Qoca və DƏNİZ


–  sümük xəstəliyi  www.vivo-book.com



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə41/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   37   38   39   40   41   42   43   44   ...   80
9d0bbb435db57b64859584c8e160a485

 – 
sümük xəstəliyi 


www.vivo-book.com 
82 
nə mahmız azarının ağrısına, nə də gözlərimin kor olmasına 
dözə bilməzdim. Davakar xoruzlar kimi uzun-uzadı 
döyüşməyə tab gətirərəm. Amma insan övladı vəhşi 
heyvanların, yırtıcı quşların yanında heç nədir. Mən bu saat 
dənizin qaranlıqlarında üzən o məxluq olmaq istərdim”. 
– Amma bir şərtlə ki, köpəkbalıqları üstümə hücum 
çəkməsinlər, – qoca ucadan dilləndi. – Hücum çəksələr, 
onda Allah ya onlara verər, ya da mənə. 
“Sən elə bilirsən ki, dahi Di Macio da bu balıqdan sən 
yapışan kimi yapışardı? – qoca özündən soruşdu. – Hə, 
əminəm ki, o da mənim kimi edərdi, hələ bir az da o yana 
keçərdi, çünki o məndən həm cavandır, həm də güclüdür. 
Elə onun da atası balıqçı olub... Görəsən, sümük döyənəyi o 
yazığı çox incidir?” 
– Vallah, bilmirəm, – yenə ucadan dilləndi. – 
Ömrümdə sümük döyənəyi olmamışam.
Batan günəşin necə qürub etməsini seyr edəndən sonra 
qoca qabaqlar Kasablankada olarkən bir dəfə meyxanada 
zırpı bir zənciylə qol yarışına çıxdığını xatırladı. Gəmi 
tərsanəsində ən güclü adam sayılan bu syenfueqoslu 


www.vivo-book.com 
83 
pəzəvənglə cəngə girib kimin qolunun daha güclü olduğunu 
aydınlaşdırmaq istəmişdilər.
Hə, onlar masa arxasında üz-üzə əyləşmişdilər
dirsəklərini də tabaşirlə cızılmış dairənin içərisində masaya 
dirəyib pəncə-pəncəyə vermişdilər. Düz bir gün bir gecə 
beləcə 
qarşı-qarşıya 
oturub 
qollarını 
tərpətmədən 
qüvvələrini sınamış, güc gəlib biri o birinin qolunu əyməyə 
cəhd etmişdi. Həmin vaxt meyxanada olanların əksəriyyəti 
mərcə girmişdi. Adamlar ağ neft çırağı ilə işıqlandırılan 
otaqda var-gəl edirdilər. Qoca isə gözlərini zəncinin əlindən, 
sifətindən, dirsəklərindən bir an belə ayırmırdı. Səkkiz saat 
keçəndən sonra münsiflər yoruldular: yatıb dincələ bilsinlər 
deyə, hər dörd saatdan bir onları dəyişdirmək qərara alındı. 
Hər ikisinin dırnaqlarının altından qan sızırdı, lakin heç biri 
gözünü o birindən çəkmirdi. Mərcləşənlər tez-tez bayıra 
çıxıb təzədən otağa qayıdır, divar uzunu düzülmüş kətillərdə 
oturub yarışın necə qurtaracağını maraqla, səbirsizliklə 
gözləyirdilər. Yadındadı ki, açıq-abı rəngli taxta divarlara 
adamların kölgələri düşür, külək tavandan asılmış çırağı 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə