Qirx altinci kitab ————— may 2011 İyul 2011


 Azərbaycan  Xalq  Cümhuriyyəti



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə105/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   101   102   103   104   105   106   107   108   ...   114

 

366 


54. Azərbaycan  Xalq  Cümhuriyyəti  –  Müsəlman  Şərqində  ilk 

dəfə  dünyəvi,  demokratik  respublikanın  əsasını  qoymuş  müstəqil 

Azərbaycan    dövləti.  Cəmi  23    ay  (  1918-ci  il  mayın    28-də  yara-

dılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə 

devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 

sentyabr),  sonra Bakı  şəhəri  (1918, 17 sentyabr–1920, 28  aprel)  idi. 

Azərbaycan  hökuməti  yeni  suveren  milli  dövlətin  müxtəlif  prob-

lemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 

iyun 1918-ci il tarixli Fərmanı ilə respublikada dövlət dili türk (Azər-

baycan)  dili  elan    edildi.    Azərbaycan    Respublikasının    parlamenti 

1919-cu  il  avqustun  11-də  Azərbaycan  vətəndaşlığı  haqqında  qanun 

qəbul  etdi.  Xalq  maarifi  sahəsində  qısa  müddətdə  böyük  tədbirlər 

həyata keçirildi. Qori  müəllimlər seminariyasının Azərbaycan şöbəsi 

Qazaxa  köçürüldü,  Bakı  Dövlət  Universiteti  təsis  edildi,  xarici 

ölkələrdə kadr hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100  gənc 

Avropanın  müxtəlif  təhsil  müəssisələrinə  göndərildi.  Məktəblərin 

xeyli  hissəsi  milliləşdirildi,  kitabxanalar  açıldı,  savadsızlığın  ləğvi 

üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin 

dövlət  rəmzləri  (üçrəngli  bayraq,  gerb,  himn)  milli  Azərbaycan 

rəmzləri  kimi  tanındı.  Azərbaycan  Dövlət  Bankı  yaradıldı,  1918-ci 

ilin  martında  dağıdılmış  neft  sənayesi  və  Bakı–Batum  neft  kəməri 

bərpa edildi. – 90–100,263. 

 

55.    ATƏT-in  Minsk  qrupu  –  1992-ci  il  martın  24-də  yara-

dılmışdır. 1997-ci ildə Minsk qrupunun  tərkibinə aşağıdakı dövlətlər 

daxil  olmuşdur:  Azərbaycan,  Ermənistan,  Belarus,  Almaniya,  İtaliya, 

Rusiya,  ABŞ,  Fransa,  Türkiyə,  Danimarka  və  İsveç.  1994-cü  ilin 

dekabrından  Minsk  qrupuna  iki  sədr  –  Rusiya  və  İtaliya  rəhbərlik 

edirdi.  1996-cı  ilin  dekabrından  onun  üç  –  Rusiya,  ABŞ  və  fransalı 

həmsədrləri  var.  Qrupun  əsas  vəzifəsi  Ermənistan–Azərbaycan 

münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ 

probleminin  dinc  vasitələrlə  həll  edilməsinə  bilavasitə  kömək  et-

məkdir. 


– 

95,96,119,178,181,187,211,216,217, 

219,223,237,253,256,258,343. 

 

56.  Türkiyə  Cümhuriyyəti  –  Qərbi  Asiyada  və  Avropanın 

cənub-şərqində  dövlət.  Sahəsi  783,5  min  km

2

,  əhalisi  79,4 




 

367 


milyon  nəfərdir.  İnzibati  cəhətdən  81  ilə  (vilayətə)  bölünür.  

Dövlət başçısı prezident, Ali qanunverici orqanı Türkiyə Böyük Millət 

Məclisidir. Paytaxtı Ankara şəhəridir.  – 101,104,205,340. 

57.  İtaliya,  İ  t  a  l  i  y  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Avropanın 

cənubunda dövlət. Ərazisinə Alp dağlarının qərb yamacları, Padan 

düzənliyi,  Apennin  yarımadası,  Siciliya  və  Sardiniya  adaları 

daxildir. Sahəsi 301,3 min km

2

, əhalisi 61 milyon nəfərdir. İnzibati 



cəhətdən  20  vilayətə  bölünür.  Paytaxtı  Roma  şəhəridir.  –      102–

108,226. 



 

58. Ciorcio Napolitano (d.1925) – İtaliyanın siyasi xadimi. 2006–

2015-ci  illərdə  İtaliya Respublikasının Prezidenti olmuşdur.  – 102–

108. 

 

59. I Napoleon, N a p o l e o n  B o n a p a r t (1769–1821) – 

1804–14  və  1815-ci  illərdə  Fransa  inperatoru.  Napoleon  iste-

dadlı  sərkərdə  kimi,  Fransa  tarixində    özünə  layiqli  yer  tut-

muşdur.  Napoleon  fitri  istedada,  müstəsna  işgüzarlığa,  dərin 

zəkaya və yenilməz iradəyə malik bir şəxsiyyət idi. – 106. 

 

60.  Joze  Manuel  Barrozu  (d.1956)  –  Portuqaliya  və  Ümum-

avropa siyasi  və dövlət xadimi. 2002–2004-cü illərdə Portuqaliya-

nın  Baş  naziri,  2004–2014-cü  illərdə  Avropa  Parlamenti  

Komissiyasının  sədri  olmuşdur.  –  118,130,207–213,217,218, 

224,233,234 

 

61.  Artur  Rasizadə,  A  r  t  u  r    T  a  h  i  r    o  ğ  l  u  (d.1935)  – 

Azərbaycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986–

92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin Birinci müavi-

ni  vəzifəsində  işləyib.  1996-cı  ildən  Azərbaycan  Respublikasının 

Baş  naziridir.  Azərbaycan  Respublikasının  «İstiqlal»,  «Şərəf», 

«Şöhrət» ordenləri ilə təltif edilmişdir. – 108,140, 204. 

 

62.  Ramiz Mehdiyev,  R a  m i z  Ə n  v ə  r   o ğ  l u (d.1938)  – 

Azərbaycanın  görkəmli    siyasi  və  dövlət  xadimi,  fəlsəfə  elmləri 

doktoru,  professor.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi 

üzvü.  1978–80-ci  illərdə    Rayon  Partiya  Komitəsinin  Birinci  katibi, 

1980–81-ci  illərdə  Azərbaycan  KP  MK-da  elm  və  təhsil  şöbəsinin 



 

368 


müdiri, 1981–83-cü illərdə Azərbaycan KP MK-da partiya-təşkilat  işi 

şöbəsinin    müdiri,  1983–88-ci  illərdə  Azərbaycan  KP  MK-da  katib, 

1988–94-cü  illərdə  Azərbaycan  EA-nın    İctimai-Siyasi  Tədqiqatlar  və 

İnformasiya  İnstitutunda  şöbə  müdiri,  1994-cü  ildə  Azərbaycan 

Respublikası Prezidentinin İcra Aparatının şöbə müdiri, 1995-ci ildən 

Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyasının  rəhbəridir. 

1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin depu-

tatı olmuşdur. Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir 

çox  kitab  və  monoqrafiyaların  müəllifidir.  Azərbaycan  Res-

publikasının  «İstiqlal»,  Rusiya  Federasiyasının  «Dostluq»    ordenləri 

ilə  təltif  edilmişdir.  Beynəlxalq  Nyu-York  Akademiyasının  və  Türk 

Dünyası  Araşdırmalar  Uluslararası  Elmlər  Akademiyasının    üzvüdür.  

Azərbaycan  Respublikasının  «İstiqlal»  və  «Şərəf»  ordenləri  ilə  təltif 

edilmişdir. – 108,140.  

 

63. Tofiq Bəhramov, T o f i q   B ə h r a m   o ğ l u  (1925–

1993) – Azərbaycanın idman xadimi. Futbol üzrə ümumittifaq və 

beynəlxalq  dərəcəli  hakim,  Azərbaycan  SSR-nin  Əməkdar 

məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi. Futbol üzrə 

8-ci dünya çempionatında (1966, İngiltərə) futbol oyununu yaxşı 

idarə  etdiyinə  görə  «Qızıl  ilahə»nin  surəti  və  «Qızıl  fit»lə 

mükafatlandırılmışdır. – 116. 

 

64. Lüksemburq,  B ö y ü k   L ü k s e m b u r q   H e r s o q l u -ğ 

u    –  Qərbi  Avropada  dövlət.  Sahəsi  2,6  min  km

2

,  əhalisi  576  min 



nəfərdir.  İnzibati  cəhətdən  3  mahala  bölünür.  Lüksemburq  kon-

stitusiyalı monarxiyadır. Dövlət başçısı böyük hersoqdur. Qanunverici 

orqanı Deputatlar Palatasıdır. Paytaxtı Lüksemburq şəhəridir. – 124. 

 

65.  Anri  (d.1955)  –  1998-ci  ildən  Lüksemburq  Hersoqluğunun 

hökumət  naibi,  2000-ci  ildən  isə  Böyük  hersoqudur.  1998-ci  ildən 

Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. – 124. 

 

66. Xorvatiya  Respublikası  –  Cənubi  Avropada    dövlət.  Sa-

həsi 56,6 min km

2

, əhalisi 4,3 milyon nəfərdir. İnzibati ərazisi 20 



vilayətə  bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı 

ikipalatalı parlamentdir. Paytaxtı Zaqreb şəhəridir. – 125. 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə