Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə107/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

 

372 


Senatının üzvü olmuşdur. 2009-cu ildə Nobel Sülh mükafatına layiq 

görülmüşdür. – 256. 

 

87.  Kanada  –  Şimali  Amerikada  dövlət.  Sahəsi  9,98  milyon 

km

2



,  əhalisi  36  milyon  nəfərdir.  Kanada  10  əyalətə  və  3  əraziyə 

bölünmüş federasiyadır. Dövlət başçısı Böyük Britaniya kraliçasıdır. 

Onu  ölkədə  general-qubernator  əvəz  edir.  Qanunverici  orqanı  iki-

palatalı  (Senat  və  İcmalar  Palatası)  parlamentdir.  Paytaxtı  Ottava 

şəhəridir. – 257. 

 

88.  Nikola Sarkozi  (d.1955) –Fransanın dövlət  və siyasi  xadimi. 

2007–2012-ci  illərdə  Fransa  Respublikasının  Prezidenti  olmuşdur.  – 

258. 


 

89.  Monqolustan,  M o n q o l u s t a n   R e s p u b l i k a- s 

ı – Mərkəzi Asiyada dövlət. Sahəsi 1564 min km

2

, əhalisi 3 milyon 



nəfərdir.  İnzibati  ərazisi  18  aymaka  bölünür.  Ulan-Bator,  Dərhan 

və Erdenet şəhərləri xüsusi ərazi bölgüsünə daxildir. Dövlət başçısı 

prezident,  ali  dövlət  hakimiyyəti  orqanı  Böyük  Xalq  Xuralıdır. 

Paytaxtı  Ulan-Bator şəhəridir. – 260. 

 

90. Saxiaqiyn Elbeqdorj (d.1963) – 2009–2017-ci illərdə Mon-

qolustan Respublikasının Prezidenti olmuşdur. 1998 və 2004–2006-cı 

illərdə  Monqolustanda Baş nazir vəzifəsində çalışmışdır. – 260. 

 

91.  Rəşid  Nurqaliyev  (d.1956)  –  Rusiyanın  dövlət  xadimi, 

ordu  generalı.  2004–2012-ci  illərdə  Rusiya  Federasiyasında 

Daxili  İşlər  naziri  olmuşdur.  2012-ci  ildən  Rusiya  Təhlükəsizlik 

Şurası katibinin müavinidir. – 272. 

 

92.  Fələstin dövləti – BMT Baş Məclisinin 1947-ci il 29 noyabr 

tarixli  Qərarına  əsasən  B.Britaniya  mandatlığı  ləğv  edilərək  Fələstin 

ərazisində müstəqil ərəb və yəhudi dövlətləri yaradılmalı idi. Fələstin 

ərəb dövləti üçün ayrılmış ərazinin böyük hissəsi 1948–49-cu illərdə 

və  1967-ci  ildə  İsrail  tərəfindən  zəbt  edilmişdir.  1988-ci  ildə  Fələstin 

Azadlıq  Təşkilatı  müstəqil  Fələstin  dövlətinin  yaranmasını  elan  etdi. 

1994-cü  ildə  isə  Müvəqqəti  Fələstin  muxtariyyəti  yaradıldı.  –  273–

280. 



 

373 


93. Mahmud Abbas (d.1935) –  Fələstin siyasətçisi, Fələstin Milli 

Administrasiyasının  sədri  (Fələstin  dövlətinin  prezidenti)  və  FƏTH 

hərəkatının rəhbəridir. – 273–280. 

 

94.  Oqtay  Əsədov,  O  q  t  a  y      S  a  b  i  r      o  ğ  l  u  (d.1955)  – 

ictimai  xadim,  mühəndis.  1996–2004-cü  illərdə  Abşeron  Regional 

Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar 

Cəmiyyətinin prezidenti olmuşdur.  

2005-ci  ildən  Azərbaycan  Respublikası  Milli  Məclisinin  səd-

ridir. – 288. 

 

95. Qüds – Dünyanın ən qədim şəhərlərindən biri. Əhalisi 890 

min  nəfərdir.  Müsəlman,  yəhudi  və  xristianların  «müqəddəs 

şəhəri»  adlanır.  Qüds  haqqında  ilk    məlumat  e.ə.  2-ci  minilliyin 

ortalarına aiddir. Qüds müxtəlif vaxtlarda müxtəlif dövlətlərin haki-

miyyəti  altında  olmuşdur.  1920–47-ci  illərdə  İngiltərənin  Fələstin 

mandatlıq  ərazisinin  inzibati  mərkəzi  idi.  1947-ci  ildən  isə  BMT-

nin  idarəsi altında xüsusi  rejimli  müstəqil  inzibati  vahid oldu. 1948–

49-cu  illər  Ərəb–İsrail  müharibəsindən  sonra  Qüds  iki  hissəyə 

bölündü:  qərb  hissəsi  İsrailə,  şərq  hissəsi  isə  İordaniyaya  verildi. 

1950-ci  ilin  yanvarında  İsrail  qeyri-qanuni  olaraq  Qüdsün  qərb 

hissəsini dövlətin paytaxtı elan etdi. 1967-ci ildə İsrail Qüdsün şərq 

hissəsini  də  işğal  etdi.  Qüds  qədim  müsəlman,  yəhudi  və  xristian 

abidələri ilə zəngindir. – 278. 

 

96.  Məkkə  –  Səudiyyə  Ərəbistanının  qərbində  şəhər.  Salınma 

tarixi  məlum  deyildir.  İslamın  banisi  həzrəti  Məhəmməd 

peyğəmbər  Məkkədə  doğulmuşdur.  VII  əsrdən  müsəlmanların 

müqəddəs şəhəri və ziyarətgahıdır. – 278. 

 

97.  Mədinə  –  Səudiyyə  Ərəbistanının  şimal-qərbində  şəhər. 

Qədim  zamanlarda  adı  Yəsrib,  erkən  orta  əsrlərdən  Mədinədir. 

622-ci  ildə  islamın  banisi  Məhəmməd  əleyhissəlam  Məkkədən 

Mədinəyə  hicrət  etmiş  və  burada  müsəlman  icmasını  yaratmışdı. 

Məhəmməd  əleyhissəlamın  qəbri  Mədinədədir.  VII  əsrdən 

müsəlmanların iki müqəddəs şəhərlərindən biridir. – 278. 



 


 

374 


98.  Beynəlxalq  Valyuta  Fondu  –  BMT-nin  hökumətlərarası 

ixtisaslaşdırılmış  idarəsi, beynəlxalq valyuta  təşkilatı. 1945-ci ildə 

yaradılmış,  1947-ci  ildən  fəaliyyətə  başlamışdır.  İdarə  Heyəti 

Vaşinqtondadır.  Dünyanın  130-a  yaxın  ölkəsi  fondun  üzvüdür. 

Nizamnaməsinə  görə,  məqsədi  beynəlxalq  valyuta  əməkdaşlığına 

yardım etmək, ölkələr arasında valyuta-hesablaşma münasibətlərini 

nizama  salmaq,  fonda  daxil  olan  ölkələrin  ödəmə  balanslarını 

tarazlaşdırmaq  və  valyuta  məzənnəsini  tənzimləməkdən  ibarətdir. 

1992-ci  ildə  Azərbaycan  Respublikası  Beynəlxalq  Valyuta 

Fonduna qəbul olunmuşdur. – 291. 

 

99.  Leyla  Əliyeva,  L  e  y  l  a      İ  l  h  a  m      q  ı  z  ı  (d.1986)  – 

«Baku»  jurnalının  Baş  redaktoru,  Heydər  Əliyev  Fondunun  

vitse-prezidenti,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevin  və  Azərbaycan  Respublikasının  Birinci  vitse-prezidenti 

Mehriban  Əliyevanın  böyük  qızı,  Heydər  Əliyevin  nəvəsi.  2006–

2008-ci illərdə Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Əlaqələr 

İnstitutunun  magistraturasında  oxumuş  və  bu  institutda  oxuyan 

azərbaycanlı  tələbələrin  nümayəndəsi  kimi  fəaliyyət  göstərmişdir. 

Leyla Əliyeva həm də Moskvada Heydər Əliyev Fonduna başçılıq 

edir.    Azərbaycan  Respublikasının    «Tərəqqi»  medalı  ilə  təltif 

edilmişdir. – 294,305,307. 

 

100. Arzu Əliyeva, A r z u   İ l h a m   q ı z ı (d.1989) – Azər-

baycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Azərbaycan 

Respublikasının    Birinci  vitse-prezidenti  Mehriban  Əliyevanın 

kiçik qızı, Heydər Əliyevin nəvəsi. Film prodüseri. – 294. 

 

101. Nizami Gəncəvi,  İ l y a s  Y u s i f  o ğ l u (1141–1209) – 

dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri.  Dünya  ədəbiyyatı  tarixinə 

məsnəvi  formasında  yazdığı  5  epik  poemadan  ibarət  «Xəmsə» 

müəllifi  kimi  daxil  olmuşdur.  Nizami  Gəncəvinin  ilkin  Şərq 

Renessansının  zirvəsi  olan  yaradıcılığında  dövrünün  ən  humanist, 

ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq 

bədii  əksini  tapmışdır.  Nizami  Gəncəvi  Yaxın  Şərq  ədəbiyyatında 

mənzum  roman  janrının  əsasını  qoymuş,  yeni  ədəbi  məktəb 

yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə