www.vivo-book.com
95
hamar olur. Yatıb dincini almaq yadından çıxmasın, özünü
yatmağa məcbur elə. Sadə və etibarlı üsul tap,
ipi harasa
dolaşdır ki, ondan arxayın olasan. İndi isə dur qayığın arxa
tərəfinə keç, kormada skumbriyanı təmizlə. Ancaq yatanda
avarlardan düzəldəcəyin əyləclərə o qədər də ümid olma ha:
bu, yaman xatalı işdir. Belə baxanda, yatmasam da olar,
yuxusuz da keçinə bilərəm. Hə, keçinə bilərsən, amma bu da
çox təhlükəlidir”.
Balığı narahat etməməkçün
qoca iməkləyə-iməkləyə,
çox ehtiyatla qayığın arxa tərəfinə getdi. Fikirləşdi ki, ola
bilsin balıq da dənizdə mürgüləyir, amma onu dincini
almağa qoymaq olmaz. Canı çıxana qədər qayığı dartıb
aparmalıdır.
Qayığın arxa tərəfinə gəlib
çatanda belini dikəldib
ayağa durdu, balığın bütün ağırlığını sol əlinə, bir də
kürəyinə keçirib, sağ əliylə bıçağı qınından çəkib çıxartdı.
Ulduzlar par-par alışıb-yanırdı; qoca bıçağı skumbriyanın
başına sancıb onu kormadakı oturacağın altından özünə tərəf
çəkdi, bir ayağıyla üstündən basıb qarnını quyruğundan ta
çənəsinin altınacan yardı. Sonra bıçağı yerə qoyub sağ əliylə