www.vivo-book.com
59
keçmiş tilovunkuydu. Kələflərin hamısı
bir-birinə bənd
edilmişdi.
“Qırx dəniz sajeni dərinliyinə saldığım ipi hava
işıqlaşanda çıxardıb kəsəcəm, ehtiyat kələflərə calayacam, –
qoca düşündü. – Düzdür, bu hesabla düz iki yüz sajen xalis
katalon kəndirimi, bir də qarmağımı bada verəcəm. Eybi
yoxdur, bunları tapmaq olar. Amma əgər qarmağa hansısa
başqa bir balıq ilişib bunu sıradan çıxartsa, təzə balığı mənə
kim verər, belə böyük itkini nə əvəz edə bilər? Görəsən, bu
dəqiqə o biri qarmağa keçən nə balığıydı?
Marlin də ola
bilər, qılınc-balıq da. Bəlkə lap elə köpəkbalığıdır? Başa
düşmədim, heç hiss etməyə də macal tapmadım. Yox, ondan
mümkün qədər tez yaxa qurtarmaq lazımdır”.
– Kaş oğlan burada olaydı, – ucadan dilləndi.
“Amma oğlan burada yoxdur, heç olmayacaq da, –
qoca düşündü. – Yaxşısı budur, özünə güvən.
Nə qədər
qaranlıqdır, işə giriş, axırıncı kəndiri də çıxart, kəs, ehtiyat
kəndirlə düyünlə”.
Belə də elədi. Qaranlıqda işləmək çətin idi, ağır idi. Bu
vaxt birdən balıq onu elə dartdı ki, qoca üzüstə qayığa