Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə101/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

 

354 


«Xüsusi  qonaq»  statusu  almış,  2001-ci  il  yanvarın  25-də  isə  onun 

tamhüquqlu üzvü olmuşdur. 

H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın  yüksək siyasi fəallığı 

şəraitində keçirilən seçkilərdə yekdilliklə yenidən prezident seçildi. 

H.Əliyev  bir  sıra  beynəlxalq  mükafatlara,  o  cümlədən  Beynəl-

xalq  Atatürk    Sülh  Mükafatına,  müxtəlif  ölkə  universitetlərinin 

Fəxri  doktoru  adına  və  digər  yüksək  nüfuzlu  fəxri  adlara  layiq 

görülmüşdür.  –  8–19,92,133,155,157,159,161,  262,263,282,  290, 

306, 308,309,310,312,322,330. 

 

5. Mehriban Əliyeva, M e h r i b a n  A r i f  q ı z ı (d.1964) – 

ictimai  və  siyasi  xadim,  fəlsəfə  doktoru,  Azərbaycan  Respub-

likasının Birinci vitse-prezidenti, prezident İlham Əliyevin həyat 

yoldaşı.  1988-ci  ildə  M.Seçenov  adına  1-ci  Moskva  Dövlət  Tibb 

İnstitutunu bitirmişdir. 1988–92-ci illərdə akademik M.Krasnovun 

rəhbərliyi  altında  Moskva  Elmi-Tədqiqat  Göz  Xəstəlikləri 

İnstitutunda işləmişdir. 1995-ci ildə Mehriban Əliyeva «Azərbay-

can  Mədəniyyətinin  Dostları»  xeyriyyə  fondu  yaratmışdır. 

Fəaliyyətə başladığı ilk gündən fond  milli mədəniyyətimizin inki-

şafı,  təbliği,  tanınması  üçün  xeyli  işlər  görmüşdür.  1996-cı  ildə 

fond  Azərbaycan  mədəniyyətini  xarici  ölkələrdə  geniş  təbliğ 

etmək üçün üç dildə – Azərbaycan, rus və ingilis dillərində çıxan 

«Azərbaycan–İrs»  jurnalını  təsis  etmişdir.  2004-cü  ildən  Meh-

riban  Əliyeva  Azərbaycan  xalqının  ümummilli  liderinin  zəngin 

irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin milli dövlətçilik 

ideyalarını  yeni  nəsillərə  aşılamaq  məqsədilə  yaranmış  Heydər 

Əliyev Fonduna başçılıq  edir. 

Mehriban  Əliyevanın  təşəbbüsü  ilə  Heydər  Əliyev  Fondu 

respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb bi-

naları  tikdirmiş  və  təmir  etdirmişdir.  Onun  keçirdiyi  xeyriyyə 

aksiyaları    şəkər,  talassemiya    və  anemiya  xəstəliklərindən  əziy-

yət çəkən Azərbaycan uşaqlarına  yardım məqsədilə təşkil olunur.  

Azərbaycanın  şifahi  xalq  yaradıcılığı  və  musiqi  irsinin  qo-

runub  saxlanılması  və  inkişaf  etdirilməsi  sahəsindəki  yorulmaz 

işlərinə  görə  Mehriban  Əliyeva  YUNESKO  və  İSESKO-nun 

Xoşməramlı səfiri seçilmişdir. 



 

355 


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005-ci ildən 

Milli  Məclisin  deputatıdır.  Mehriban  Əliyeva  ölkəmizdə  təhsil 

sisteminin  inkişafına,  milli-mədəni  irsimizin  qorunub  sax-

lanılmasına  və  dünyada  təbliğinə,  xarici  ölkələrdə  xalqımızın 

müsbət  imicinin  möhkəmlənməsinə,  genişmiqyaslı  xeyriyyəçilik 

işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda keçirilən ilk Av-

ropa  oyunlarının  Təşkilat  Komitəsinin  sədri  olmuş,  oyunların  

yüksək  səviyyədə  keçirilməsində  müstəsna  xidmətlərinə  görə 

«Heydər  Əliyev»  ordeni  ilə  təltif  edilmişdir.  –  8,9,10,11–13,32–

33,40,111,128,232,233,246,262,281, 286,294,304. 

 

6. Zərifə xanım Əliyeva,  Z ə r i f ə   Ə z i z  q ı z ı (1923–1985) – gör-

kəmli  Azərbaycan  oftalmoloqu.  Tibb  elmləri  doktoru,  professor, 

Azərbaycan  Milli  EA-nın  akademiki,  Rusiya  Tibb  EA-nın 

akademiki,  Azərbaycan  Respublikasının  Əməkdar  elm  xadimi. 

Görkəmli  siyasi  və  dövlət  xadimi  Əziz  Əliyevin  qızı,  ulu  öndər 

Heydər  Əliyevin  həyat  yoldaşı,  prezident  İlham  Əliyevin 

anasıdır.  Zərifə  xanımın  Azərbaycanda  oftalmologiya  elminin 

inkişafında  müstəsna  xidmətləri  var.  O,  vaxtilə  Azərbaycanda 

geniş  yayılmış  traxomanın,  dünya  təcrübəsində  birincilər 

sırasında  peşə,  xüsusilə  kimya  və  elektron  sənayelərində  peşə 

fəaliyyəti  ilə  bağlı göz  xəstəliklərinin  öyrənilməsi,  profilaktikası 

və  müalicəsinə,  habelə  oftalmologiyanın  müasir  problemlərinə 

dair  bir  çox  sanballı  tədqiqatların  müəllifidir.  Həmçinin  yüksək 

ixtisaslı  səhiyyə  kadrları  hazırlanmasına  böyük  əmək  sərf 

etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Hey-

ətinin,  Sovet  Sülhü  Müdafiə  Komitəsinin,  Azərbaycan  Oftalmo-

logiya  Cəmiyyəti  İdarə  Heyətinin,  «Vestnik  oftalmologii» 

(Moskva)  jurnalı  redaksiya  heyətinin  üzvü  olmuşdur.  Yüksək 

elmi  nailiyyətlərinə  görə  SSRİ  Tibb  EA-nın  M.İ.Averbax  adına 

mükafatına layiq görülmüşdür. – 8,9,10, 11–13,308. 

 

7.  Tamerlan Əliyev, T a m e r l a n   Ə z i z  o ğ l u  (1921–

1997) – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar 

elm  xadimi.  Dövlət  mükafatı  laureatı,  tibb  elmləri  doktoru, 

professor.  




 

356 


Professor Tamerlan Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 

12  monoqrafiyanın,  dərslik  və  dərs  vəsaitlərinin,  metodiki 

tövsiyələrin,  səmərələşdirici  təklif  və  ixtiraların,  həmçinin  çoxsaylı 

elmi-kütləvi məqalələrin müəllifi olmuşdur. – 8. 

 

8. Hacıbala  Abutalıbov,  H a c ı b a l a  İ b r a h i m   o ğ l u 

(d.1944) – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Fizika-riyaziyyat 

elmləri doktorudur. Azərbaycan Respublikasının «Şərəf» ordeni ilə təltif 

edilmişdir. – 9,11,23,76,82,87,108,140,204. 

 

9. İSESKO – elm, təhsil və mədəniyyət  məsələləri üzrə islam 

təşkilatı. 1979-cu ildə təşkil edilmişdir. İSESKO-nun Baş direktoru 

Əbdüləziz  bin  Osman  əl-Tüveycridir.  Azərbaycan  dövləti 

İSESKO  ilə  yaxından  əməkdaşlıq  edir  və  islam  aləmində 

mədəniyyət  abidələrinin  qorunması  prinsipini  dəstəkləyir.  –  

11,20,233,262,292. 

 

10.  YUNESKO  –  BMT-nin  maarif,  elm  və  mədəniyyət  işlə-

rinə  baxan  hökumətlərarası  təşkilat.  1945-ci  ilin  noyabrında 

yaradılmış,  1946-cı  ildən  fəaliyyətə  başlamışdır.  Ali  orqanı  iki 

ildən  bir  çağırılan  konfransdır.  Katibliyi  Parisdədir.  Azərbaycan 

1992-ci ildən YUNESKO-nun üzvüdür. – 11,20,233, 262,294. 

 

11. Heydər Əliyev Fondu – qeyri-hökumət, qeyri-kommersiya 

təşkilatı.  Rəsmi  açılışı  10  may  2004-cü  ildə  olmuşdur.  Heydər 

Əliyev  Fondunun  prezidenti  YUNESKO  və  İSESKO-nun 

Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı,  Azərbaycanın  Birinci 

vitse-prezidenti Mehriban Əliyevadır. 

Fondun  yaradılmasında  məqsəd  ümummilli  lider  Heydər 

Əliyevin  xatirəsinə  ehtiramı  ifadə  etmək,  Heydər  Əliyev  siyasi 

məfkurəsinin  həmişəyaşar  səciyyəsini  əks  etdirmək,  Heydər 

Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima 

aşılamaq olmuşdur. 

Fondun  prezidenti  onun  səlahiyyətli  qanuni  nümayəndəsidir. 

Fondun  işinə  bilavasitə  rəhbərlik  icraçı  direktora  aiddir.  Fondun 

nəzdində  Ekspert  Şurası  və  digər  qurumlar  fəaliyyət  göstərir.  – 

11,32,49,280,294. 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə