzi 
birləşmələr bu maddələr arasında aralıq mövqe tutur. Eyni bir maddə həm hormon, 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə