Qirx altinci kitab ————— may 2011 İyul 2011


 Dağlıq Qarabağ Muxtar Vilayəti



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə102/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

 

357 


12. Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası 

ərazisində  muxtar  vilayət.  1923-cü  il  iyulun  7-də  təşkil  edilmişdir. 

Dağlıq Qarabağda 1988-ci  ilə qədər 170  min əhali  yaşayırdı. Sahəsi 

4,4 min  km

2

-dir. Mərkəzi Xankəndidir.  



1988-ci ildə muxtar vilayətin erməni separatçıları və millətçiləri 

Ermənistan  silahlı  qüvvələri  ilə  birlikdə  bu  ərazidə  yaşayan  azər-

baycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq Qarabağı işğal 

etdilər.  BMT-nin  822,  853,  874,  884  saylı  qətnamələrinə  görə, 

erməni  işğalçıları  Azərbaycan  torpaqlarını  qeyd-şərtsiz  tərk 

etməlidirlər. Ancaq Azərbaycan torpaqları hələ də erməni tapdağı 

altındadır. 

– 

15,29,47,56,59,60,85,86,95,96,119, 



120,143,147,151,167,172,175,178,180,181,183,187,189,209,211, 

213,214,216,220,222,26,227,228,229,237,243,251,256,258,266, 

267,277,279,313,314,315, 326,343. 

 

13. 1990-cı ilin 20 yanvarı – 1990-cı ilin  yanvarında Azərbay-

canda faciə baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə 

vəziyyət  elan  edilmədən  sovet  ordusunun  xüsusi  təyinatlı  cəza 

dəstələri,  dəniz  donanmasının  və  daxili  qoşunların  bölmələri  Bakı 

şəhərinə  yeridildi.  Sovet  ordusunun  bu  kütləvi  zorakılıq  aktı 

nəticəsində 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, yüzlərlə adam 

qanunsuz  həbs  edilmiş  və  itkin  düşmüş,  dövlət  əmlakına,  ictimai  və 

şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan 

dəymişdi.  1990-cı  ilin  qanlı  yanvarı  Azərbaycanın  ərazi  bütövlüyü 

uğrunda  aparılan  mübarizə  tariximizdə  Vətənin  şəhid  övladlarının 

qanı ilə yazılmış şərəfli səhifə oldu. – 16. 

 

14. Fransa, F r a n s a   R e s p u b l i k a s ı – Qərbi Avropada 

dövlət.  Sahəsi  674,6  min  km

2

,  əhalisi  66,7  milyon  nəfərdir. 



İnzibati cəhətdən 101 departamentə bölünür. Qanunverici  orqanı 

iki  palatadan  (Milli  Məclis  və  Senat)  ibarət  parlamentdir.  İcra 

hakimiyyəti  prezident  və  Nazirlər  Şurasına  məxsusdur.  Paytaxtı 

Paris şəhəridir. – 21,119,187,211,216,236, 237,245,253,258,343. 

 

15. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 

Əsası  1973-cü  ilin  iyulunda  Helsinkidə  qoyulmuşdur.  Burada 

Avropanın  33  dövlətinin,  ABŞ  və  Kanadanın  dövlət  və  hökumət 

rəhbərləri 

iştirak 

edir. 


ATƏT 

«soyuq 


müharibə»nin 


 

358 


qurtarmasından  sonra  Ümumavropa  təhlükəsizlik  sistemini 

formalaşdıran,  yeni  Avropanın  siyasi  və  iqtisadi  həyatının  sivil 

birgəyaşayış  qaydalarını  müəyyən  edən,  dövlətlərarası  mü-

nasibətləri rəqiblik və münaqişə yolundan əməkdaşlıq və qarşılıqlı 

mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. 

Azərbaycan  1992-ci  ildən  ATƏT-in  üzvüdür  və  1993-cü  ilin 

ikinci  yarısından  ATƏT-in  zirvə  görüşlərində    Azərbaycan  nüma-

yəndə heyəti fəal iştirak edir. – 22,47,59,95,175,178,189, 190. 

 

16. Hacı Zeynalabdin Tağıyev (1838–1924) – məşhur mesenat, 

maarifpərvər Bakı milyonçusu. Əvvəllər bənna işləmiş  Hacı 1872-

ci  ildən  neftçıxarma  işinə  kapital  qoymuş  və  sahibkarlıq 

fəaliyyətinə  başlamışdır.  Bakıda  «Tağıyev  H.Z.  lifli  maddələrin 

emalı  üzrə  Qafqaz  Səhmdar  Cəmiyyəti»ni,  Toxuculuq  fabrikini, 

«Xəzər  manufaktura  cəmiyyəti»ni,  «Tağıyev  balıq  sənayesi 

səhmdar  cəmiyyəti»ni,  yerli  sahibkarlarla  birlikdə  Bakı  Ticarət 

bankını yaratmış və Bank Şurasının sədri seçilmişdi. 

Savadı  olmayan  Hacı  savadsızlığın  acısını  duymuş  və  buna 

görə də Vətən övladlarının, xüsusilə kasıb oğlan və qızların təhsil 

almasına böyük qayğı göstərmişdi. O öz vəsaiti ilə Yaxın Şərqdə – 

Bakıda  ilk  qız  gimnaziyası,  qadınları  işlə  təmin  etmək  üçün 

toxuculuq fabriki, Mərdəkanda  sənət məktəbi, teatr binası tikdirir. 

Qiraətxanalar  üçün  qəzet  və  jurnalların  pulunu  ödəyir,  öz  xərcinə 

Azərbaycan  şair  və  alimlərinin  əsərlərini,  həmçinin  Azərbaycan 

dilinə  tərcümələri  çap  etdirir.  1905–11-ci  illər  İran  məşrutə 

hərəkatına silah və pulla yardım edir. İranda onlarla məktəbin açıl-

masına,  məktəb  ləvazimatı  və  zəruri  kitablarla  təmin  edilməsinə, 

daxildə  və  xaricdə  oxuyan  və  maddi  təminata  ehtiyacı  olanlara 

daim  yardım  edirdi.  «Kaspi»,  «Həyat»,  «Füyuzat»  kimi    qəzet  və 

jurnalların nəşri üçün vəsait ayırmışdı. 

Hacı Bakıya  «Şollar  suyu» kəmərini çəkdirmiş, Mərdəkanda dən 

üyüdən  elektrik  dəyirmanı  tikdirmiş  və  qəsəbənin  əhalisini  ilk  dəfə 

elektrik işığı ilə təmin etmişdir. – 27,28. 

 

17.  ATƏT-in  Parlament  Assambleyası  –  317  parlamentarisi 

olan  beynəlxalq  parlament  qrupu.  1990-cı  ildə  Parisdə  yaradıl-

mışdır. Assambleya ildə bir neçə dəfə Milli parlament deputatlarını 

toplayaraq  ATƏT-lə  bağlı  məsələləri  müzakirə  edir.  Hər  il 




 

359 


Assambleya səs çoxluğu ilə sədr seçir, sədr əsas yığıncaqlarda iştirak 

edir 


və 

yığıncaqlara 

sədrlik 

edir. 


Mənzil-qərargahı 

Kopenhagendədir. Assambleyanın daimi əməkdaşları 14  nəfərdir. – 

29. 

 

18. Amerika Birləşmiş Ştatları (ABŞ) – Şimali Amerikada döv-

lət. Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı və 

qərbdən  Sakit  okeanla  əhatə  olunur.  Sahəsi  9,5  milyon  km

2

,  əhalisi 



325,6 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştat və Kolumbiya 

federal paytaxt dairəsinə bölünür. Ali qanunvericilik orqanı ikipalatalı 

(Nümayəndələr  Palatası  və  Senat)  ABŞ  Konqresidir.  Dövlət  başçısı 

prezidentdir. 

Paytaxtı 

Vaşinqton 

şəhəridir. 

– 

31,110,139,187,211,216,237, 253,256,343.. 



 

19.  Almaniya,  A l m a n i y a   F e d e r a t i v   R e s p u b l i -k 

a  s  ı  –  Mərkəzi  Avropada  dövlət.  Sahəsi  357  min  km

2

,  əhalisi 



82,2  milyon  nəfərdir.  AFR  tərkibində  16  ərazisi  olan 

federasiyadır.  Dövlət  başçısı  prezident,  hökumət  başçısı  isə 

federal  kanslerdir.  Ali  qanunverici  hakimiyyət  orqanı  parla-

mentdən – Bundestaq və Bundesratdan ibarətdir. Paytaxtı Berlin 

şəhəridir.  – 32,294,300,340. 

 

20. Gürcüstan, G ü r c ü s t a n   R e s p u b l i k a s ı – Cənubi 

Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km

2



əhalisi  3,7  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident,  qanunverici 

orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir.  – 34, 35,148. 

 

21. Rusiya, R u s i y a   F e d e r a s i y a s ı – Avropanın şərqində, 

Asiyanın şimalında dövlət. Sahəsi 17,125 milyon  km

2

, əhalisi 146,5 



milyon    nəfərdir.  Rusiya  Federasiyasına  22  respublika,  9  diyar,  46 

vilayət,  federal  əhəmiyyətli  Moskva  və  Sankt-Peterburq  şəhərləri,  4 

muxtar vilayət və mahal daxildir.  

Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı  Dövlət 

Duması  və  Federasiya  Şurasıdır.  Paytaxtı  Moskva  şəhəridir.  – 

37,38,69,88,119,175,176,183,187,206,211,216,237,247–253,272,243, 

348. 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə