www.vivo-book.com
71
dəysə bəlkə açılar. Ya da qarnımdakı çiy ət həzmə gedəndən
sonra açılacaq. Lazım olsa, lap zorla açılmalıdır. Ancaq indi
heç mən özüm də onu zor gücünə açmaq istəmirəm. Qoy
özü yumşalıb açılsın. Gecə cürbəcür kəndir-qaytanı götürüb
doğrayanda, bir-birinin ucuna calayıb
düyünləyəndə mən
onu çox incitdim, çox işlətdim, axırda da yorub heydən
saldım”.
Ətrafa nəzər yetirib göz işlədikcə uzanan dənizə baxdı,
tək-tənha olduğunu yalnız indi anladı. O,
günəş tellərinin
tünd sulara necə dəyib sınmasına, parçalanaraq əlvan
rənglərə çevrilməsinə, dənizin
dərinliklərinə gedən tilov
ipinə, okeanın hamar səthinin qəribə tərzdə ləpələnməsinə
tamaşa edirdi. Tropik sahil küləyinin əsəcəyindən xəbər
verən buludlar göydə get-gedə daha çox sıxlaşıb
komalaşırdı. Qoca başını qaldırıb baxanda yuxarıda
vəhşi
ördəklərin qatarla uçduğunu gördü. Mavi, bozumtul səmada
onlar necə də aydın nəzərə çarpırdılar! Ördək qatarı qəfildən
dağılışdı, sonra təzədən bir dəstədə süzməyə başladı. Qoca
başa düşdü ki, insan dənizdə heç vaxt tək qalmır.