Qirx altinci kitab ————— may 2011 İyul 2011


 Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə103/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

 

360 


22. Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə,  A l l a h ş ü- 

k ü r  H ü m m ə t  o ğ l u (d.1949) – 1980-ci ildən Qafqaz Müsəl-

manları  Ruhani  İdarəsinin,  1990-cı  ildən  Qafqaz  Xalqları  Ali 

Dini  Şurasının  sədridir.  Azərbaycan  Respublikasının  «Şöhrət», 

«Şərəf» və «İstiqlal» ordenləri ilə təltif edilmişdir.  – 39–40. 

 

23.  Çexiya,  Ç  e  x  i  y  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Mərkəzi 

Avropada  dövlət.  Sahəsi  78,9  min  km

2

,  əhalisi  10,5  milyon 



nəfərdir.  İnzibati  cəhətdən  7  vilayətə  bölünür.  Dövlət  başçısı 

prezident,  qanunverici  orqanı  ikipalatalı  (Senat  və  Deputatlar 

Palatası) parlamentdir. 1993-cü ildən Çexoslovakiya  Federasiya-

sının fəaliyyəti dayandırıldıqdan sonra Çexiya müstəqil dövlətdir. 

Paytaxtı Praqa şəhəridir.  – 41–61. 

 

24.  Vatslav  Klaus  (d.1941)  –  2003–2013-cü  illərdə  Çexiya 

Respublikasının Prezidenti olmuşdur. – 41–61. 

 

25.  Avropa  İttifaqı  (Aİ)  –  Avropa  dövlətlərinin  ən  iri  inte-

qrasiya birliyi. Aİ-yə 28 dövlət  daxildir.  

Aİ-nin yaradılması haqqında müqavilə 1993-cü ildə Maastrixt-

də  imzalanmışdır.  Aİ  azadlıq,  demokratiya,  insan  hüquqları  və 

azadlıqlarına hörmət, həmçinin hüququn aliliyi prinsiplərinə – üzv 

dövlətlər üçün ümumi olan prinsiplərə əsaslanır. 

Aİ  Avropada iqtisadi inteqrasiyanın daha da inkişaf formasıdır. 

İqtisadi  və  valyuta  ittifaqı  1999-cu  ildən  fəaliyyətə  başlamış  və 

vahid  valyuta  –  avro  dövriyyəyə  buraxılmışdır.  Aİ-nin  üzvləri 

yalnız  Avropa  dövlətləri  ola  bilər.  Avropa  İttifaqı  ilə  əməkdaşlıq 

Azərbaycan 

Respublikasının 

xarici 


siyasətinin 

 

əsas 



istiqamətlərindəndir. – 43,46,47,48,53,59,61,118,119,130,136,137, 172, 

175,177,182,183,188,189,193,197,198,209, 211,212,214,216,217, 220–

224,225,234,241. 

 

26.  Avropa  parlamenti,  A  v  r  o  p  a  r  l  a  m  e  n  t  –  Avropa 

İttifaqının (Aİ) fövqəlmilli institutlarından biri. 1957-ci ildə Avropa 

iqtisadi  inteqrasiya  təşkilatları  çərçivəsində  yaradılmışdır.  Seçmək 

və  seçilmək  hüququndan  Aİ  vətəndaşları  istifadə  edir.  Deputat 

mandatlarının  ümumi  sayı  751-dir.  Plenar  iclasları  Strasburqda, 

komissiyaların işi Brüsseldə keçirilir. Avroparlamentin bütün çağırış-



 

361 


larında başlıca mövqe  Avropa Xalq Partiyasına və Avropa Sosialist 

Partiyasına məxsusdur. Avroparlament məcburi xarakter daşımayan 

qərarlar  verir,  beynəlxalq  problemlərin  müzakirəsi  zamanı  öz  səla-

hiyyətlərindən geniş istifadə edir, qəbul olunan qətnamələr məcburi 

qüvvəyə malik deyildir. Avroparlament Azərbaycan Respublikasının 

Milli  Məclisi  ilə  əməkdaşlıq  edir.  –  47,60,95,  178,214,215–

219,234,278,313. 

 

27. Avropa  Şurası  (AŞ)  –  Avropada  hökumətlərarası  təşki-

lat.  1949-cu  ildə  yaradılmışdır.  Qərargahı  Fransanın  Strasburq 

şəhərində  yerləşir.  AŞ-nın  əsas  məqsədi  Avropada  sülhü  və 

təhlükəsizliyi  qorumaq,  seçki  sistemində  çoxpartiyalılığa  riayət 

etmək,  demokratiyanı  və  insan  hüquqlarını  müdafiə  etmək, 

möhkəmləndirmək,  Avropa  ölkələrinin  mədəniyyətlərinin 

yaxınlaşmasına  çalışmaq  və  s.  ibarətdir.  AŞ-nın  ali  orqanları 

Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin 

Müşavirəsi  və  Katiblikdir.  Azərbaycan  2001-ci  ildən  Avropa 

Şurasının 

üzvüdür. 

– 

47,53,59,95, 



178, 

186,189,190,212,278,313. 

 

28.  Avropa  Şurasının  Parlament  Assambleyası  (AŞPA)  – 

1949-cu ildə yaradılmışdır. AŞPA-ya 47 Avropa ölkəsi daxildir. – 47, 

60,68. 

 

29.  Cənub  qaz  dəhlizi  –  Azərbaycanda  hasil  olunan  enerji-

daşıyıcılarının  Gürcüstan  və  Türkiyə  vasitəsilə  Qərb  bazarlarına 

nəqlini nəzərdə tutur. – 59,131,136,137,182,189,208, 211. 

 

30.  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurası 

(BMTTŞ)  –  BMT-nin  daimi  fəaliyyət  göstərən  mühüm  orqanı. 

BMT-nin  Nizamnaməsinə  görə,  beynəlxalq  sülhün  və  təhlükəsiz-

liyin  qorunmasında  əsas  məsuliyyət  daşıyır.  15  üzvü  var:  5    daimi 

(Çin,  Fransa,  Rusiya,  Böyük  Britaniya,  ABŞ),  10  üzvü  isə  2  il 

müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedu-

ra  məsələlərinə  dair  qərarlar  Şuranın  9  üzvü  səs  verdikdə  qəbul 

olunmuş sayılır. – 60,95,178,190,213,226,237,266, 326. 

 



 

362 


31.  Birləşmiş    Millətlər    Təşkilatı  (BMT)  –  müasir  dünyanın 

ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. 

Əsas  vəzifəsi  beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qorumaq  və 

möhkəmlətmək, 

dövlətlər 

arasında 

əməkdaşlığı 

inkişaf 


etdirməkdir.  BMT-nin  Nizamnaməsi  1945-ci  il  iyulun  26-da  San-

Fransisko konfransında 50 dövlətin nümayəndəsi  tərəfindən imza-

lanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hazırda BMT-

yə 193 dövlət daxildir. 

 BMT-nin  əsas  orqanları  Baş  Məclis,  Təhlükəsizlik  Şurası, 

İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə 

və Katiblikdir. 

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.  

Dövlətimizin  apardığı  uğurlu  xarici  siyasət  nəticəsində  Azər-

baycan  2011-ci  ilin  oktyabr  ayında  BMT-nin  Təhlükəsizlik 

Surasına  qeyri-daimi    üzv  qəbul  olunmuşdur.  –  59,66,135,147, 

182,183,189,231,275,279,313,325–326. 

 

32. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi 

ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük  Britaniya, 

Fransa,  Belçika,  Niderland,  Lüksemburq,  Kanada,  İtaliya, 

Portuqaliya,  Norveç,  Danimarka,  İslandiyanın  imzaladıqları  Şimali 

Atlantika  müqaviləsi  əsasında  yaradılmışdır.  1952-ci  ildə 

Yunanıstan  və  Türkiyə,  1955-ci  ildə  Almaniya  Federativ 

Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava 

Müqaviləsi  Təşkilatı  dağıldıqdan  (1991)  sonra  əvvəllər  sosialist 

ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzv-

lüyə  qəbul  edilmiş,  digər  qismi  isə  ilkin  mərhələ  kimi,  NATO-nun 

«Sülh naminə tərəfdaşlıq» proqramına qoşulmuşlar. Ali orqanı NATO  

Şurasının 

sessiyasıdır. 

Mənzil-qərargahı 

Brüsseldədir. 

– 

60,190,324,345. 



 

33. Avstriya, A v s t r i y a   R e s p u b l i k a s ı  – Mərkəzi 

Avropada,  Dunay  hövzəsində  dövlət.  Sahəsi  83,8  min  km

2



əhalisi  8,66  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident,  qanun-



verici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Vyana şəhəridir. – 

62. 


 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə