Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə100/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

 

350 


 

 

 

TÜRKMƏNİSTAN RESPUBLİKASININ  

PREZİDENTİ  ZATİ-ALİLƏRİ  

CƏNAB QURBANQULU BERDIMƏHƏMMƏDOVA 

 

Hörmətli Qurbanqulu Məlikquliyeviç! 



Abadan  şəhərində  baş  vermiş  partlayışlar  nəticəsində 

insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. 

Sizə,  həlak  olanların  ailələrinə  və  yaxın  adamlarına  dərin 

hüznlə başsağlığı verirəm. 

 

Allah rəhmət eləsin! 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 11 iyul 2011-ci il 



 

 

 



 


 

351 


 

 

 

 

 

QEYDLƏR 

 

1. İkinci dünya müharibəsi (1939–45) – Almaniya, İtaliya və 

Yaponiya  tərəfindən  başlanmış  böyük  müharibə.  İkinci  dünya 

müharibəsi  1939-cu  il  sentyabrın  1-də  Almaniyanın  Polşaya 

girməsi  ilə  başlandı.  Sentyabrın  3-də  Böyük  Britaniya  və  Fransa 

Almaniyaya  müharibə  elan  etdi.  1940-cı  ilin  ortalarından  alman 

qoşunları  Danimarka,  Norveç,  Belçika,  Niderland,  Lüksemburq, 

sonra isə Fransanı işğal etdi.  

1941-ci  il  iyunun  22-də  Almaniya  SSRİ-yə  qarşı  müharibəyə 

başladı. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vu-

ruşmalarında qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı.  

1945-ci  il  mayın  2-də  sovet  ordusu    Berlini    aldı.  Mayın  8-də 

Karlsxorstda  (Berlin  yaxınlığında)  Almaniyanın  danışıqsız  təslim 

olması haqqında akt imzalandı. 

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də im-

zalandı. Bununla İkinci dünya müharibəsi qurtardı. İkinci dünya mü-

haribəsində 62 ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin 

silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 mil-

yon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. – 

5–7,189,202. 

 

2. Həzi Aslanov, H ə z i   Ə h ə d   o ğ l u (1910–1945) – tank 

qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı. 

Böyük  Vətən  müharibəsinin  ilk  günlərindən  döyüşlərdə  iştirak  edən 

H.  Aslanov  Stalinqrad  vuruşmasında,  feldmarşal  Manşteynin  tank 

ordusunun  darmadağın  edilməsində  xüsusi  məharət  göstərmişdir. 

1944-cü  ildə  H.  Aslanovun  35-ci  qvardiya  tank  briqadası  Belorusi-

yanı,  Pribaltika  respublikalarını  azad  etmək  uğrundakı  vuruşmalarda 

xüsusilə  fərqlənmişdi.  H.  Aslanov  1945-ci  il  yanvar  ayının  24-də 

Latviyanın  Liepay  şəhəri  yaxınlığındakı  vuruşmada  qəhrəmancasına 

həlak olmuşdur. – 6. 

 



 

352 


3. Qafur Məmmədov,  Q a f u r   N ə s i r   o ğ l u (1922–1942) – 

Sovet  İttifaqı  Qəhrəmanı.  Tuapse  şəhəri  uğrunda  gedən  döyüşlərdə  

qəhrəmancasına vuruşaraq həlak olmuşdur. – 7. 

 

4. Heydər Əliyev, H e y d ə r  Ə l i r z a  o ğ l u (1923–2003) –  

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın 

ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respubli-

kasının  Prezidenti  (1993–2003),  iki  dəfə  Sosialist  Əməyi  Qəhrə-

manı. 


1964-cü  ildə  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Dövlət 

Təhlükəsizlik  Komitəsi  sədrinin  müavini,  1967-ci  ildə  isə  sədri 

vəzifəsinə irəli çəkilmişdir. 

Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  iyul 

(1969)  plenumunda  Heydər  Əliyev  MK-nın  Büro  üzvü,  Azərbaycan 

KP MK-nın Birinci katibi seçilmişdir.  

H.Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  ilk    illərdən  əhatəli 

iqtisadi  konsepsiya  hazırlanmış,  yeni  istehsal  sahələri  yaradılmış, 

Azərbaycanın  iqtisadi  potensialı  güclənmişdir.  H.Əliyevin  respubli-

kaya  bilavasitə  rəhbərlik  etdiyi  dövrdə  (1969–82-ci  illər)  idarəetmə 

mexanizminin  və  metodlarının  təkmilləşdirilməsi,  əmək  və  ictimai-

siyasi  fəallığın  artırılması,  kənd  təsərrüfatının  inkişafında  yüksək 

göstəricilər əldə edilməsi, azərbaycançılıq  məfkurəsinin,  milli ruhun, 

milli  özünüdərkin  yüksəlişi,  müstəqil  dövlətçilik  ideyalarının 

güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdür. 

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi 

Komitəsinin  üzvü, 1976-cı ilin martında Sov.İKP MK Siyasi Bürosu 

üzvlüyünə  namizəd,  1982-ci  ilin  noyabrında  isə  Siyasi  Büro  üzvü 

seçilmiş  və  eyni  zamanda,  SSRİ  Nazirlər  Soveti  sədrinin  Birinci  

müavini təyin edilmişdir. 

H.Əliyev  Moskvada  işlədiyi  dövrdə  də  həmişə  Azərbaycanı 

düşünmüş,  onun  taleyi  ilə  yaşamış,  doğma  respublikanın  dünyada 

tanıdılması üçün əlindən gələni etmişdir. 

H.Əliyev  1990-cı  ilin  20  yanvarında  sovet  qoşunlarının  Bakıda 

törətdiyi  qanlı  faciəni  qətiyyətlə  pisləmiş  və  Azərbaycanın 

Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir. 

H.Əliyev  1990-cı  ilin  iyulunda  Azərbaycana  qayıtmış,    əvvəlcə 

Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamışdır.  O,  1991–93-cü  illərdə 




 

353 


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Res-

publikası  Ali  Sovetinin  sədr  müavini  olmuş,  Ali  Sovetin  sessiyala-

rında  fəal  iştirak  etmiş,  Azərbaycanda  mövcud  ictimai-siyasi  

vəziyyəti  həmişə  obyektiv  təhlil  etmiş,  mühüm  prinsipial  fikirlər 

söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış 

və  təqsirkarların  dəqiq  ünvanını  göstərmişdir.  1993-cü  ilin  may–

iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  başıpozuqluğun 

kulminasiya  nöqtəsinə  çatması  ilə  ölkədə  vətəndaş  müharibəsi 

və  müstəqilliyin  itirilməsi  təhlükəsi  yarandıqda  Azərbaycan 

xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı 

və  Azərbaycanın  o  zamankı  dövlət  rəhbərliyi  onu  rəsmən 

Bakıya  dəvət  etməyə  məcbur  oldu.  H.Əliyev  iyunun  15-də 

Azərbaycan  Ali  Sovetinin  sədri  seçildi,  iyulun  24-də  Milli 

Məclisin  qərarı  ilə  Azərbaycan  Respublikası  Prezidentinin 

səlahiyyətlərini həyata keçirməyə başladı.  

1993-cü  il  oktyabrın  3-də  ümumxalq  səsverməsi  nəticəsində 

H.Əliyev  Azərbaycan  Respublikasının  Prezidenti  seçildi.  H.Əli-

yevin  Azərbaycan  rəhbərliyinə  qayıdışı  ilə  ölkənin  ictimai-siyasi, 

sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəlxalq 

norma  və prinsiplərə uyğun  müstəqil  dövlət quruculuğu  prosesi 

başlandı. Dövlətimizin xarici siyasəti, eləcə də dünyanın aparıcı 

dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara 

əsaslanan xətlə inkişaf etməyə başladı. Dağlıq Qarabağ münaqi-

şəsinin  həllində  ilk  mərhələ  kimi,  cəbhə  xəttində  atəşkəs  elan 

edilməsinə  nail  olundu.  H.  Əliyevin  fəal  diplomatiyası  nəticə-

sində ATƏT-in  Lissabon sammitində (1996)  bu  beynəlxalq  təş-

kilatın  54  üzvündən  53-ü  (Ermənistandan  başqa)  Dağlıq  Qara-

bağ  probleminin  həllində  Azərbaycanın  mənafeyinə  uyğun  

prinsipləri açıq şəkildə müdafiə etdi. 

1994-cü  ilin sentyabrında Bakıda dünyanın aparıcı neft  şirkətləri 

ilə «Əsrin müqaviləsi» adı almış mühüm  müqavilələr  bağlandı. 

 1999-cu  ilin  aprelində  GUÖAM  birliyinin  geniş  bir  məkanda 

yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur. 

H.Əliyevin  «İnsan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 

haqqında» fərmanı Azərbaycanın dünyaya və Avropaya inteqrasiyası 

prosesinin  sürətləndirilməsinə  geniş  imkanlar  yaratdı.  Məhz  bunun 

nəticəsində  Azərbaycan  1996-cı  ilin  iyunundan  Avropa  Şurasına  



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə