Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

87 
 
həm  də  histohormon  üçün  səciyyəvi  olan  xassələrə  malik  ola  bilər  (məsələn, 
progesteron).  Bundan  əlavə,  qeyri-hormonal  amillərin  əksəriyyətinin  təsir 
mexanizmi hormonların hüceyrələrə təsirinin həyata keçirilməsi ilə əlaqədardır.  
2.  Hormonların  təsir  mexanizmi  vətəsnifatı:  Hormonlar  toxuma  və  hücey-
rələrin  funksiyalarına  seçmə,  spesifik  təsir  edir.  Bu  isə  hüceyrələrdə  hormonlara 
birləşəcək spesifik zülal reseptorlarının varlığı ilə əlaqədardır. Həmin reseptorlar 2 
qrupa  bölünür.  Onlardan  bir  qrupu  plazmatik  membranın  (hüceyrə  örtüyünün 
xarici) səthində  yerləşir. Digəri-sitoplazmatik reseptorlar  isə  hormonla  hüceyrənin 
daxilində  birləşir.  Birinci  növ  reseptorlar  adenilatsiklaza  ilə  əlaqədar  olduğundan 
adenilatsiklaza  sistemi  adlanır.  Hormon  (məsələn,  prolaktin)  zülal  reseptoru  ilə 
birləşərək hormon-reseptor kompleksini əmələ gətirir. Bu da adenilatsiklazaya təsir 
edib, onu fəallaşdırır. Sonuncu isə ATF-i siklik AMF-ə (ts AMF) çevirir. 
 
F
F
AMF
ATF
TS



 
 
Siklik AMF hədəf hüceyrədə bəzi orqanellaların (məsələn, nüvə) və bir sıra 
spesifik  zülalların  (məsələn,  xromatin  zülallarının)  fosforlaşmasını  sürətləndirən 
fermentləri  (nüvə  proteinkinazaları:  məsələn,  fosforilaza)  fəallaşdırır.  Nəticədə 
hüzeyrədə  gen  fəallaşır  və  müvafiq  maddənin  (məsələn  süd  vəzi  hüceyrəsində) 
kazeinin sintezinə başlanır.  
Hormonun (məsələn, adrenalin) seçmə təsiri müvafiq reseptorun quruluşu ilə 
əlaqədardır.  Fermentlərin  fəallığı  siklik  QTF  və  başqa  nukleotidlərlə, 
proataqlantinlərlə  də  tənzimlənir.  Bu  yolla,  yəni  adinilatsiklaza  sistemi  ilə  zülal 
(prolaktin, insulin bə s.) və polipeptid (adrenokortikotropin, qlükoqon və s.) təbiətli 
hormonlar, katexolaminlər (adrenalin. noradrenalin) təsir edir. 
Steroid 
hormonları 
(kortikosteroidlər, 
androsteronlar, 
estrogenlər) 
sitoplazma  reseptorlarına  təsir  göstərir.  Onlar  spesifik  zülal-reseptorlarla 
birləşərək,  sitoplazmada  mitoxondiryalarda  və  başqa  orqanlarda  hormon-reseptor 
kompleksi  əmələ  gətirir.  Həmin  komplekslər  hədəf  hüceyrənin  sitoplazmasından 
nüvəsinə  keçərək,  xromosomlardaki  xüsusi  zülallarla  (akseptorlarla)  birləşir  və 
transkripsiyaya təsir edir. Bu zaman genlər fəallaşır, PHT-nin, o cümlədən mPHT-
nin,  müvafiq  fermentlərin  və  başqa  zülalların  (məsələn,  yumurtalıq  yolunda 
ovalbuminin)  sintezi  sürətlənir.  Sitoplazmatik  zülal  reseptoru  hormonun  təsirinin 
vasitəsi  olub  bu  xassəni  yalnız  hormonla  birləşdikdə,  kompleks  əmələ  gətirdikdə 
qazanır.  Göstərilən  mexanizimlər  hormonların  təsirində  əsas  sayılır.  Lakin 
hormonların təsiri ilə mübadilə proseslərinin tənzimində əlavə spesifik amillər də  
iştirak edir. 


88 
 

CH
2
─ ─
CH COOH 
             

 
             NH


 



 

HO

 


 
Üçyodtrionin 
Hazırda  100-ə  yaxın  hormon  və  hormonoid  məlumdur.  Hormonoidləri 
(histamin, serotonin, bradikinin, renin, qastrinsekretin və s.) toxuma hormonları da 
deyilir. Onlar adi hüceyrələrdə əmələ gəlirlər.  
Hormonlar  təsirinə  görə  2  yerə  ayrılır:  buraxıcı  və  icraçı.  Buraxıcılara 
hipotalamusun  neyrohormonları  aiddir.  Onlar  bəzi  daxili  sekresiya  vəzilərinin 
fəaliyətini tənzimləyir. İcraçı hormonlar isə boy, inkişaf, məhsuldarlıq, çoxalma və 
s-də əlaqədar mübadilə proseslərinə təsir edir. 
Hormonlar  kimyəvi  təbiətinə,  funksiyalarına  və  əmələgəlmə  yerlərinə  görə 
də təsnif olunur.  
Hormonlar kimyəvi təbiətinə görə 3 əsas qrupa ayrılır: zülal, aminturşuların 
törəmələri  və  steroid  hormonları.  Zülal  təbiətli  hormonlar  sadə  (somatotropin, 
prolaktin,  insulun)  və  mürəkkəb  zülal  (tireotropin,  liporopin),  polipeptid 
(somayostatin,  vazopressin,  oksitosin)  olur.  Bəziləri  isə  aminturşularının 
(böyrəküstü  vəzin  beyin  maddəsinin  və  qalxanabənzər  vəzinin  hormonları) 
törəmələridir.  Steroid  hormonları  sterinlərdən  əmələ  gəlir.  Aşağıda  hormonların 
əmələgəlmə yerlərinə görə təsnifi verilir. 
3.  Qalxanabənzər  vəzin  hormonları,  kimyəvi  təbiəti,  funksyaları: 
Qalxanvarı vəzi çəkicə kiçik olmasına baxmayaraq, qanla ən yaxşı təchiz olunmuş 
orqandır. İnsanda bunun çəkisi 25-30 q, inəkdə 10-15 q, qoyunda 5 q, donuzda 7-8 
q  olur.  Bu  vəzidə  əmələ  gələn  hormona  tiroksin  və  ya  tetrayodironin  deyilir. 
Tiroksini  ilk dəfə 1919-cu  ildə  Kendal  tireoqlobulin adlanan zülalın  hidrolizindən 
ayrılmışdır.  Qalxanvarı  vəzin  folikulunda  olan  bu  zülalda  0,5-1  %  yod  vardır. 
Onun molekul kütləsi 650-700 min daltonlara yaxındır. 
Son  zamanlar  heyvanların  qanında  xüsusi  maddənin-üçyodtironinin  də 
varlığı  müəyyən  edilmişdir.  Bu  maddə  tərkibcə  tiroksinə  yaxındır,  amma  fəallığı 
ondan 10 dəfə artıqdır. 
 
 
 
 
 
 
 
 
 
Qalxanvarı vəzidə az miqdarda monojodtirozin də olur. 
Tiroksinin  maddələr  mübadiləsində  rolu  böyükdür.  O  qaz  mübadiləsini, 
qanda 
qlükozanı 
artırır, 
mitoxondrilərdə 
oksidləşməklə 
fosforlaşmanın 
intensivliyini nizamlayır.  
Tiroksin və tiryodtironin orqanizmdə öz funksiyalarını başa çatdırdıqdan 


89 
 
sonra  tez  aminləşmə,  yodsuzlaşma  və  konfuqasiya  proseslərinə  uğrayır.  Yodun 
ayrılması  toxumalarda  tiroksin-halogenaza  fermentinin  iştirakı  ilə  baş  verir. 
Parçalnmadan  ayrılan  yod  əsasən  qeyri-üzvi  birləşmələr  şəklində  böyrəklər 
vasitəsilə xaric olunur. 
Trioksinin istehsalı azalırsa, hipotireoidizm baş verir. Bu qalxanvari vəzinin 
atrofiyalaşmasından  əmələ  gəlir.  Bu  zaman  insan  və  heyvanda  qısa  boyluluq 
müşahidə olunur, kretinizm baş verir.  
Əgər  bu  hal  yaşlılarda  müşahidə  edilərsə,  miksedema  adlanır.  Bu  zaman 
xəstələr  çox  yaşlı  görünür,  mübadilə  prosesi  zəifləyir,  sulu  şişlər  əmələ  gəlir  və 
piylənmə müşahidə olunur.  
Qalxanvarı  vəzinin  degenerativ  böyüməsində  endimik  ur  xəstəliyi  əmələ 
gəlir.  Bu  xəstəlik  insan  və  heyvanlarda  ən  çox  yod  az  olan  yerlərdə  (dağlıq  və 
dağətəyi rayonlarda) baş verir. Azərbaycanda bu xəstəliyə Zaqatala-Şəki zonasında 
rast  gəlinir.  Xəstəliyin  baş  verməməsi  üçün,  yəni  profilaktik  məqsədlə  kalium-
yodiddən istifadə olunur.  
Qalxanvarı  vəzinin  hiperfunksiyasına  da  təsadüf  edilir.  Bu  zaman  Bazedov 
xəstəliyi  əmələ  gəlir.  Bu  da  mübadilə  proseslərini  intensivliyi  ilə  xarakterlənir. 
Nəticədə  orqanizm  zəifləyir,  spesifik  əlamət  olaraq  çəpgözlülük  baş  verir, 
arıqlama, ətraflarda titrəmə müşahidə olunur.  
Qalxanvari  ətraf  vəzilər  qlxanabənzər  vəzinin  arxa  səthində  yerləşən 
sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 q-dır). 
Bu  vəzilərin  sintez  etdiyi  hormon  paratireokrin  və  ya  parathormon  adlanır. 
Parathormon 84 aminturşusunun qalığından və lipidlərdən əmələ gəlmiş mürəkkəb 
zülaldır, tərkibində 12,6-15,5% azot var, molekul kütləsi 700 min daltona yaxındır. 
Bu zülal  iki  fraksiyadan  ibarətdir.  Fəal  faksiya suda, duz  məhlullarında  yaxşı  həll 
olur,  proteolitik  fermentlərin  təsirindən  inaktivləşir.  Parathormon  Ca
2+
  və  fosfat 
ionlarının bağırsaqlarından sorulmasını sürətləndirir. 
Qalxanvarı  ətrafı  vəzilərin  hormonlarının  çatışmazlığında  qanda  kalsiumun 
miqdarı  azalır,  quanidin  və  fosfor  çoxalır,  çünki  parathormon  kalsium  və  fosfor 
mübadiləsinin  nizamlanmasında  iştirak  edir.  Sinir  sisteminin  oyanması  sürətlənir, 
tetaniya  baş  verir.  Bədənin  müxtəlif  əzələlərində  sinir  əzələ  oyanıqlığının 
yüksəlməsi müşahidə edilir. 
4. Böyrəküstü vəziləri hormonları, kimyəvi təbiəti, funksyaları: Böyrəküstü 
vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal hissəsində yerləşir. 
Böyrəküstü  vəzilərin  həm  qabıq,  həm  də  beyin  hissəsində  çoxlu  hormonlar 
istehsal  edilir.  Bu  vəzilərin  çəkisi  insanda  10-12  q,  inəkdə  10-30  q,  donuzda  5  q, 
qoyunda  3-4  q  olur.  Bunların  çəkisinin  10%-i  beyin  qatından,  90%-i  isə  qabıq 
qatından  ibarətdir.  Böyrəküstü  vəzilərin  beyin  hissəsində  əmələ  gələn  hormonlar 
katexolaminlər  adlanır:  buraya  üç  hormon-adrenalin,  noradrenalin  və  izopropilad-


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə