Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə98/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

 

341 


 

 

 

BAKININ ŞƏHƏRƏTRAFI QƏSƏBƏLƏRİNİN 

SOSİAL-İQTİSADİ İNKİŞAFI İLƏ BAĞLI  

XƏZƏR RAYONUNDA GÖRÜLMÜŞ İŞLƏRLƏ 

TANIŞLIQ 

 

7 iyul 2011-ci il 

 

Azərbaycan  prezidenti İlham  Əliyevin  sədrliyi ilə  martın 



9-da  Bakı  Şəhər  İcra  Hakimiyyətində  şəhərətrafı  qəsəbələrin 

sosial-iqtisadi  inkişafına  həsr  olunmuş  müşavirə  keçirilmişdi. 

Həmin  müşavirədə  dövlətimizin  başçısı  şəhərətrafı  qəsəbələrin 

sosial-iqtisadi  inkişafı  ilə  bağlı  tapşırıqlar  vermişdi.  Bu 

tapşırıqların  icrası  ilə  yerində  tanış  olmaq  üçün  prezident 

İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsinə 

gəlmişdir. 

Prezident  İlham  Əliyev  əvvəlcə  magistral  yolun  kənarında 

yerləşən  çoxmərtəbəli  yaşayış  binalarında  görülmüş  üzlənmə 

işlərinə baxdı. 

Diqqətə çatdırıldı ki, binaların həyətlərindəki köhnə istirahət 

yerləri müasirləşdirilir, bəzi məhəllələrdə yeniləri yaradılır. Bu 

zaman  istirahətin  rəngarəngliyi  də  nəzərə  alınır.  Belə  ki,  yeni 

quraşdırılan  maraqlı  uşaq  əyləncə  qurğuları,  idman 

meydançaları balaca sakinlərin ürəyincədir.  

Qəsəbədə  aparılan  abadlıq  və  yenidənqurma  işləri  ilə 

tanışlıqdan sonra dövlət başçısı sakinləri salamladı.  

İ l h a m   Ə l i y e v: Salam, xoş gördük. Necəsiniz, işlər 

necə gedir?  



S a k i n l ə r: Çox sağ olun, minnətdarıq. Xoş gəlmisiniz, 

cənab Prezident! 



İ l h a m   Ə l i y e v: Bu binalar çox gözəlləşib. Həm xarici 

gözəldir,  həm  girişlər,  dam  örtükləri,  liftlər  təzələnib.  Park 

abadlaşdırılıb. Uşaqlar üçün idman meydançası yaradılıb. 



 

342 


S a k i n l ə r: Görülən bərpa işləri Sizin bizə yeni hədiyyə-

nizdir. Allah Sizdən razı olsun. Burada həm böyüklər, həm də 

uşaqlar  üçün  çox  gözəl  şərait  yaradılıb.  Ona  görə  də  bütün 

sakinlər adından Sizə dərin təşəkkürümüzü bildiririk. 



İ l h a m   Ə l i y e v: Bu evlər təmir olunub. İndi o tərəfdəki 

evlər də təmir edilir. Hər tərəf – şəhərin mərkəzi də, kənarı da 

gözəl, abad olmalıdır. Bilirsiniz ki, bütün qəsəbələrdə quruculuq 

işləri aparılır, yollar salınır, yeni məktəblər, xəstəxanalar tikilir, 

binalar təmir olunur. Bu binalar indi gözəllik nümunəsidir. 

Dövlətimizin  başçısı  görülmüş  işlərdən  razılığını  bildirdi, 

tövsiyə və tapşırıqlarını verdi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

343 


 

 

 

RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ  

SERGEY LAVROV İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

8 iyul 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

iyulun  8-də  Rusiya  Federasiyasının  Xarici  İşlər  naziri  Sergey 

Lavrovu qəbul etmişdir. 

Dövlət  başçısı  Rusiya  Federasiyasının  Xarici  İşlər  naziri 

Sergey  Lavrovun  ölkəmizə  bu  səfərinin  Kazan  görüşü  zamanı 

müzakirə  edilən  məsələlərlə  əlaqədar  olmasının  önəmini  qeyd 

etdi.  İkitərəfli  əlaqələrin  inkişaf  səviyyəsinin  çox  böyük  razılıq 

doğurduğunu  deyən  prezident  İlham  Əliyev  bu  münasibətlərin 

ölkələrimiz və region üçün vacib olduğunu vurğuladı. Prezident 

İlham  Əliyev  dinamik  və  uğurla  inkişaf  edən  ikitərəfli 

münasibətlərimizin  gündəliyini  bir  daha  müzakirə  etmək  üçün 

səfərin yaxşı imkan yaratdığını dedi. 

Xarici  İşlər  naziri  Sergey  Lavrov  Rusiya  Federasiyasının 

Prezidenti  Dmitri  Medvedevin  salamlarını  dövlətimizin  başçısına 

çatdırdı.  O,  Kazanda  Rusiya,  Azərbaycan  və  Ermənistan  prezi-

dentlərinin  ATƏT-in  Minsk  qrupunun  Rusiyadan,  ABŞ  və 

Fransadan  olan  həmsədrlərinin  iştirakı  ilə  Ermənistan–Azərbay-

can,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizama  salınması  ilə  bağlı 

keçirilən  müzakirələrin  nəticəsi  olaraq  məsələnin  həlli  ilə  bağlı 

Rusiya  prezidenti  Dmitri  Medvedevin  Azərbaycan  və  Ermənistan 

prezidentlərinə  müraciət  hazırladığını  dedi  və  həmin  müraciəti 

dövlətimizin başçısına çatdırdı. 

Dövlətimizin  başçısı  İlham  Əliyev  prezident  Dmitri  Med-

vedevin  salamlarına  görə  minnətdarlığını  bildirdi,  onun  da 

salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi. 


 

344 


 

 

 

BELARUS RESPUBLİKASININ  BAŞ NAZİRİ  

MİXAİL MYASNİKOVİÇ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

8 iyul 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyulun  8-də  Belarus  Respublikasının  Baş  naziri  Mixail  Myas-

nikoviçi qəbul etmişdir. 

Dövlətimizin  başçısı  ölkələrimiz  arasında  ikitərəfli  müna-

sibətlərin  uğurla  və  dinamik  şəkildə  inkişaf  etdiyini  vurğula-

yaraq  Azərbaycanın  Belarusla  bütün  sahələrdə  əməkdaşlığı 

genişləndirməkdə maraqlı olduğunu dedi.  

Gəncə  avtomobil  zavodunda  Azərbaycan  ilə  Belarusun  birgə 

layihələrinin  uğurla  həyata  keçirildiyini  vurğulayan  dövlətimizin 

başçısı  bunu  iqtisadi  əlaqələrimizin  yaxşı  göstəricisi  kimi  də-

yərləndirdi.  Belarusun Azərbaycana dost dövlət olduğunu və ölkə-

lərimizin  bütün  qurumları  arasında  yüksək  səviyyədə  əlaqələrin 

yaradıldığını  qeyd  edən  prezident  İlham  Əliyev  Mixail  Myasni-

koviçin  respublikamıza  səfərinin  əlaqələrimizin  daha  da  inkişaf 

etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi. 

Baş nazir Mixail Myasnikoviç Belarus prezidenti Aleksandr 

Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. Baş 

nazir  ölkələrimiz  arasında  həyata  keçirilən  birgə  layihələrə,  o 

cümlədən  Gəncə  avtomobil  zavodunda  Azərbaycan  ilə 

Belarusun birgə həyata keçirdiyi layihələrə verdiyi dəstəyə görə 

Prezident  İlham  Əliyevə  minnətdarlıq  etdi.  O,  Gəncədəki 

müəssisədə  olarkən  yeni  istehsal  sahələrinin  açılışında  iştirak 

etdiyini vurğuladı. 

Dövlətimizin  başçısı  Belarus  prezidenti  Aleksandr  Luka-

şenkonun  salamlarına  görə  minnətdarlığını  bildirdi,  onun  da 

salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə