Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə106/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

 

369 


 

67.  İvo  Yosipoviç  (d.1957)  –  Xorvatiyanın  siyasi  xadimi, 

kompozitor,  pedaqoq.  2010–2015-ci  illərdə  Xorvatiya  Res-

publikasının  Prezidenti olmuşdur. – 125. 

 

68. Sloveniya, S l o v e n i y a   R e s p u b l i k a s ı – Avropada 

dövlət.  Sahəsi  20,3  min  km

2

,  əhalisi  2  milyon  nəfərdir.  Dövlət 



başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı  (Dövlət  Şurası  və 

Dövlət  Məclisi)  parlamentdir.  Paytaxtı  Lyublyana  şəhəridir.  – 

126,169–204. 

 

69.  Danilo  Tyurk  (d.1952)  –  Sloveniya  hüquqşünası,  Beynəl-

xalq  hüquq  üzrə  mütəxəssis,  diplomat.  2007–2012-ci  illərdə 

Sloveniya  Respublikasının    Prezidenti  olmuşdur.  –  126,170–197, 

199–203.  

 

70. Latviya, L a t v i y a   R e s p u b l i k a s ı – Şərqi Avropada – 

Pribaltikada  dövlət.  Sahəsi  64,5  min  km

2

,  əhalisi  1,9  milyon 



nəfərdir. İnzibati ərazisi 26 rayona bölünür. Dövlət başçısı prezident, 

qanunverici orqanı Seymdir. Paytaxtı Riqa şəhəridir. – 127. 

 

71. Xoşbəxt  Yusifzadə,  X o ş b ə x t   B a ğ ı   o ğ l u (d.1930) –  

neftçi-geoloq,  geologiya-minerologiya  elmləri  doktoru.  Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  akademiki.  1994–2000-ci  illərdə 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  vitse-prezidenti, 

2004-cü  ildən  isə  birinci  vitse-prezidentidir.  Azərbaycan  Respubli-

kasının «Şərəf», «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilmişdir. – 

128. 

 

72.  Riçard  Morninqstar  (d.1945)  –  ABŞ  Dövlət  katibinin 

Avrasiya  enerji  məsələləri  üzrə  xüsusi  nümayəndəsi  (2009–2012), 

ABŞ-ın  Azərbaycan  Respublikasında  Fövqəladə  və  Səlahiyyətli 

səfiri olmuşdur (2012–2014). – 139. 

 

73. Serbiya, S e r b i y a   R e s p u b l i k a s ı – Cənub-Şərqi 

Avropada, Balkan yarımadasının mərkəzi hissəsində dövlət. Sahəsi 

88  min  km

2

,  əhalisi  7  milyon  nəfərdir.  Dövlətin  başçısı  prezident, 




 

370 


qanunvericilik  orqanı  Skupşinadır.  Paytaxtı  Belqrad  şəhəridir.  –  

140–168. 

 

74. Boris Tadiç (d.1958) – Serbiya siyasətçisi, Serbiya Demok-

ratlar  Partiyasının  sədri.  2004–2012-ci  illərdə  Serbiya  Res-

publikasının Prezidenti olmuşdur. – 141–153,155–167. 

 

75. Elmar Məmmədyarov, E l m a r  M ə h ə r r ə m   o ğ l u 

(d.1960)  –  tarix  elmləri  namizədi,  diplomat.  1995–98-ci  illərdə 

Azərbaycan  Xarici  İşlər  Nazirliyində  Beynəlxalq  Təşkilatlar 

İdarəsinin  başçısı,  1998–2003-cü  illərdə  ABŞ-da  Azərbaycan 

səfirliyində  müşavir,  2003–2004-cü  illərdə  İtaliyada  Azərbaycan 

Respublikasının  səfiri,  2004-cü  ildən    Azərbaycan  Respublikasının 

Xarici İşlər naziridir. – 144, 145,173. 



 

76. Eldar Həsənov,  E l d a r  H ü m b ə t  o ğ l u  (d.1955) – 

hüquqşünas.  Hüquq  elmləri  doktoru,  professor,  diplomat.  1995–

2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru olmuş-

dur.  2001-ci  ildən  Azərbaycan  Respublikasının  Rumıniyada  və 

həmçinin  2010-cu  ildən  Serbiya,  Bosniya  və  Herseqovina, 

Monteneqroda Fövqəladə və Səlahiyyətli səfiridir. –  160–162. 

 

77.  Əlövsət  Ağalarov,  Ə  l  ö  v  s  ə  t      İ  b  r  a  h  i  m      o  ğ  l  u 

(d.1954)  –jurnalist,  tərcüməçi,  Azərbaycan  Yazıçılar  Birliyinin 

üzvü,  Azərbaycan  Dövlət  Nəşriyyatı  –  Azərnəşrin  Baş  redaktoru. 

Birinci  çağırış  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı 

olmuşdur. – 162. 

 

78. Üzeyir bəy  Hacıbəyli, Ü z e y i r   Ə b d ü l h ü s e y n  o ğ- 

l  u  (1885–1948)  –  dahi  Azərbaycan  bəstəkarı,  musiqişünas-alim, 

publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan 

professional  musiqi sənətinin və  milli operasının banisi, SSRİ Xalq 

artisti, SSRİ Dövlət mükafatı laureatı. – 163–167. 

 

79. Mehdi  Hüseynzadə, M e h d i   H ə n i f ə   o ğ l u (1918–

1944)  –  Yuqoslaviyada  və  Şimali  İtaliyada  Müqavimət  hərəkatı 

iştirakçısı,  məşhur  partizan,  Sovet  İttifaqı  Qəhrəmanı.  Mehdi 

Hüseynzadə  partizan  hərəkatında  fəal  iştirak  etmiş  və  hitlerçilərə 




 

371 


qarşı  mübarizədə  cəsurluğu  ilə  əfsanəvi  şöhrət  qazanmışdı.  –  189, 

199–203. 

 

80. Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyənin siyasi və döv-

lət xadimi. R.T.Ərdoğan 1980-ci ildən siyasi fəaliyyətə qoşulmuşdur. 

1994-cü  ilin  martında  İstanbul  Böyük  Şəhər  Bələdiyyəsinin  sədri 

olmuşdur,  Ədalət və İnkişaf Partiyasının  lideridir. 

2002-ci ildə keçirilən növbədənkənar seçkilər nəticəsində Ədalət və 

İnkişaf Partiyası  təkbaşına hakimiyyətə gəlmək imkanı əldə etdi və Ər-

doğan  TBMM-də  Türkiyənin  Baş  naziri,  2014-cü  ilin  sentyabrında 

Türkiyə Cümhuriyyətinin Prezidenti  seçilmişdir. – 205. 

 

81. Belçika, B e l ç i k a   K r a l l ı ğ ı – Qərbi Avropada döv-

lət.  Sahəsi  30,5  min  km

2

,  əhalisi  11,2  milyon  nəfərdir.  Belçika 



konstitusiyalı  monarxiyadır.  Dövlət  başçısı  kral,  qanunverici 

orqanı  ikipalatalı  parlamentdir.  Paytaxtı  Brüssel  şəhəridir.  –  207–

230,232–246,327. 

 

82.  Herman  Van  Rompey  (d.1947)    –  Belçika  siyasətçisi. 

2008–2009-cu illərdə Belçikanın Baş naziri, 2009–2014-cü illərdə 

Avropa Şurasının sədri olmuşdur. – 220–224,234. 

 

83.  Albaniya,  A  l  b  a  n  i  y  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Cənubi 

Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 28,7 min km

2

, əhalisi 3 



milyon nəfərdir. İnzibati cəhətdən 26 retiyə (rayona) bölünür. Dövlətin 

başçısı  prezident,  ali  qanunverici  orqanı  birpalatalı  Xalq  Məclisidir. 

Paytaxtı Tirana şəhəridir.  – 233, 242. 

 

84.  Sali  Berişa  (d.1944)  –  Albaniyanın  dövlət  və  siyasi  xadimi. 

1992–97-ci  illərdə  Albaniya  Respublikasının  Prezidenti,  2005-ci 

illərdə Albaniyanın Baş naziri olmuşdur. – 233,242. 

 

85. Malavi, M a l a v i   R e s p u b l i k a s ı  – Şərqi Afrikada 

dövlət.  Sahəsi  118,5  min  km

2

,  əhalisi  16,7  milyon  nəfərdir.  Dövlət 



başçısı prezidentdir. Paytaxtı Lilonqve şəhəridir. – 255. 

 

86.  Barak  Obama  (d.1961)  –  ABŞ-ın  44-cü  prezidenti  (2008–

2016).  2004–2008-ci  illərdə  Demokratlar  Partiyasından  ABŞ 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə