Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə39/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   35   36   37   38   39   40   41   42   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
78 
– Yaxşısı budur, balaca qarmağı suya atım. Birdən 
balıq bu gecəni də dənizdə keçirmək fikrinə düşsə, onda 
mən bir şey yeməliyəm, ya yox? Şüşədə su da az qalıb. Heç 
ağlım kəsmir ki, buralarda skumbriyadan savayı bir fərli 
balıq olsun. Tutan kimi, təzə-təzə yesəm, elə bilirəm, dadı o 
qədər də pis olmaz. Bu gecə qayığıma bircə dənə uçan balıq 
düşsəydi, çox yaxşı olardı, heyf ki, onları cəlb etmək üçün 
fənərim yoxdur. Qanadlı balığı çiy-çiy yeyəndə adamın ağzı 
dada gəlir. Heç onları kəsib təmizləməyə də ehtiyac qalmır. 
İndi çalışmalıyam ki, boş yerə güc sərf etməyim. Həzrəti-
İsaya and olsun ki, mən balığın bu boyda olacağını heç 
təsəvvürümə gətirməzdim. 
Bir qədər susub, sonra gerisini gətirdi:
– Yekəliyinə, gözəlliyinə baxmayıb onun axırına 
çıxacam. Ola bilsin ki, bu elə də yaxşı iş deyil, amma 
öldürməliyəm. Mən insan oğlunun nələrə qadir olduğunu 
ona göstərəcəm.
Az sonra dedi: 
Mən oğlana demişdim ki, qəribə qocayam, bax indi 
bunu sübut etməyin əsl məqamıdır.


www.vivo-book.com 
79 
Qoca dediklərini indiyəcən azı min dəfə sübut etmişdi, 
ancaq onun bu vaxta qədər etdikləri indikinin yanında heç 
nə idi. İndi bu təzə hadisə ilə dediklərini bir də təsdiq 
edəcəkdi. Keçənə güzəşt deyib düşündü: “Balıq yatsaydı, 
əcəb yaxşı olardı. Bir az gözümü yumub yuxuda şirləri 
görmək istərdim. Görəsən, bu günəcən həyatda rastlaşdığım 
şeylərdən ən çox yadımda qalanı niyə şirlərdir?” 
Özünə xitabən dedi: “Qoca, bəsdir fikirləşdin, başını az 
yor. Kürəyin taxtaya söykəyib bir az dincəl, özün də heç nə 
düşünmə! Bu dəqiqə balıq öz canının hayındadır, heç 
olmasa, həmin müddətdə sən də canının dərdini çək”.
Günəş artıq qüruba hazırlaşırdı. Qayıq aramla, əvvəlki 
istiqamətdə üzürdü. Şərqdən əsən külək qayığı qabağa 
itələyirdi. Xırda ləpələr oynadıqca qayığı atıb-tutur, qocanı 
da yüngül-yüngül yırğalayırdı; amma çiynində tarım 
saxladığı tilov ipi onun kürəyini bərk ağrıdırdı.
Birdən ip təzədən üzə çıxmağa başladı. İntəhası balıq 
bir azca yuxarı qalxsa da, üzməyi yenə eyni tərzdəydi. 
Günəş indi qocanın sol çiynini, qolunu və kürəyini 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə