Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə31/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   27   28   29   30   31   32   33   34   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
62 
“Görəsən, kəndiri bir az da dartıb, balığın hansı 
yerinisə incitsəm, onu üzə çıxmağa məcbur edə bilərəm? – 
qoca fikrə getdi. – Nə qədər ki, hava işıqdır, qoy dənizin 
üzünə çıxsın. Üzə çıxsa, onda bel sütunundakı boşluqlara 
hava dolar, daha suyun dərinliyinə baş vura bilməz, gedib 
dənizin dibində gəbərməz”. 
O, gərginliyi artırmağa cəhd etdi. Tilov ipi onsuz da 
balıq qarmağa keçən dəqiqədən tarım idi. İndi qoca özünü 
geri verib, onu bir az da yığmaq istədi, ip az qaldı kürəyini 
kəsib ətə girsin. Qoca başa düşdü ki, bundan artığı 
alınmayacaq. “Yox, daha tərpətmək, bundan tarım çəkmək 
olmaz, yoxsa darta-darta qarmağın əmələ gətirdiyi yaranı 
böyüdə bilərəm, balıq da ya çevriləndə, ya dönəndə, ya da 
hoppananda qarmaq çıxa bilər. Hər halda, bu saat günün 
günorta çağı mənim halım o qədər də pis deyil. Heç nəyi 
vecimə almaya bilərəm”.
Tilov ipinə hər tərəfdən sarı dəniz yosunları 
yapışmışdı, lakin bu qocanın xoşuna gəldi; çünki onlar 
qayığın sürətini azaldırdı. Həm də bu sarı yosunlar gecə 
vaxtı ətrafa fosfor kimi işıq saçırdı.


www.vivo-book.com 
63 
– Balıq, sən mənim çox xoşuma gəlirsən, özü də sənə 
böyük rəğbətim var, – qoca dedi. – Amma hava qaralanacan 
mən sənin canını alacam.
Fikirləşdi ki, ruhdan düşmək lazım deyil, inşallah, belə 
də olacaq.
Şimaldan üzübəri, qayığa tərəf bir quş uçub gəlirdi, özü 
də lap alçaqdan uçurdu. Qoca başa düşdü ki, quş bərk 
yorulub. 
Zənnində 
yanılmamışdı, dincini almaqçün 
quşcuğaz həqiqətən də gəlib qayığın arxa tərəfinə qondu. 
Tez də sıçrayıb havaya qalxdı, qocanın başı üzərində 
hərlənə-hərlənə axırda daha münasib bildiyi yerə, tilov 
ipinin üstünə qondu.
– Neçə yaşın var? – qoca quşdan xəbər aldı. – Bu, sənin 
ilk səyahətindir?
Qoca danışır, quş da ona baxırdı. Yazıq elə yorulmuşdu 
ki, qaytanın etibarlı olub-olmadığının fərqinə varmadan 
incə, zərif caynaqlarıyla ondan yapışıb yellənirdi.
– Qorxma, ip tarım çəkilib, – qoca quşu arxayın etmək 
istədi, – lap kefin istəyən qədər tarımdır. Küləksiz gecədə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə