Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə99/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

 

345 


 

 

 

NATO-nun BAŞ KATİBİNİN MÜAVİNİ  

QABAR İKLODİN İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

8 iyul 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyulun  8-də  NATO-nun  Baş  katibinin  müavini  Qabar  İklodini 

qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  NATO  arasında  əlaqələrin  uğurla 

inkişaf  etdiyi  vurğulandı,  ölkəmizdə  həyata  keçirilən  birgə 

layihələrin  önəmi  qeyd  olunaraq  Azərbaycan  Respublikası 

Ərazilərinin  Minalardan  Təmizlənməsi  üzrə  Milli  Agentliklə 

NATO-nun  Təchizat  və  Təminat  Agentliyinin  birgə  həyata 

keçirdiyi partlamamış mərmilərin təmizlənməsi layihəsinin başa 

çatmasından məmnunluq ifadə olundu. 

Görüşdə,  həmçinin terrorizmə  qarşı  mübarizə, enerji və  ki-

bertəhlükəsizlik  sahələrində  əməkdaşlığın  daha  da  genişlən-

dirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. 

 

 



 

 

 

 

 

 


 

346 


 

 

 

BEYNƏLXALQ GÜLƏŞ FEDERASİYASININ 

PREZİDENTİ RAFAEL MARTİNETTİN İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı  



 

8 iyul 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyulun 8-də Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael 

Martinettini qəbul etmişdir. 

Görüşdə  ölkəmizdə  idmana  dövlət  səviyyəsində  yüksək 

şəraitin  yaradıldığı  bildirildi,  idmançılarımızın  nüfuzlu  bey-

nəlxalq  yarışlarda  əldə  etdiyi  qələbələr  qeyd  olundu,  Azər-

baycanda  təşkil  edilən  mötəbər  beynəlxalq  idman  yarışlarının 

əhəmiyyətinə  toxunularaq  bu  gün  Bakıda  keçirilən  və  ümum-

milli  lider  Heydər  Əliyevin  xatirəsinə  həsr  olunan  güləş  üzrə 

«Qızıl Qran Pri» beynəlxalq turnirinin önəmi vurğulandı. 

 

 

 



 

 

 


 

347 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ 

OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ 

ÇİNGİZ HÜSEYNZADƏYƏ 

 

Hörmətli Çingiz Hüseynzadə! 



Sizi  –  respublikamızda  olimpiya  hərəkatının  nümayən-

dəsini 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik 

edir,  Sizə  uzun  ömür,  cansağlığı  və  yeni-yeni  uğurlar 

arzulayıram. 

Müstəqil  Azərbaycan  Respublikasının  Milli  Olimpiya 

Komitəsi fəaliyyətə başladığı  vaxtdan  etibarən  Siz  ölkəmizdə 

idmanın  və  olimpiya  hərəkatının  inkişaf  etdirilməsi  işinə 

töhfələr  vermisiniz.  Ötən  illər  ərzində  idmançılarımızın  Yay 

Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanmasında Sizin 

də xidmətiniz vardır. 

Hazırda  dünyada  idman  ölkələrindən  biri  kimi  tanınan 

Azərbaycanın  mötəbər  beynəlxalq  idman  təşkilatları  ilə 

əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsində  məqsədyönlü 

fəaliyyətiniz  təqdirəlayiqdir.  Bu  istiqamətdə  apardığınız 

səmərəli  işlər  Beynəlxalq  Olimpiya  Komitəsi  və  onun  ayrı-

ayrı qurumları tərəfindən lazımınca qiymətləndirilmişdir. 

Ümidvaram  ki,  Siz  respublikamızda  olimpiya  hərəkatının 

genişləndirilməsi  və  inkişaf  etdirilməsi  naminə  bundan  sonra 

da öz bilik və bacarığınızı əsirgəməyəcəksiniz. 

 

İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 11 iyul 2011-ci il 



 

 

 


 

348 


 

 

 

RUSİYA FEDERASİYASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB DMİTRİ MEDVEDEVƏ 

 

Hörmətli Dmitri Anatolyeviç! 



«Bulqariya»  teploxodunun  qəzaya  uğraması  nəticəsində 

çoxsaylı  insan  tələfatı  haqqında  xəbər  məni  dərindən 

kədərləndirmişdir. 

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak 

olanların  doğmalarına  və  yaxınlarına,  bütün  Rusiya  xalqına 

dərin  hüznlə  başsağlığı  verirəm.  Zərər  çəkənlərin  tezliklə 

sağalmasını arzulayıram. 

 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 11 iyul 2011-ci il 



 

 

 

 

 

 

 

 


 

349 


 

 

 

UKRAYNA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB VİKTOR YANUKOVİÇƏ 

 

Hörmətli Viktor Fyodoroviç! 



Rovno  vilayətində  qocalar  evində  yanğın  nəticəsində 

insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. 

Sizə,  həlak  olanların  doğmalarına  və  yaxınlarına  dərin 

hüznlə başsağlığı verirəm. 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 11 iyul 2011-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə