Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə104/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

 

363 


34. Hayntz  Fişer  (d.1938) – Avstriyanın  dövlət  və  siyasi  xa-

dimi.  Hüquqşünas,  professor.  2004–2016-cı  illərdə  Avstriya  Res-

publikasının  Federal Prezidenti olmuşdur. – 62. 

 

35. Elçin Quliyev, E l ç i n   İ s a ğ a   o ğ l u (d.1967) – hü-

quqşünas,  general-polkovnik.  Bakı  Dövlət  Universitetini  və  Bakı 

Ali  Hərbi  Birləşmiş  Komandirlər  Məktəbini  bitirmişdir.  2002-ci 

ildən  Azərbaycan  Respublikası  Sərhəd  Qoşunları  Komandanıdır. 

«Azərbaycan bayrağı»  ordeni ilə təltif edilmişdir. – 64. 

 

36.  Dmitri  Medvedev  (d.1965)  –  Rusiyanın  dövlət  və  siyasi 

xadimi,  2008–2012-ci  illərdə  Rusiya  Federasiyasının  Prezidenti 

olmuşdur,  2012-ci  ilin  may  ayından  Rusiyanın    Baş  naziridir.  – 

69,88,175,206,226,251,252,343,348. 

 

37. Böyük Britaniya, B ö y ü k  B r i t a n i y a  v ə  Ş i m a - l 

i   İ r l a n d i y a   B i r l ə ş m i ş   K r a l l ı ğ ı   – Qərbi Avropada 

dövlət.  B.Britaniya  adası,  İrlandiya  adasının  şimal-şərq  hissəsi, 

Anqlsi,  Uayt,  Normand,  Orkney,  Hebrid,  Şetlend  adaları  və  bir 

sıra  kiçik  adalardan  ibarətdir.  Sahəsi  244,1  min  km

2

,  əhalisi  64 



milyon  nəfərdir.    İnzibati  cəhətdən  qraflıqlara  və  qraflıq  hüququnda  

olan  şəhərlərə  bölünür.  Böyük  London  xüsusi  inzibati  vahiddir. 

B.Britaniya  parlamentli  monarxiyadır.  Paytaxtı  London  şəhəridir.  – 

70,85–86,340. 

 

38. II  E l i z a b e t  (d.1926) – Böyük Britaniya kraliçası. Vindzor 

sülaləsindəndir. 1952-ci ildə atası VII Georqun ölümündən sonra taxt-

taca sahib olmuşdur. – 70. 

 

39. Portuqaliya, P o r t u q a l i  y a   R e s p u b  l  i k  a s  ı  – 

Cənub-Qərbi Avropanın Pireney yarımadasında dövlət. Sahəsi 92,1 

min km


2

, əhalisi 11 milyon nəfərdir. İnzibati ərazisi 19 mahala və 

iki  muxtar  vilayətə  bölünür.  Dövlət  başçısı  prezident,  ali 

qanunverici  orqanı  birpalatalı  Respublika  Məclisidir.  Paytaxtı 

Lissabon şəhəridir. – 71. 

 

40.  Anibal  Kavaku  Silva  (d.1939)  –  Portuqaliyanın  siyasi 

xadimi. 

2006–2016-cı 

illərdə  Portuqaliya  Respublikasının 



 

364 


Prezidenti, 1985–95-ci illərdə Portuqaliyanın Baş naziri olmuşdur. 

– 71. 


 

41. Filippin, F i l i p p i n   R e s p u b l i k a s ı – Cənub-Şərqi 

Asiyada,  Filippin  adalarında  dövlət.  Sahəsi  300  min  km

2

,  əhalisi 



103 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə və 2 muxtar vilayətə 

bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı 

(Senat  və  Nümayəndələr  Palatası)  parlamentdir.  Paytaxtı  Manila 

şəhəridir. – 72. 

 

42.  III  Beniqno  Akino  (d.1960)  –  siyasətçi.  2010–2016-cı 

illərdə Filippin  Respublikasının Prezidenti olmuşdur. – 72. 



 

43. İsveç, İ s v e ç    K r a l l ı ğ ı – Şimali Avropanın Skan-

dinaviya yarımadasında dövlət. Sahəsi 447,4 min km

2

, əhalisi 10 



milyon  nəfərdir.  İnzibati  ərazisi  24  lenə  bölünür.  Dövlət  başçısı 

kral,  qanunverici  orqanı  parlamentdir  (Riksdaq).  Paytaxtı 

Stokholm şəhəridir. – 73.  

 

44.  XVI  Karl  Qustav (d.1946)  – 1973-cü  ildən İsveç kralı. O, 

həmçinin «Ümumdünya təbiət fondu»nun prezidentidir. – 73. 

 

45. İran,  İ  r  a  n      İ  s  l  a  m      R  e  s p  u b  l  i  k  a s  ı  – Cənub-

Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km

2

,  əhalisi  78,4  mil-



yon  nəfərdir.  İnzibati  cəhətdən  24  ostana  bölünür.  Ali  qanun-

verici  orqanı  4  il  müddətinə  seçilən  Xalq  Şurası  Məclisidir.  Hö-

kuməti Baş nazir təşkil, prezident isə təsdiq edir. Paytaxtı Tehran 

şəhəridir. – 74,292–293. 

 

46. Xamenei,  S e y i d   Ə l i  (d.1939) – İranın dini və dövlət 

xadimi. 1981–89-cu illərdə İranın prezidenti, 1989-cu ildən isə İran 

İslam Respublikasının Ali dini rəhbəridir. – 74. 

 

47. Mahmud Əhmədinejad (d.1956) – 2005–2013-cü illərdə İran 

İslam Respublikasının Prezidenti olmuşdur. – 74,293. 

 

49. Qazaxıstan,  Q  a  z  a  x  ı  s  t  a  n      R  e  s  p  u  b  l  i  k  a  s  ı– 

Avrasiyanın  mərkəzi  hissəsində  dövlət.  Sahəsi  2,7  milyon  km

2




 

365 


əhalisi  17,9  milyon    nəfərdir.  Dövlət  başçısı  prezident,  qanun-

verici orqanı birpalatalı Ali Sovetdir. Paytaxtı Astana şəhəridir. – 

75. 

 

50.  Oljas  Süleymenov  (d.1936)  –  məşhur  qazax  şairi,  dip-



lomat.  Ümumittifaq  Lenin  komsomolu  mükafatı  laureatı.  «Asiya» 

əsəri  ilə  məşhurlaşmışdır.  Hazırda  Qazaxıstan  Respublikasının 

YUNESKO-da daimi nümayəndəsidir. – 75. 

 

51.  Dünya  Bankı  –  BMT-nin  hökumətlərarası  ixtisaslaşdı-

rılmış  idarəsi.  1944-cü  ildə  ABŞ-da  Bretton-Vuds  konfransında 

təsis  olunmuşdur.  İdarə  Heyəti  Vaşinqtondadır.  Məqsədi  inkişaf 

etməkdə  olan  ölkələrin  iqtisadi  və  sosial  dirçəlişinə  kömək 

etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız 

Beynəlxalq  Valyuta  Fondunun  üzvləridir.  Banka  188  dövlət 

daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının 

üzvüdür. – 84. 

 

52. Zivər bəy  Əhmədbəyov, Z i v ə r   b ə y   G ə r a y b ə y  o ğ- 

l  u  (1873–1925)  –Azərbaycan  memarı.  Zivər  bəy  ali  təhsil  almış  ilk  

azərbaycanlı  memardır.  1918–22-ci  illərdə  Bakının  Baş  memarı 

olmuşdur.  Göyçayda  məscid  (1906),  Şamaxıda  «İmam  məscidi» 

(1909),  BakıdaTəzəpir  məscidi,  Göy  məscid  (1912–13),  Bakı  və 

Şamaxıda  bir  sıra  yaşayış  evlərinin  layihələrini  vermişdir.  Zivər  bəy 

Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa 

memarlığı ilə üzvi surətdə əlaqələndirmişdir. – 87. 

 

53. Putin Vladimir  (d.1952) – 2000–2008-ci illərdə Rusiya Fede-

rasiyasının  Prezidenti  olmuşdur.  1975–97-ci  illərdə  bir  sıra  məsul 

vəzifələrdə  çalışmışdır.  1998-ci  ildə  Rusiya  Federasiyası  Prezidenti 

Administrasiyasının  rəhbəri,  1998–99-cu  illərdə  FTX-nın  direktoru, 

1999-cu  ilin  avqustundan  Rusiya  hökumətinin  başçısı,  2008-ci  ilin 

mayında Rusiya  Federasiyasının Baş naziri  təyin  edilmişdir. 2012-ci 

ilin  mart  ayında  yenidən  Rusiya  Federasiyasının  Prezidenti 

seçilmişdir. – 88. 

 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə