Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə30/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   26   27   28   29   30   31   32   33   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
60 
yıxıldı, gözünün altı zədələndi, yanağından qan axmağa 
başladı, amma yaxşı ki, qan tezcənə laxtalandı. Bununla 
belə, qoca işindən qalmadı, dikəlib qayığın burnundakı 
oturacaqda əyləşdi, nəfəsini dərib bir azacıq dincəldi, sonra 
boynuna sarıdığı kisəni düzəldib çiynindəki qaytanı ehmalca 
bir qədər yana, çiyninin ağrımayan yerinə sürüşdürdü; var 
qüvvəsini çiyinlərində cəmləyib kəndiri bərkdən dartdı ki, 
görsün balıq necə çəkir; sonra qayığın sürətini təyin 
etməkçün əlini suya saldı. 
“Görəsən, balıq niyə belə təkan verdi? Yəqin ip 
sürüşüb, belindəki böyük donqarın üstünə düşüb. Onun beli 
mənimkitək ağrımaz, amma lap ağrımasa da, qayığı ömür-
billah arxasınca dartıb gəzdirə bilməz ki. Mən indi hər 
ehtimala hazıram. İstədiyim qədər də kəndir ehtiyatım var. 
Balıqçıya daha nə lazımdır?”
– Balıq, onu bil ki, nə qədər canımda can var, səndən əl 
çəkən deyiləm, – astadan dilləndi. 
“Amma belə görürəm ki, heç balıq da məndən əl 
çəkənə oxşamır”, – qoca düşündü və havanın işıqlaşmasını 
gözləməyə başladı. Sübh soyuğu iliyə işləyəndə o, büzüşüb 


www.vivo-book.com 
61 
qısıldı, kürəyini taxtalara söykədi ki, heç olmasa canı bir az 
qızışsın. “Madam ki, balıq dözür, mən də bacardığım 
yerəcən dözməliyəm”. 
Səhər şəfəqləri dənizin dərinliyinə gedən tilov ipinin 
düz üstünə düşmüşdü, qayıq da durmadan irəli üzürdü. 
Günəşin dənizdən boylanan ilk telləri qocanın sağ çiynini 
oxşadı.
– Hə, balıq indi də şimala üz tutub, – qoca dedi. – Axın 
isə çox güman ki, bizi gündoğana tərəf aparıb, özü də bir 
xeyli aparıb. Yaxşı olardı ki, balıq da yönünü döndərib 
axınla getsin. Belə olsaydı, bilərdim ki, yorulub.
Amma elə ki gün bir balaca dikəldi, qoca əlbəəl anladı 
ki, balığın yorulmaqla əsla işi yoxdur. Ürəkaçan bircə şey 
vardısa, o da tilov ipinin dəniz səthi ilə əmələ gətirdiyi meyl 
bucağıydı – bu, balığın dayazda üzdüyünü göstərirdi. Lakin 
bu heç də o demək deyildi ki, balıq tezliklə mütləq suyun 
üstünə çıxacaq.
– Kömək ol ilahi, məcbur elə ki, balıq suyun üzünə 
çıxsın! Suyun üzünə çıxsa, öhdəsindən gəlməyə ipim çatar. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə