www.vivo-book.com
103
kəndiri bir düym də yığa bilməmisən. Bəs bir azdan balıq
dövrə vurmağa başlayanda neyləyəcəksən?
O, tilov ipini sol əli ilə tutub çiyninin köməyi ilə
saxladı, əyilib sağ əliylə dənizdən bir ovuc su götürüb üzünə
vurdu. Qorxurdu ki, sifətinə bulaşmış
yumşaq ətin iyi
ürəyini bulandırar, başını gicəlləndirib onu gücdən salar.
Üzünü yuyandan sonra əlini şor suda bir qədər də saxlamaq
niyyətilə qolunu qayığın kənarından dənizə salladı,
ağarmaqda olan göy üzünə baxdı. Qayığın sürətiylə yanaşı,
istiqaməti də müəyyən etdi: “Balıq indi üzü gündoğana üzür,
bu da onu göstərir ki, get-gedə yorulur,
heydən düşdükcə
suyun axınıyla getməyə üz qoyur. Tezliklə dövrə vurmağa
başlayacaq. Mənim əsl işim də bax elə onda başlayacaq”.
Sağ əlini bir az şor suda saxlayandan sonra çölə
çıxartdı və ona diqqətlə baxıb:
– Qorxulu bir
şey yoxdur, – dedi. – Kişi olan kəs ağrıya
da, əziyyətə də dözməlidir.
Təzə yaralara toxunmamaq üçün kəndirdən çox
ehtiyatla yapışıb özünü birtəhər qayığın o biri tərəfinə verdi
ki, sol əlini dənizə sallayıb şor suda bir az da saxlasın.