www.vivo-book.com
99
dözməyə alışıb.
Lap iyirmicə dəqiqə, yarımca saat yata
bilsəm, qənimətdir”.
Qoca qayığın qırağına söykəndi və balığın bütün
ağırlığını sağ əlinə keçirib yatdı.
Bu
dəfə yuxusuna şirlər girmədi; onların əvəzinə bir
sürü dəniz donuzu gördü;
cütləşmə dövrü olduğundan
səkkiz-on mil məsafədə səpələnmiş donuzlar havaya atlanır
və təkrar dənizə düşürdülər. Sonra o özünü qəsəbədəki
komasında, çarpayıda uzanmış vəziyyətdə gördü: içəri dolan
şimal küləyi qocanı bərk üşüdürdü, balış əvəzinə başının
altına qoyduğu sağ qolu da tamam keyimişdi. Yalnız bundan
sonra yuxusuna sarımtıl qumla örtülmüş ucsuz-bucaqsız
sahil girdi: dan yeri ağaranda bir neçə şir ala-toranlıqdan
çıxıb sahilə yaxınlaşdı, qoca da lövbər salmış
gəminin
göyərtəsində durub şirlərə tamaşa edirdi. Sahildən əsən
axşam küləyi yanaqlarını oxşayır və qoca özünü son dərəcə
bəxtəvər sayırdı.
Ay çoxdan doğmuşdu, qoca isə hələ də yatmağında,
balıq da əvvəlki qaydada çəkə-çəkə qayığı öz arxasınca
dartıb aparmağındaydı.