www.vivo-book.com
33
çubuqlar kəndirə bağlanmışdı; balıq
qarmağa toxunan kimi
çubuq suya tərəf əyiləcəkdi. Tilov kəndirinə hər birinin
uzunluğu qırx dəniz sajeni olan iki ip bağlanmışdı, həmin
iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi ki, bu
da qarmağı udası balığa üç yüz dəniz sajeni qədər məsafədə
sərbəst üzə bilmək imkanı verəcəkdi.
Qoca
yavaş-yavaş avar çəkir, yaşıl rəngli üç çubuğun
nə vaxt batacağını güdürdü, kəndirləri də düz saxlayırdı ki,
lazımi dərinliyə sərrast getsinlər. Hava artıq işıqlaşmışdı,
günəş çıxhaçıxda idi.
Günəş dənizin üfüqlərindən azacıq baş qaldıran kimi,
qoca dənizə səpələnmiş başqa qayıqları gördü. Onlar axın
istiqamətiylə üzürdülər; lakin sahildən hələ çox da uzaqlaşa
bilməmişdilər. Şəfəqlər altında bərq vuran su, adamın
gözlərini qamaşdırırdı. Bir
azdan daha dənizə baxmaq
mümkün olmadı; günəşin sulara dəyib qayıdan telləri ox
kimi qocanın gözlərinə batırdı. O, nəzərlərini yayındırıb
okeanın tutqun rəngə çalan dərinliklərinə tilov iplərinin
çatıb-çatmadığını izləyirdi. Tilovu elə ustalıqla sərrast
buraxır, qarmağı da elə düz yönəldirdi ki, birbaşa gedib yem