Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə55/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   51   52   53   54   55   56   57   58   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
110 
yorulmamışam, bu yandan da külək qalxır. Amma yox
küləyin olmağı yaxşıdır; səmt küləyidir, balığı aparmağa 
mənə kömək edər. Əcəb yerinə düşdü. Balıq təzədən dövrə 
vurmağa başlayanda mən bir az dincələrəm. İndi halım 
babatdır. Qoy iki-üç dəfə də dövrə vursun, sonra onun 
nəfəsini kəsəcəm”. 
Həsir şlyapası peysərinə düşmüşdü. Balıq geri dönüb 
kəndiri dartmağa başlayanda taqəti kəsilmiş qoca tamamilə 
süstləşib qayığın burnuna çökdü. 
“Balıq, indi bir az da sən əlləş, – qoca düşündü, – elə 
ki, yorulub geri qayıtdın, kələyini kəsəcəm”.
Dənizdə iri bir dalğa əmələ gəldi, amma aydın havanın 
bələdçisi olan nəcib külək onu qovub apardı. Hə, bu külək 
evə qayıdarkən qocaya çox lazım olacaqdı.
– İndi mən qayığı cənuba tərəf sürməliyəm. Bir az da 
üzü günbatana. Vəssalam, burda nə var ki? Bəyəm dənizdə 
azmaq olar? Üstəlik də, bizim adamız uzundur.
Balıq fırlanıb üçüncü dövrəni başa vuranda qoca onu 
gördü. Ona elə gəldi ki, qayığın altından çox yekə bir kölgə 


www.vivo-book.com 
111 
keçdi; təəccüb və heyrət gözləri bərələ qaldı; gözüylə 
gördüyünə heç cür inana bilmədi. 
– Yox, – dedi, – ola bilməz, bu yekəlikdə balıq olmaz! 
Həqiqətən də, balıq çox nəhəng balıqdı. 
Son dövrəni başa çatdırıb qayıqdan otuz yard məsafədə 
üzə çıxanda qoca mavi dənizin səthində onun açıq-
bənövşəyi rəngə çalan çox iri, oraqvari quyruğunu gördü.
Balıq təzədən suya cumdu, lakin bu dəfə çox dərinə 
gedə bilmədi. Qoca onun nəhəng gövdəsinə və bu gövdəni 
bəzəyən bənövşəyi rəngli enli zolaqlara heyrətlə baxdı. 
Balığın bel üzgəci yana sallanmışdı; yeni dövrə vuranda 
qoca onun gözlərini də gördü. 
Balıqla yan-yana boz rəngli bir cüt zəlibalığı da 
üzürdü; onlar tez-tez irəli cumub balığın böyründən yapışır, 
dərhal da cəld sıçrayışla kənara tullanırdılar; hərdən də onun 
kölgəsində daldalanıb üzürdülər.
Zəlibalıqlarının hər biri üç fut uzunluğunda olardı. 
Sürətlərini artıranda onlar elə qıvrılırdılar ki, elə bil xalis 
ilanbalığıydılar. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə