Qlobal iqlim



Yüklə 20,97 Kb.
tarix13.10.2023
ölçüsü20,97 Kb.
#127348
Sual111


This is a class lecture. Prepare 20 challenging and interesting questions based on the lecture here. And write the answers to the questions.
İqlimin formalaşması təkcə Yerin günəş şüaları ilə qızması nəticəsində baş vermir. Proses sözdə əks əlaqə ilə mürəkkəbləşir. Onlardan biri temperatur və istixana effektinin intensivliyi arasında əks əlaqədir. Belə ki, əgər temperatur yüksəlirsə, o zaman havada nəmlik artır, bu da öz növbəsində səthdən yüksələn infraqırmızı şüalanmanı daha da bloklayır və bu, temperaturun daha da yüksəlməsinə təsir göstərir. Beləliklə, özünü gücləndirən bir proses var. İqlim əlaqəsinin başqa bir nümunəsi albedo, onun mahiyyəti ondan ibarətdir ki, yer səthinin temperaturunun normadan aşağı düşməsi qitələrdə dəniz buzunun və qar örtüyünün sərhədinin aşağı enliklərə doğru dəyişməsinə səbəb olur. Qar və buzun tutduğu ərazinin artması yaxşı əks etdirici xüsusiyyətlərə malik yer səthinin nisbi nisbətini artırır, albedonun artması isə günəş radiasiyasının axını azaldır və temperaturu aşağı salır. Temperaturun azalması bu prosesi yenidən aktivləşdirir və s.
Qlobal iqlim.
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişmələri artıq baş verir və onun fəsadları özünü biruzə verir. Belə ki, İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 4-cü Hesabatında göstərildiyi kimi son 100 ildə Yer kürəsində orta illik temperatur 0,80C artmış, Okeanın səviyyəsi 15-25 sm qalxmış və okeanların qızma dərinliyi 3000 metrə çatmışdır. Hesabatda qeyd olunur ki, Yer kürəsində 1,6Vt/m2 artıq enerji qalır ki, bu da okeanların və yer səthinin qızmasına sərf olunur. Bu enerjinin yalnız 1/5 hissəsi təbii amillər hesabına baş verir. Yerdə qalanı isə antropogen mənşəlidir. Antropogen təsirlərin əsas səbəbi troposferin yuxarı qatında yerləşən İstilik Effekti Yaradan Qazlardır(İEYQ). Bunlardan Karbon qazının konsentrasiyası
son 100 ildə 1,4 dəfə, Metan qazının konsentrasiyası 2 dəfə, Azot 1-oksidin konsentrasiyası isə 20-25% artmışdır. Bundan əlavə keçən əsrin 50-ci illərindən başlayaraq hidroxlorfülorkarbonların atmosferdə konsentrasiyası sürətlə artmağa başlamış, halbuki bundan əvvəlki dövrlərdə atmosferdə bu qazlar müşahidə olunmamışdır. Yer səthində qalan artıq enerjinin qeyri-bərabər paylanması nəticəsində son 10 illiklərdə Təhlükəli Hidrometeoroloji Hadisələrin tezliyi və amplitudası artmışdır. Belə ki, Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, su basmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və sairə daha tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara səbəb olur. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperatur 1,1-1,30C artması müşahidə olunmuşdur. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır. Buna səbəb isə bu ərazilərdə aylıq yağış normalarının bir neçə gün ərzində düşməsi olmuşdur. Son illərdə, yəni 2003 və 2010-cu illərdə Kür və Araz çaylarının daşması nəticəsində çoxlu kəndlər dağılmış, əkin sahələri və mal-qara tələf olmuşdur. Azərbaycan ərazisində baş verən güclü küləklər nəticəsində elektrik və rabitə xətlərinin qırılması müşahidə olunmuşdur. Qlobal və regional İqlim Dəyişmələri ssenarilərinə əsasən 2100-cü ilə qədər Yer kürəsində orta temperaturun artması gözlənilir. Orta temperaturun 20C qədər artması daha ciddi fəlakətlərə səbəb ola bilər. Hedli mərkəzinin araştırmalarına görə yer səthində orta illik temperaturun 20C artması şimala doğru temperaturun daha çox (3-70C) artmasına gətirib çıxara bilər ki, bu da buzlaqların daha sürətlə əriməsinə səbəb olacaqdır. Hendli mərkəzinin araşdırmalarına görə ən təhlükəli ərazilər Şimali Amerika, Qərbi Avropa, Hind-Çin yarımadası, Afrika qitəsinin bəzi əraziləri və okeanlardakı adalar göstərilir. Azərbaycan ərazisi üçün İqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin görülməsi ən prioritet məsələlərdən biridir. Bu məqsədlə qarşıdakı illərdə Azərbaycan Respublikasının İqlim dəyişmələri üzrə 3-cü milli məlumatları çərçivəsində uyğunlaşma üzrə Milli Fəaliyyət Proqramının hazırlanması nəzərdə tutulur. Ən vacib məsələlərdən biri də Təhlükəli Hidrometeoroloji Hadisələrə qabaqcadan xəbərdarlıq üzrə avtomatlaşdırılmış sistemin qurulmasıdır.
İqlim əmələ gətirən proseslər
İqlimin formalaşmasına xeyli sayda amillər təsir göstərsələrdə, günəş radiasiyası, atmosferin ümumi dövranı və səth örtüyünün səciyyəsi ən mühüm iqlim yaradıcı amillərdən hesab olunurlar. Bunlardan əlavə, atmosfer proseslərində daima iştirak edən və yerin iqliminin formalaşmasında çox mühüm əhəmiyyəti olan aşağıdakı amillər də həmin prosesdə fəal iştirak edirlər. Bunlar istilik dövranı ilə rütubət dövranıdır. Özlüyündə iqlim əmələ gətirən bu proseslər bir-birilə sıx və qarşılıqlı əlaqədədirlər. Məsələn, fəal səth örtüyünə və həmçinin atmosferin istilik rejiminə buludluq (düz günəş şüalarının qarşısını kəsməklə) əhəmiyyətli dərəcədə təsir göstərir. Buludlar isə rütubət dövranının ünsürlərindən (elementlərindən) biri olsalar da onun əmələ gəlməsi eyni zamanda atmosferin və yer səthinin istilik rejimindən asılıdır. Yer səthinin və atmosferin istilik rejimi isə öz növbəsində istilik adveksiyasından, daha doğrusu, atmosferin ümumi sirkulyasiyasından asılıdır. Ümumi sirkulyasiya isə hər şeydən əlavə, buludların və su buxarının bir yerdən digər ərazilərə yerdəyişməsinə səbəb olur. Bununla da o, rütubət dövranına və rütubət dövranı vasitəsilə də istilik şəraitinə təsir göstərir.
İqlimin hər bir tərkib hissəsinin rejimi məhz yuxarıda qeyd olunan iqlim əmələ gətirən proseslərin birgə təsirinin nəticəsidir. Məsələn, Yer kürəsi üzrə yağıntıların coğrafi paylanması bilavasitə rütubət dövranının təsiri nəticəsində baş verir. Eyni zamanda yağıntıların rejiminə atmosferin və fəal səthin istilik şəraiti də əhəmiyyətli dərəcədə təsir göstərir. Buxarlanma prosesinin özü də istilik şəraitilə əlaqədardır.
Bundan əlavə, havanın rütubət tutumuna və istilik şəraitinə atmosferin ümumi sirkulyasiyasındakı istilik və rütubət adveksiyası1 da xeyli təsir göstərir. Kondensasiya prosesi üçün lazım olan havanın yuxarı qalxması, buludların əmələ gəlməsi, yağıntıların düşməsi və həmçinin, yağıntıların iqlim rejiminin yaranması, əsasən atmosferin ümumi sirkulyasiyası prosesində baş verir.
- Günəş radiasiyası. Yuxarıda qeyd olunduğu kimi əsas iqlim əmələ gətirən amillər günəş radiasiyası, atmosferin sirkulyasiyası və səth örtüyünün səciyyəvi xüsusiyyətləridir. İqlim əmələgətirən bu amillər içərisində isə günəşin şüa enerjisinin payı daha çoxdur. Özlüyündə o, ən mühüm iqlim əmələ gətirən amil funksiyasını yerinə yetirir, yer səthində qeyri-bərabər paylanır. Buna səbəb yerin həqiqi fiqurunun kürəvari formaya malik olması, onun coğrafi enliklər üzrə ekvatordan qütblərə doğru girdələşməsi, yerin öz oxu və günəş ətrafında dövr etməsi, xəyali oxunun orbit müstəvisinə meyilli olması, günəş radiasiyasını keçirən atmosfer təbəqəsinin vəziyyəti və s. amillərdir. Yer səthində günəş radiasiyasının qeyri-bərabər paylanması yer kürəsinin müxtəlif coğrafi enliklərində torpağın və suyun müxtəlif cür qızmasına, bitki və heyvanat aləminin müxtəlif növ tərkibinin formalaşmasına və sair səbəb olur. Səth örtüyünün qeyri-bərabər qızması isə təzyiq fərqinin yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində isti və rütubətin yer səthində bir ərazidən digər ərazilərə aparılmasına və həmçinin havanın üfüqi istiqamətdə yer dəyişməsinə səbəb olur.
Günəşdən ən çox istiliyi şimal və cənub tropiklərin arasında yerləşən ərazilər alırlar. Çünki bu ərazilərə günəş şüaları böyük bucaq altında düşür, nəticədə ərazidə isti tropik iqlimi formalaşır. Ümumi günəş radiasiyasının illik miqdarı 140-220 kkal/sm2 təşkil edir.
Ekvatordan qütblərə doğru Yerin fiqurunun forması girdələşdiyindən coğrafi enliklər üzrə günəş şüalarının düşmə bucağı da azalır, qütblər və qütb dairələri daxili ərazilərdə onun illik miqdarı minimal həddə çataraq 50-80 kkal/sm2 arasında dəyişir. Burada isə soyuq qütb iqlimi formalaşır.
- Atmosfer sirkulyasiyası da iqlimin formalaşmasına təsir edən ən mühüm amillərdəndir. Belə ki, müxtəlif mənşəli hava kütlələrinin (isti, soyuq, quru və rütubətli ) yerdəyişməsi bilavasitə bu proseslə sıx əlaqədardır. Atmosferdəki hava axınları isə yer kürəsinin müxtəlif qurşaqlarında torpağın və havanın qeyri- bərabər qızmasına səbəb olan günəş istiliyinin qeyri-bərabər paylanmasıdır. Bu zaman ən kəskin fərq aşağı və yüksək enliklər arasında müşahidə olunur. Qeyd olunan enliklər arasındakı temperatur fərqi havanın təzyiq fərqini yaradır. Təzyiq fərqi isə özlüyündə yüksək enliklərlə alçaq enliklər arasında hava kütlələrinin mübadiləsinə səbəb olur. Nəticə də bu enliklər arasında havanın dövranı baş verir ki, buna da atmosferin ümumi sirkulyasiyası deyilir. Bütün proseslər kimi, atmosferin sirkulyasiyası da enerji sərfinə əsaslanır. Enerji mənbəyi isə günəş istisidir, sirkulyasiya yerin ən böyük miqdarda günəş enerjisini mənimsədiyi yerdə - isti qurşaqda, xüsusən onun tropik zonalarında meydana gəlir.
- İqlimin formalaşmasında səth örtüyünün özünə məxsus əhəmiyyəti vardır. Belə ki, səth örtüyünün vəziyyətinin səciyyəsindən asılı olaraq onun üzərindəki hava kütlələri ona (səth örtüyünə) uyğun olaraq formalaşır. Məsələn, rütubətli həmişə yaşıl ekvatorial meşələr qurşağının üzərində isti və rütubətli ekvatorial hava kütləsinin formalaşması və sair buna misal göstərmək olar.
Quru və su iqlimə müxtəlif cür təsir göstərir. Dağlıq ərazilərin iqlimi düzən ərazilərin iqlimindən kəskin fərqlənir. Bitki ilə örtülü olmayan çılpaq səthin iqlimi bitki ilə örtülü olan səthin iqlimindən fərqli olur. Qar və buzla örtülü olan səth də iqlimə əhəmiyyətli dərəcə də təsir göstərir. Bütün bunlara səbəb isə troposfer havasının yer səthindən qızması və soyumasıdır. Məhz bunun da sayəsində okeanlar üzərindəki hava onu əhatə edən quru üzərindəki havaya nisbətən xeyli mülayim olur. Çünki quruya nisbətən suyun istilik tutumu çox olur. Yuxarıda qeyd olunan əsas amillərdən əlavə iqlimin formalaşmasına aşağıdakı amillər də əhəmiyyətli dərəcədə təsir göstərirlər.
- İqlimin coğrafi faktoru. İqlim əmələ gətirən proseslər Yer kürəsinin, daha konkret, yerin coğrafi şəraitə malik olan regionlarında daha aydın nəzərə çarpır. Belə ki, alçaq və yüksək enliklərdə, quru və dəniz üzərində, dağlıq vilayətlərdə və düzənliklərdə iqlim əmələ gətirən amillər müxtəlif cür baş verir. Belə ki, həm iqlimin xarakterik xüsusiyyətləri və həm də iqlim ünsürlərinin paylanması iqlimin coğrafi amillərindən asılıdır. İqlimin əsas coğrafi amillərinə coğrafi enliyi, dəniz səviyyəsindən olan yüksəkliyi, Yer kürəsinin səthində quru ilə suyun paylanmasını, quru səthinin oroqrafiyasını, okean cərəyanlarını, bitki, qar və buz örtüyünü aid etmək olar. Bu amillər içərisində insan amili, yəni onun təsərrüfat fəaliyyəti, daha doğrusu, insan cəmiyyətinin fəaliyyəti xüsusi yer tutur. Belə ki, sonuncudan başqa, digər sadalanan amillər təbii-coğrafi amillərdir. Bu baxımdan, onlar hər hansı bir təbii kompleksə, o cümlədən də iqlim əmələ gətirən proseslərə neqativ təsir göstərmir. Lakin insanın təsərrüfat fəaliyyəti bilavasitə fəal səthə təsir göstərməklə (meyvə bağlarının, parkların salınması, su anbarlarının yaradılması, yol çəkilməsi və s.) əlaqədar olduğundan, istər-istəməz onun təsiri hər hansı bir coğrafi amilin, o cümlədən iqlim əmələ gətirən prosesin bu və ya digər dərəcədə dəyişməsinə səbəb olur.
- Coğrafi enlik. İqlimin ən mühüm amillərindən hesab olunur. Belə ki, Yer kürəvari formaya malik olduğundan, günəş radiasiyası onun səthində coğrafi enliklər üzrə qeyri-bərabər paylanır. Onun miqdarı ekvatordan qütblərə doğru enliklər üzrə azalır. Bu səbəbdən, ekvator boyu ərazilər isti, qütblər və həmçinin qütb dairələri daxilində yerləşən ərazilər isə həddindən çox soyuq olur. Bu isə öz növbəsində yer səthində temperaturun paylanmasını müəyyən edir. Bitki, torpaq örtüyünün də yer səthində coğrafi paylanması məhz coğrafi enliklərlə sıx bağlıdır. Ümumiyyətlə, təbii zonaların və coğrafi qurşaqların formalaşmasında coğrafi enliyin rolu olduqca böyükdür. Nəinki iqlimin, hətta günəş radiasiyasının ünsürlərinin yer səthində coğrafi enliklər üzrə paylanması qeyri-bərabərdir.
- Dəniz səviyyəsindən olan yüksəklik. Dəniz səviyyəsindən olan yüksəklik də iqlimin coğrafi amilləri sırasına aiddir. Atmosfer təzyiqi yüksəklik boyunca azalır, günəş radiasiyası və effektiv şüalanma azalır, havanın temperaturu və həmçinin onun sutkalıq amplitudası da azalır. Buludluğun və yağıntıların yüksəklik boyu dəyişməsi dağlarda daha aydın nəzərə çarpır və xarakterik xüsusiyyətə malik olur. Belə ki, dağlarda müəyyən hündürlüyə qədər yağıntıların artması (2000-2500 m qədər), müəyyən hündürlükdən sonra onun miqdarının azalması baş verir. Nəticədə dağlarda yüksək iqlim zonallığı yaranır. Bu səbəbdən də ərazinin dəniz səviyyəsindən olan hündürlüyündən asılı olaraq, dağlıq regionların iqlim şəraiti xeyli müxtəlif olur. Buna görə də yüksəklik boyunca olan iqlim dəyiş-mələri üfüqi istiqamətdəkindən daha intensiv olur. Daha doğrusu, dağlarda yüksəklik boyunca meteoroloji elementlərin dəyişməsi iqlim şəraitinin bütün komplekslərinin intensiv dəyişməsinə səbəb olur.
Bu zaman dağlarda ətəkdən zirvəyə doğru bitkilər biri digərini aşağıdakı kimi əvəz edir: Mülayim qurşaq daxilində yerləşən və mütləq hündürlüyü 3500-4000 m-dən çox, yağıntıların miqdarı 600 mm və ondan artıq olan dağın ətəyindən zirvəsinə doğru dağ-çölləri, meşə-çöl, enli yarpaqlı meşələr, qarışıq meşələr, iynə yarpaqlı meşələr, daha sonra isə subalp, alp çəmənlikləri, qar xəttindən yuxarıda isə qarlı və buzlu, subnival və nival zonalar yerləşir. Quru kontinental iqlimə malik regionlarda meşələrin yuxarı sərhədi rütubətli okean iqlimi olan regiondakına nisbətən xeyli hündürdən keçir. Məsələn, ekvatorial enliklərdə meşələrin yuxarı sərhədi 3800 m hündürlükdə yerləşdiyi halda, quru və isti subtropiklərdə həmin sərhəd 4500 metrdən keçir. Azərbaycan ərazisində isə meşələrin yuxarı sərhədi adətən, 2200 metrdən, nadir hallarda isə 2500 metr yüksəklikdən keçir.
Mülayim enliklərdən qütblərə doğru meşələrin yuxarı sərhədinin dəniz səviyyəsindən olan hündürlüyü azalır. Buna səbəb, qütblərə doğru termik rejimin azalmasıdır. Bu səbəbdən də tundra
zonasında meşə bitkilərinə rast gəlinmir. Olan ağac növləri də əyri gövdəli, qısaboylu ağac və kolluqlardan ibarətdir.
- Qurunun və dənizlərin bölgüsü. Qurunun və dənizlərin coğrafi bölgüsü iqlimin mühüm amillərindəndir. İqlimin məhz kontinental və dəniz tiplərinə bölünməsi bilavasitə onlarla əlaqədardır. Həmçinin havanın temperaturu, yağıntılar və digər meteoroloji elementlərin yer səthində qeyri-bərabər paylanmasında həmin amillərin rolu da danılmazdır. Belə ki, okean səthi üstünlük təşkil edən Cənub yarımkürəsində quru səthi şimal yarımkürəsindəkinə nisbətən qütblərə daha simmetrikdir. Yəni cənub yarımkürəsində temperaturun, təzyiqin və küləyin paylanmasındakı zonallıq daha aydın nəzərə çarpır. Hətta materikin sahillərindən içəriyə doğru həm temperatur və həm də yağıntıların paylanmasında əhəmiyyətli dərəcədə müxtəliflik müşahidə olunur. - Oroqrafiya. Dağlıq regionlarda ərazinin iqlim şəraitinə təkcə dəniz səviyyəsindən olan yüksəklik yox, eyni zamanda dağ sistemlərinin istiqaməti, yamacların meyilliyi, ekspozisiyası, dağ dərələrinin morfometrik göstəriciləri və sair xüsusiyyətlər də əhəmiyyətli təsir göstərir.
Məlumdur ki, dağ sistemləri hava axınını ləngidə də bilir, onun istiqamətini dəyişə də bilir. Atmosfer cəbhələrini isə deformasiya edə bilir (Məsələn: Böyük Qafqaz sıra dağları). Ensiz dağ sistemi arasındakı keçiddə hava axınlarının sürəti adi haldakından xeyli fərqli olur. Dağlarda sirkulyasiyanın yerli sistemləri - dağ-dərə və buzlaq küləkləri formalaşır.
Müxtəlif baxarlı yamaclarda müxtəlif termik rejim, temperatur rejimi formalaşır. Relyef formaları temperaturun sutkalıq gedişinə də xeyli təsir göstərir. Hava axınlarının dağ sistemlərini aşması ilə əlaqədar külək tutan dağ yamaclarında buludların və yağıntının miqdarı çox olur. Külək tutmayan yamaclarda isə əksinə, quru və isti fyon küləkləri formalaşır. Dağların üzərində çox böyük sürətə malik küləklərə və xüsusi formalı buludlara tez-tez rast gəlinir. - Okean cərəyanları. Okean cərəyanları dəniz və okean sularının səthində çox kəskin temperatur fərqinə səbəb olmaqla yanaşı, havanın temperaturunun paylanmasına və həmçinin atmosfer sirkulyasiyasına da çox mühüm təsir göstərir. Okean cərəyanlarının dayanıqlı olması ətraf ərazilərin iqlim şəraitinə və onun formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bunu temperaturun izonomal xəritəsindən aydın görmək olur. Belə ki, Qolfstrim cərəyanının isidici effekti Şimali Atlantik okeanının şərq hissələrinə, o cümlədən Qərbi Avropanın iqliminə əhəmiyyətli dərəcədə təsir göstərir.
Soyuq okean cərəyanlarının hakim olduğu rayonlarda duman digər ərazilərə nisbətən, daha tez-tez müşahidə olunur. Bu hal Nyufaundlend regionunda daha aydın müşahidə olunur. Belə ki, hava isti Qolfstrim suları üzərindən Labrador cərəyanının soyuq suları üzərinə adlayan zaman güclü konveksiya prosesi gedir və buludluq kəskin artır. Eyni zamanda okean cərəyanları yağıntıların coğrafi bölgüsünə əhəmiyyətli təsir göstərir. Belə ki, isti okean cərəyanı hakim olduğu sahilboyu ərazilərə bol yağıntı düşdüyü halda, soyuq okean cərəyanı axdığı sahilboyu ərazilər az yağıntı alır. Nəticədə isti cərəyan zəngin bitki örtüyünü formalaşdırdığı halda soyuq cərəyan arid əraziləri formalaşdırır.
İqlim təsnifatı
Planetdə iqlim çox müxtəlifdir. Onun təsvirinə müxtəlif yanaşmalar var. İqlimi öyrənmək prosesində bir neçə təsnifat təklif edilmişdir.
Əlisovun iqlim təsnifatı
Rus klimatoloqu B.P. Əlisov 1936-cı ildə. 1950-ci illərə qədər dəfələrlə təkmilləşdirilmişdir. Mövsümdən asılı olaraq müxtəlif ərazilərdə müəyyən hava kütlələrinin üstünlük təşkil etməsinə əsaslanır (üstünlük atmosferin sirkulyasiyasından asılıdır). Hər yarımkürədə 4 əsas iqlim qurşağı müəyyən edilmişdir. Onlarda bir hava kütləsi üstünlük təşkil edir. Həmçinin 3 keçid zonası var. Onlarda qışda yüksək enliklərdən, yayda isə aşağı enliklərdən hava kütləsi üstünlük təşkil edir.
Bundan əlavə, Əlisov kəmərləri kontinentallıq dərəcəsinə görə bölüb. Hər bir qurşaq, dənizdən məsafə qədər, öz illik temperatur və yağıntı kursuna malik olacaqdır. Üstəlik, müəllifin fikrincə, fərq subtropik enliklərə qədər (qütbdən ekvatora doğru gedirsə) əhəmiyyətlidir.
Köppen iqlim təsnifatı
1900-cü ildə rus klimatoloqu V.P.Köppen tərəfindən hazırlanmışdır. Gələcəkdə müəllif onu bir neçə dəfə tamamladı və dəyişdirdi.
Temperatur və yağıntıların aylıq paylanması əsasında. Botanika yanaşması izlənilir: müəllif qurşaqları bitki örtüyü (botanika zonaları və əyalətləri) ilə birləşdirməyə çalışmışdır. Tədqiqatlar nəticəsində hər birində növ olan 5 əsas iqlim qurşağı müəyyən edilmişdir. Hər bir növün çeşidləri var: ilin ən soyuq ayı üçün hava istiliyini göstərən əlavə bir indeks göstərilir.
İqlim təsnifatı Budyko - Qriqoryeva
Keçən əsrdə iqlimi təsvir etmək üçün başqa bir yanaşma təklif edilmişdir. Bu, radiasiya balansının paylanmasına və nəmlənmənin təbiətinə əsaslanırdı. Budyko M.I. və Qriqoryev A.A. müəyyən edilmiş iqlim növləri, aşağıdakı xüsusiyyətlərlə təsvir edilmişdir:
quruluq indeksi;
10°C-dən yuxarı temperaturların cəmi;
ən soyuq ayın hava şəraiti (yanvar).
Quruluq indeksi illik radiasiya balansının yağıntının illik miqdarını buxarlamaq üçün lazım olan istilik miqdarına nisbəti ilə müəyyən edilir. İllik radiasiya balansı nə qədər aşağı olarsa, rütubətin buxarlanması da bir o qədər az olar. Rütubətin buxarlanması nə qədər aşağı olarsa və yağıntının miqdarı nə qədər çox olarsa, quruluq indeksi bir o qədər aşağı olur.
İkinci xarakteristikası müəyyən bitkilərin böyüməsi və yetişməsinin mümkünlüyü üçün mühüm göstəricidir.
Məsələn, üzüm və ya pomidor arpa və ya yulafdan əhəmiyyətli dərəcədə daha çox istilik tələb edir. Buna görə də, onlar üçün 10°C-dən yuxarı olan temperaturların tələb olunan cəmi daha çox olacaqdır (birinci üçün = 2000-2500 °, ikinci üçün = 1000-1500 ° C).
Niyə 10°C-dən yuxarı? - çünki meyvələrin aktiv formalaşması və yetişməsi məhz bu halda baş verir. Aqrometeorologiyada temperaturların cəminə aktiv temperaturların cəmi (SAT) deyilir.
Qış iki parametrlə xarakterizə olunur: yanvarda müşahidə olunan orta uzunmüddətli minimum temperatur və bu ayda qarın orta uzunmüddətli qalınlığı.
Bu təsnifatı aqrometeoroloji praktikada tətbiq etmək çox rahatdır. Müəyyən bir becərilən məhsulun tələbatını nəzərdən keçirilən ərazinin iqlim ehtiyatları ilə vizual olaraq əlaqələndirmək mümkündür. İqlim resurslarına bir sıra göstəricilər, o cümlədən Budyko və Qriqoryevin öz işlərində istifadə etdiyi göstəricilər daxildir.
İqlimi təsvir etmək üçün müxtəlif yanaşmalar var, onlardan bəziləri bunlardır:
• botanika (Köppen, Berg);
• hidroloji (Voeikov);
• torpaq (Dokuçayev);
• genetik.
Genetik yanaşmada təsnifatlar atmosfer sirkulyasiyası (Brownov, Alisov) və aktiv torpaq qatının istilik balansı (Budyko, Qriqoryev) əsasında fərqlənir. Ancaq yuxarıda müzakirə edilən yanaşmalar ən çox populyarlıq qazandı. Onların ən ağlabatan olduğuna inanılır. Bu və ya digər şəkildə,
hər hansı bir yanaşma ilə, iqlimin təsnifatında çətinliklər yaranır. Onun müxtəlifliyini təsvir etmək çətindir.
Yüklə 20,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə